Müştəri xidmətləri komandamız British Council, proqramları və onun fəaliyyətləri haqqında məlumat və təlimatlar təqdim edir.

Müştəri xidməti komandası ilə əlaqə saxlamaq üçün heç bir ödəniş tələb olunmur, lakin bizim, haqqında məlumat verdiyimiz və ya tövsiyə etdiyimiz bəzi British Council məhsulları və xidmətləri ilə əlaqədar bəzi ödənişlər ola bilər.

Bir məhsul və ya xidmətlə əlaqədar şikayət etmək

Şikayət etmək istəyirsinizsə, bunu elektronik poçt, məktub və ya telefon vasitəsi ilə edə bilərsiniz, lakin yaxşı olar ki, bu şikayəti yazılı formada edəsiniz. Bütün şikayətlərin edilməsi hadisənin baş verdiyi və ya problemdən xəbərdar olduğunuz tarixdən 90 gün ərzində keçərlidir.

Böyük Britaniya daxilində 

British Council Müştəri Xidmətlərinin Böyük Britaniya üçün əlaqə məlumatları

Telefon: +44 (0)161 957 7755

Yazılı əlaqə ünvanı: British Council Customer Service UK, Bridgewater House, 58 Whitworth Street, Manchester M1 6BB, UK

Böyük Britaniya xaricində

Yerli ofisinizdə British Council Müştəri Xidmətləri komandanızla əlaqə saxlayın. Əlaqə məlumatı üçün bu veb-saytın ana səhifəsinə keçin və "British Council Worldwide" menyusundan  öz ölkənizi seçin.

Nəzərinizə çatdırmaq istəyirik ki, biz yalnız test namizədlərimizdən birinin və ya British Council proqramında iştirak edən təşkilatın təsdiq edilmiş nümayəndələrinin şəxsi məlumatlarını müzakirə edə və müştərinin şikayətlərinə baxa bilərik.

Siz başqa şəxsdən və ya təşkilatdan üçüncü tərəf kimi sizin adınıza fəaliyyət göstərməsini xahiş edə bilərsiniz. Üçüncü tərəf kimi məsləhətçi təşkilatlar, hüquqşünaslar və ya müəllimlər kimi peşəkarlar və ya ailə üzvləri, dostları çıxış edə bilər. Bu halda, bu insanlara icazə verdiyiniz haqqında yazılı icazə sənədi təqdim etməlisiniz. Şikayətinizlə bağlı əlaqə yaratdıqda bizdən bu barədə ətraflı məlumat ala bilərsiniz.

Ciddi xətalarla əlaqədar olan şikayətlər 

British Council iş yerlərində və ya British Council əməkdaşları tərəfindən aşağıdakılarla bağlı hər hansı hadisənin şahidi olsanız, bizimlə əlaqə saxlamaq üçün Use Safecall:

  • uşaqların və ya özlərini müdafiə edə bilməyəcək vəziyyətdə olan böyüklərin təhlükəsizliyinə təsir edən vəziyyətlər
  • təqib hadisələri 
  • saxtakarlıqla bağlı ola biləcək vəziyyətlər.

Əgər sizin şikayətiniz gecikmiş ödəniş geri qaytarılmaları, standart yer tənzimləmələri və ya imtahan prosedurları ilə əlaqədardırsa, Safecall ilə əlaqə saxlamayın. Sadəcə bu səhifənin yuxarısındakı şikayət qutusundan istifadə edin. Bu yolla biz insanların təhlükəsizliyinə təsir edən məsələləri qloballaşdıra və şikayətinizə daha tez cavab verə bilərik.    

Safecall-narahatlıqlarınızı bildirməyin en yaxşı və gizli yoludur. O, bütün dünya çərçivəsində və bir çox dildə sizə kömək edə bilər. 

Safecall ilə telefon və ya virtual formada əlaqə saxlaya bilərsiniz. Şəxsiyyətinizin gizli saxlanılmasını istəmək sizin əlinizdədir. 

Sizin düşüncələriniz bizim üçün çox qiymətlidir

British Council-da biz əhəmiyyət verdiyimiz hər kəsə şəffaf, keyfiyyətli və əlçatan xidmət göstərməyə söz veririk və ümid edirik ki, bizimlə təcrübənizi ən yüksək səviyyədə olacaqdır. Bizimlə əlaqə saxladığınız və ya məhsullarımızdan hər hansı birini istifadə etdiyiniz zaman, aldığınız xidmətlə bağlı fikir və təkliflərinizi bizimlə bölüşməyinizdən məmnun qalarıq. Onu da bilirik ki, bəzən işlər istədiyimiz kimi getmir. Belə hallarda şikayət etmə siyasətimiz işə düşür. Hər hansı bir fikir və ya şikayətinizi göndərmək istəyirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Bu yolla siz bizə səhvlərimizdən nəticə çıxarmağa və mümkün olduqca xidmətlərimizi təkmilləşdirməyə kömək edərsiniz.

