British Councilın məqsədi bütün namizədlərə qarşı ədalətli və qərəzsiz münasibə sərgilənməsini və onlara imtahan vermək üçün optimal şərait yaradılmasını təmin etməkdən ibarətdir. İmtahan verənlərin imtahan mərkəzində yerləşdirilməsini, sualları başa düşməsini və imtahan cavablarını verə bilməsini təmin etmək üçün xüsusi vəziyyətləri və ya tələbləri yoluna qoymaq üçün hər cür təşkilatçılıq işlərini həyata keçirə bilərik.
İmtahan vermək üçün hər hansı xüsusi tədbirlərin həyata keçirilməsi üçün hər imtahan üzrə təlimatlara baxın. Mövcud olan xüsusi tədbirlər imtahan şurasından asılı olur və bəzi hallarda əlillik və ya çətinlik səbəbindən sizi imtahanın müəyyən bir hissəsindən azad edə bilərlər. Unutmayın, qeydiyyat bağlanandan sonra xüsusi tədbirlərlə bağlı heç bir sənəd qəbul edilməyəcək.
XÜSUSİ TƏDBİRLƏR TƏMİN EDİLİR:
IELTS
Testin modifikasiya edilmiş variantını tələb etmək üçün imtahan günündən ən azı üç ay əvvəl bizə müraciət edin. Bu məlumat müddəti modifikasiya edilmiş test variantının hazırlanması üçün lazımdır.
Sizin vəziyyətiniz xüsusi inzibati tədbirlərin (məs., əlavə vaxt) həyata keçirilməsini tələb edirsə ən azı altı həftə əvvəl xəbərdarlıq yolu ilə bizə müraciət etməlisiniz. Səfirliyin ofisinə qeydiyyat tarixindən son iki il ərzində əldə olunmuş tibbi arayış təqdim etməyiniz lazım gələcək.
Tədris Bilik İmtahanı (TKT)
Tədris Bilik İmtahanı (TKT) dünyanın istənilən yerində ibtidai, orta yaşlı və yetkin insanlara ingilis dili tədris edən müəllimlərə lazım olan tədris biliyinə yönəlmiş imtahandır. Bu imtahan sizin özünə inam hissinizi artıra və iş perspektivlərinizi yüksəldə bilər. Əgər sizin xüsusi qayğıya ehtiyacınız varsa, bunun üçün imtahan tarixinizdən ən azı üç ay öncə bizə müraciət etməniz gərəkdir. Daha sonra sizin imtahana qeydiyyatdan keçdiyiniz zaman ötən iki il üçün tibbi arayışa ehtiyacınız olacaq. Bir çox hallarda xüsusi tədbirlərin görülməsi üçün birbaşa imtahan şurasına və ya universitetə müraciət etməli olacaqsınız. İmtahan şurası British Councila müraciət edəcək və biz sizə müraciətinizin təsdiq olunması ilə bağlı məlumat verəcəyik. İmtahan Şurası sizin müraciətinizlə bağlı British Council-a müraciət edəcək və daha sonra bu barədə sizi məlumatlandıracaq. İmtahan üçün bizdə qeydiyyatdan keçmisinizsə xüsusi tələblərlə bağlı bizə müraciət edə bilərsiniz. Qeydiyyat tarixindən son iki il ərzində əldə olunmuş tibbi arayış təqdim etməyiniz lazım gələcək.