Biz Cultural Associates Oxford ilə birlikdə mədəniyyət və yaradıcılıq sahələrində çalışan və siyasətlərin hazırlanmasına maraq göstərən peşəkarları "Yaradıcı iqtisadiyyatın dəstəklənməsi" onlayn təlim proqramında iştirak etmək üçün açıq müsabiqəyə dəvət edirik. Müsabiqədə iştirak etmək üçün 13 iyun 2022-ci il tarixindən 8 iyul 2022-ci il, saat 12:00-dək (GMT+1) müraciət etmək mümkündür.

Proqram haqqında

"Yaradıcı iqtisadiyyatın dəstəklənməsi: tənzimləyici qurumlar üçün proqram" mədəniyyət və yaradıcılıq sahələrində çalışan peşəkarların doqquz həftə ərzində müstəqil şəkildə onlayn təlim proqramı vasitəsilə öyrənməsini təmin edir. Proqramda Albaniya, Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, Qazaxıstan, Kosovo, Şimali Makedoniya, Monteneqro, Serbiya, Türkiyə, Ukrayna və Özbəkistandan olan mütəxəssislər iştirak edə bilər. O, peşəkarlara yaradıcı iqtisadiyyat haqqında biliklərinin əsasında bu sahədə siyasət hazırlaması üçün məlumatlar, tematik araşdırmalar və praktiki biliklər verəcək.  Proqram iştirakçıları şəhər/region/ölkələrində yaradıcılıq və mədəniyyət sahələrini dəstəkləmək üçün yeni ideya və alətlərlə təmin edəcək, habelə Birləşmiş Krallıqla əlaqələri və qlobal peşəkar şəbəkələri genişləndirməyə xidmət edəcək. 

Proqram 25 iyul tarixindən 25 sentyabr 2022-ci il tarixinədək doqquz həftə ərzində onlayn formatda keçiriləcək və iştirakçıların şəbəkələr yaratması və ideya mübadiləsi ilə məşğul olması üçün üç canlı sessiya ilə tamamlanacaq. Hər bir modulun, o cümlədən əsas məzmun və təlim fəaliyyətlərinin tamamlanması iki saatadək vaxt tələb edəcək. Bütün proqramı tamamlamış iştirakçılar British Council və Cultural Associates Oxford-dan kursun tamamlanması haqqında sertifikat alacaq. Proqrama burada nəzər sala bilərsiniz.

Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın: arts.info@britishcouncil.org

Müddət

13 iyun 2022-ci il Müraciətlərin qəbulunun elan edilməsi
8 iyul 2022-ci il (12:00, GMT+1) Müraciətlərin edilməsi üçün son tarix
11-14 iyul 2022-ci il Müraciətçilərin qısa siyahısının hazırlanması
15 iyul 2022-ci il Seçilmiş namizədlərə məlumat verilməsi
19 iyul 2022-ci il Ehtiyatda saxlanmış və seçilməmiş namizədlərə məlumat verilməsi
25 iyul 2022-ci il Proqramın başlaması – 1 və 2-ci Modulların buraxılması
25 iyuldan başlayan həftə 1-ci canlı sessiya
15 avqust 2022-ci il 3 və 4-cü Modulların buraxılması
5 sentyabrdan başlayan həftə 2-ci canlı sessiya
5 sentyabr 2022-ci il 5 və 6-cı Modulların buraxılması
19 sentyabrdan başlayan həftə Yekun canlı sessiya və proqramın yekunlaşdırılması

Necə müraciət etmək lazımdır?

Biz Albaniya, Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, Qazaxıstan, Kosovo, Şimali Makedoniya, Monteneqro, Serbiya, Türkiyə, Ukrayna və Özbəkistanda

• dövlət sektorunda işləyən mütəxəssislər və orta səviyyəli menecerlər və

• mədəniyyət və yaradıcılıq sahələrində çalışan və siyasətlərin hazırlanmasına maraq göstərən peşəkarların müraciətlərini qəbul edirik.

Biz iştirakçıların peşəkar ingilis dili biliklərinə sahib olmasını tələb edirik. Kursun bütün materialları ingilis dilində təqdim ediləcək və videolar altyazılarla təmin ediləcək. 

Namizədlər onlayn müraciət formasını cümə günü, 8 iyul, saat 12:00-a (GMT+1) kimi doldurmalı və təqdim etməlidir.

Seçim meyarı

Müraciətçilər aşağıdakı seçim meyarlarına cavab verməlidir:

• İştirakçı aşağıdakı ölkələrdən birindən olmalıdır: Albaniya, Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, Qazaxıstan, Kosovo, Şimali Makedoniya, Monteneqro, Serbiya, Türkiyə, Ukrayna və Özbəkistan.

• İştirakçı müraciət formasında ingilis dilini səlis bilməsini göstərməlidir.

• İştirakçı mədəniyyət və yaradıcılıq sahələrində və ya yaradıcı iqtisadiyyat sahəsində işləməlidir.

• İştirakçı 25 iyul - 25 sentyabr 2022-ci il tarixlərində təlim proqramına qoşulmaq imkanına sahib olmalıdır.

• İştirakçı 18 yaşdan böyük olmalıdır.

Qiymətləndirmə

Müraciətlər British Council və Cultural Associates Oxford təşkilatının nümayəndələrindən ibarət layihə komandası tərəfindən qiymətləndiriləcək. 

Komanda namizədlərin proqram üçün uyğunluğunu və müraciət formasında təqdim edilmiş məlumatların keyfiyyətini qiymətləndirəcək. Müraciətdə proqrama göstərdiyiniz marağın səbəbini və proqramın ölkənizdə mədəniyyət və yaradıcılıq sahələrinin inkişafına verəcəyiniz töhfəyə necə kömək edə biləcəyini aydın ifadə etməyiniz çox vacibdir. 

Müraciətlərin sayı ilə əlaqədar olaraq qəbul edilməmiş müraciətlərlə bağlı rəy bildirə bilməyəcəyik.

Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın: arts.info@britishcouncil.org