Biz nə edəcəyik?

Şikayətinizin mövzusundan, dünyanın hansı yerində olmağınızdan və bizimlə hansı yolla əlaqə saxlamağınızdan asılı olmayaraq, sizə ciddi və qərəzsiz yanaşılacaq. Şikayətiniz üç iş günü ərzində bizə çatacaq və on iş günü ərzində ona baxıb sizə yekun nəticə bildiriləcək. Daha mübahisəli hallarda və ya şikayətiniz daha yüksək səviyyədə müzakirə olunmalıdırsa ("Şikayətlərinizin idarə edilməsi" bölməsində qeyd olunduğu kimi), bu müddətlər daha uzun ola bilər və biz bu haqda sizi xəbərdar edəcəyik. Probleminizi mümkün qədər tez və ədalətli bir şəkildə həll etməyə çalışırıq. Biz sizə nəyin səhv olduğunu və bu səhvin hansı səbəbdən baş verdiyini izah edir və vəziyyəti düzəltmək üçün tədbirlər görürük. Bəzən müəyyən hallarda sizdən sadəcə üzr istəyər, lakin sizə doğru yol göstərə və gələcəyə dair tövsiyələr verə billərik.

Şikayətlərinizin idarə edilməsi

İlk dəfə bizimlə əlaqə saxladığınız zaman mümkün qədər məsələni həll etməyə çalışırıq. Şikayətinizi bildirdiyiniz heyət üzvü problemi mümkün qədər özü həll etməyə çalışacaq, lakin bəzi hallarda digər həmkarları ilə görüşə və onlardan məsləhət ala bilər.

Bəzi hallarda, cavabınızı işimizin həmin aspektinə cavabdeh olan şəxsdən və ya şöbədən ala bilərsiniz. Şikayətinizin ciddi xarakter daşıdığı nadir hallarda, rəyimizdən narazı qalsanız, məsələ daha yüksək səviyyəyə qaldırıla bilər. Şikayətinizə baxıldığı zaman bununla bağlı sizə ətraflı məlumat veriləcək.

Çıxış yolu

Bizim əsas prinsipimiz ondan ibarətdir ki, şikayətçilərin istəkləri mümkün qədər tez yerine yetirilsin.

Məqsədimiz mümkün qədər praktik həllər təklif etməkdir. Səhv etdiyimiz zaman onu aşağıdakı qeyd etdiklərimizlə düzəltməyə çalışırıq:

  • səmimi bir şəkildə üzr istəyərək və məsuliyyət alaraq
  • səhvimizi qəbul edərək nəyin harda yanlış olduğunu bildirərək
  • gecikmədən vəziyyəti düzəltməyə çalışaraq, xidmətimizi yaxşılaşdıraraq
  • xidmətlərimizi təkmilləşdirmək üçün, şikayətinizdən öyrənərək.

Gizlilik

Şikayətinizə Qlobal İnformasiya Təhlükəsizliyi və məxfilik siyasətinə uyğun olaraq maksimum gizliliklə baxılacaq. Haqqınızda olan məlumat yalnız təşkilat daxilində və şikayəti araşdırmaq və həll etmək üçün lazım olduqda paylaşılacaq. Biz məlumatlarınızı yalnız sizin razılığınızla və ya qanun tələb etdikdə üçüncü tərəflərlə paylaşırıq.

Böyük Britaniyanın məlumatların mühafizəsi qanununa əsasən, sizin haqqınızda saxladığımız məlumatların surətini tələb etmək və bu məlumatda səhvlər varsa, bu səhvlərin düzəldilməsini tələb etmək hüququnuz var.

Daha artıq məlumat üçün baxın britishcouncil.org/privacy

Xarici baxış

Şikayətiniz çox ciddi bir vəziyyətlə bağlıdırsa və ən yüksək daxili səviyyəmizə çatıbsa, verilən cavab sizi qane etmirsə məsələnin aidiyyəti xarici qurum tərəfindən necə araşdırılacağı barədə sizə məlumat veriləcək. Son araşdırmanın nəticələrini dərc edirik.

Əlçatanlıq

Sualınıza birbaşa cavab verə bilməsək, sizə cavab verə biləcək heyet üzvlərindən birinə yönləndirəcəyik.  Əgər konkret sualınız varsa və kimdən məsləhət alacağınızı bilmirsinizsə, sizi lazımi şəxsə və ya komandaya yönləndirə bilərik.  Əməkdaşlarımız sadə ingilis dilində danışa bilir və təqdim olunan məlumatları mümkün qədər aydın və asan başa düşülən şəkildə çatdırır. Zəruri hallarda biz Brayl şrifti kimi xüsusi formatlarda da məlumat verə bilərik.