Bizim işimiz müxtəlif mədəniyyətlər arasında mənalı, davamlı və hörmətcil münasibətlər qurmaqdır. Biz buna güclü bərabərlik, müxtəliflik və inklüzivlik (BMİ) öhdəliyi olmadan nail ola bilmərik.
Siyasət və strategiyamız
Bizim bərabərlik siyasəti və BMİ strategiyası bu məsələyə yaxınlaşma üsulumuzu izah edir ki, bu da gördüyümüz hər bir işin mərkəzində BMİ-nin durmasını təmin etməkdir.
Biz necə işləyirik
BMİ dünyanın hər yerində apardığımız işlərin hamısında, yəni incəsənətdə, cəmiyyətdə, inklüziv təhsildə və ya təklif etdiyimiz imtahanlarda öz əksini tapır. Məqsədimiz müxtəlif təcrübəyə və həyat tərzinə malik olan şəxsləri bir araya gətirən inklüziv proqramlar və layihələr hazırlamaqdır. Ümid edirik ki, bu, hər kəsin təcrübəsini daha da zənginləşdirəcək və sonda daha inklüziv cəmiyyətlərin yaranmasına səbəb olacaq.
Biz əsas diqqəti Birləşmiş Krallığın bərabərlik qanunvericiliyi ilə mühafizə olunan altı müxtəliflik sahəsinə yönəldirik:
- yaş
- əlillik
- irq və ya etnik xüsusiyyət
- gender
- din və ya etiqad
- cinsi oriyentasiya
İnanırıq ki, bu sahələr bir biri ilə qovuşaraq bizim şəxsiyyətimizi, o cümlədən sosial-iqtisadi status və coğrafi məkan kimi digər xassələri formalaşdırır. Biz həmkarlarımıza BMİ ilə əlaqədar öhdəliyimizin işgüzar tərəfini, mənəvi/etik tərəfini və hüquqi tərəfini anlamağa yardım edirik. Biz BMİ-yi proqramlarımıza, layihələrimizə, tədbirlərimizə və xidmətlərimizə daxil etmək üçün bir sıra təşəbbüslər işləyib hazırlamışıq. Onlar həmçinin bizə nailiyyətlərimizi diqqətə almağa və izləməyə imkan verir.