Unlimited: Limitsiz Addımlara Doğru incəsənət və əlillik sahəsində həyata keçirilən bir proqram idi və etnik mənsubiyyətindən, yaxud fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanır.
Proqramın tərkibinə seminarlar, maarifləndirici forumlar və canlı çıxışlar daxil idi. 2015-ci ildə "British Council"ın proqramı qismində start götürən bu proqram o vaxtdan bəri incəsənət və teatr səhnəsinə, o cümlədən, regionda yaşayan məhdud imkanlı insanların həyatına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Unlimited layihəsinin Azərbaycanda əhəmiyyəti:
- Əlilliyi olan insanların yaradıcı iqtisadiyyat və yeni qərarların alınmasında rollarının artması.
- Azərbaycanda və digər üç ölkədə keyfiyyətli, eyni zamanda inklüziv yaradıcı əsərlərin nümayişi və ərsəyə gətirilməsində əlilliyi olan şəxslərin bacarıqlarının təkmilləşdirilməsi.
- Davamlı yeni əlaqələrin təməlinin qoyulması, Birləşmiş Krallıqdan olan, sektorun inkişafı və beynəlmiləlləşdirilməsilə məsul şirkət, eyni zamanda əlilliyi olan incəsənət nümayəndələri ilə yeni əməkdaşlıqlar və ortaqlıqların yaradılması.
- Sosial siyasət və qanunlara təsir, cəmiyyətdə əlilliyi olan insanların yaradıcı potensialına daha anlayışlı və həssas yanaşmaya nail olmaq.
- Birləşmiş Krallığın incəsənətdə əlilliyi olan insanların təcrübələrindən faydalanaraq, incəsənətin sosial inkişafda əhəmiyyətinin daha da önə çıxarılması.