By British Council in Azerbaijan

29 July 2019 - 16:38

success story british council
"Unlimited proqramı həqiqətən də mənim yaradıcılıq və ictimai fəaliyyətlərim üçün dünyanın qapılarını açdı." Photo © British Council

UNLIMITED PROQRAMININ İŞTİRAKÇISI MURAD MƏMMƏDOV QAZANDIĞI TƏCRÜBƏDƏN AZƏRBAYCANDAKI ƏLİLLİYİ OLAN SƏNƏTKARLARIN HƏYATLARINI DƏYİŞMƏK ÜÇÜN NECƏ İSTİFADƏ EDƏCƏYİNDƏN BƏHS EDİR.

Unlimited proqramı dünyanın qapılarını yaradıcılıq işim və sosial fəaliyyətimin üzünə açıb. Bu proqramın sayəsində əlilliyi olan insanlar tərəfindən yaradılan incəsənətin əsas incəsənət istiqamətlərinə daxil edilməsinin müdafiəçisi və bir sənətkar kimi Ukraynaya – həyatımın ilk beynəlxalq səfərinə getmişəm. Dünyanın müxtəlif ölkələrindən olan əlilliyi olan sənətkarlarla tanış ola, səsimizi bütün dünyada və Azərbaycanda eşitdirmək üçün yeni yollar tapa bilmişəm.

Proqram mənim üçün yaratdığı ən gözəl imkan yüzlərlə insanın məni və sənətkar həmkarlarımı izlədiyi "Bir günəş altında" forum-teatr tamaşasında həyat hekayəmi anlatmağım olub. Mən Unlimited köməyilə əlilliyi olan sənətkarları dəstəkləyən bir çox yeni yerli təşkilatlarla tanış olmuşam. Onlar yaratdığımız incəsənətin ifa sənətinin əsas istiqamətlərinə daxil olması yolunda çox böyük işlər görür. Mən də bu sahəyə öz kiçik töhfəmi vermək üçün əlilliyi olan sənətkarların əl işlərini, vizual sənət əsərlərini və alətlərini satmasına imkan verən kiçik kollektiv "Hands Art" onlayn mağaza yaratmışam. Arzu edirəm, bu kiçik icma daha da böyüyərək mənim kimi əlilliyi olan sənətkarların incəsənətlə gəlir əldə etməsinə kömək edəcək.

Növbəti addımım qələmə aldığım "Uğurun xəritəsi" kitabının ingilis dilinə tərcümə edilməsi və mənim ümidlərimi doğruldaraq beynəlxalq auditoriyaya çatmasıdır. Kitabı Unlimited proqramında iştirak etdiyim dövrdə yazmışam. Ümid edirəm, o, əlilliyi olan sənətkarların (və ümumilikdə, əlilliyi olan insanların) potensiallarını açmasına və nümayiş etdirməsinə imkan verərək onlar üçün motivasiya mənbəyi olacaq.

Mən iştirak etdiyim saysız seminarlar, təlimlər və müzakirələr zamanı Unlimited proqramının təlimçiləri, tərəfdaşları və sənətkarlarından öyrəndiyim ideyaları hər imkanda paylaşmağa çalışıram. Gələcəkdə Bakı şəhərində əlilliyi olan və olmayan sənətkarları cəlb edərək öz forum-teatrımı açmağı düşünürəm.

Proqram haqqında

Unlimited: Limitsiz Addımlara Doğru incəsənət və əlillik sahəsində həyata keçirilən bir proqramdır və etnik mənsubiyyətindən, yaxud fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanır. 2018-2019-cu illərdə 70 sənətkarın iştirak etdiyi proqram ölkənin aparıcı teatrlarında səhnələşdirilmiş canlı ifalarla səsini Azərbaycanda 200 000-dən çox insana eşitdirib.

Find out more