British Council siyasətlərin hazırlanması, infrastrukturun inkişaf etdirilməsi, yerli yaradıcı istedadların dəstəklənməsi və beynəlxalq anlaşmanın genişləndirilməsinə nail olan tədbirlərin hazırlanması üçün Birləşmiş Krallıq və tərəfdaş ölkələrdən olan ideya və təcrübələri bir araya gətirməklə yaradıcı iqtisadiyyat sahəsində 20 illik fəaliyyət təcrübəsinə malikdir.
Biz 2021-ci ildə Geniş Avropa regionunda həyata keçirilmiş Təlim Ehtiyaclarının Qiymətləndirilməsinin nəticələrini əsas götürərək yaradıcı iqtisadiyyat sahəsində fəaliyyət göstərən tənzimləyici qurumlar üçün onlayn təlim proqramı hazırlamaq məqsədilə Cultural Associates Oxford şirkəti və Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə əməkdaşlığa başlamışıq.
Yaradıcı iqtisadiyyatın dəstəklənməsi: tənzimləyici qurumlar üçün proqram Geniş Avropa regionunda yerli, regional və mərkəzi hökumət orqanlarında işləyən siyasətçilər üçün müstəqil təlim metodlarına əsaslanan onlayn kursdur. O, dövlət qulluqçularının yaradıcı iqtisadiyyat haqqında biliklərinə əsaslanacaq, onlara bu sahədə siyasət hazırlaması üçün məlumatlar, tematik araşdırmaq və praktiki biliklər verəcək. Proqram siyasətçilərə şəhər/region/ölkələrində yaradıcılıq və mədəniyyət sahələrini dəstəkləmək üçün yeni ideya və alətlər verəcək, habelə onların Birləşmiş Krallıqla əlaqələrini və qlobal peşəkar şəbəkələrini genişləndirməyə xidmət edəcək.
Kursun əhatə edəcəyi əsas mövzulara daxildir: yaradıcılıq sektorunun digər sektorlarla sinerjisi, məlumatların toplanması və ölçülməsi, işçi qüvvəsinin yeni bacarıqları və müəssisələrin inkişafı, biznes modelləri, yaradıcı qovşaqlar və şəbəkələr, əqli mülkiyyət, müdafiə və lobbiçilik, mədəni müxtəliflik və auditoriyanın inkişafı, yaradıcılıq milli brend və ya rəqabət üstünlüyü kimi.
7 mart tarixindən 15 may 2022-ci ilədək on həftə ərzində davam edəcək. Proqramda tənzimləyici qurumlar Azərbaycan Yaradıcı Sənayelər Federasiyadından dəvət əsasında iştirak edə biləcək.
Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın:
Dilarə İbrahimova│İncəsənət üzrə Menecer | dilara.ibrahimova@britishcouncil.org | T +994 (0) 12 497 1593