Uşaqlar üçün İngilis dilinin öyrənilməsi ilə bağlı video seriyası
“Timmy ilə Öyrənmə Vaxtı”nın pulsuz YouTube seriyası övladınızın evdə ingilis dili öyrənməsi və eyni zamanda əylənməsinə kömək edəcəkdir. Oskar mükafatına layiq görülmüş Aardman studiyası ilə yaradılan video seriyası bu sinifdə etdiyimiz ən yaxşı videoları sizin evinizə gətirir.
“Timmy ilə öyrənmə vaxtı”nda 26 dəqiqəlik epizodlar və mahnılar nümayiş olunur ki, bu da öyrənmə prosesini həqiqətən də əyləncəli şəklə salır. Burada sizin övladınız Timmy və dostları ilə birlikdə yeni sözlər öyrənəcək, mahnı oxuyacaq və çalışmalarda iştirak edəcək!
Timmy-nin hekayələri video seriyasının mərkəzi hissəsində durmaqla, övladınızın kontekstə görə yeni sözlər öyrənməsinə imkan verəcək. Onlar öz söz ehtiyatını quracaq və yaradıcılıq və təsəvvür qabiliyyətini inkişaf etdirəcəklər – hər epizodun konkret öyrənmə nəticələri vardır.
Timmy ilə Öyrənmə Vaxti kimlər üçündür?
“Timmy ilə Öyrənmə Vaxtı” əlavə dil kimi ingilis dilini öyrənən iki-altı yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Sizin İki-altı yaşlarında olan övladınız üçün ingilis dilinin öyrədilməsi onlara imkan verir ki:
- İngilis dilini ən təbii şəkildə mənimsəsin
- Sözləri düzgün tələffüz etmək üçün ingilis dilini ən uyğun yaşda öyrənsin
- Dil bilikləri və özünə inamını artırsın
“Timmy ilə Öyrənmə Vaxtı”na həmçinin valideynlər və müəllimlər üçün ödənişsiz onlayn kurs və öyrənmə tətbiqləri da daxildir.