By British Council in Azerbaijan

13 Mart 2020 - 12:34

Birləşmiş Krallıqda təhsil almaq ən yaxşı qərarlarımdan biri idi. Bu qərar həyatımın missiyası olaraq Azərbaycanda yüksək keyfiyyətli səhiyyə sisteminə nail olmaq üçün çalışmağa kömək etdi.

2019-20 STUDY UK MƏZUN MÜKAFATLARININ QALİBİ OLAN TURAL QULU, BİRLƏŞMİŞ KRALLIQDA TƏHSİLİN AZƏRBAYCANDA KEYFİYYITLİ SƏHİYYƏ SİSTEMİNƏ NAİL OLMAQ ÜÇÜN ONA KÖMƏK ETDİYİNİ HEKAYƏSİNİ BOLÜŞÜR.

Azərbaycan Tibb Universitetini bitirdikdən sonra başa düşdüm ki, mənim missiya ölkəmin səhiyyə sistemindəki makro-səviyyəli problemlərə diqqət yetirməkdir. İnsanlarımızın sağlamlığını təmin etmək üçün mən öz həyatımı bu mübarizəyə həsr etdim - çünki düzgün sağlamlıq siyasəti və xəstəliklərin qarşısının alınması strategiyaları vasitəsilə Azərbaycanda və başqa yerlərdə insanların daha uzun və sağlam yaşaya biləcəyinə inanıram.

Uğurun başlancığı

Magistr proqramlarını axtararkən Şeffild Universitetində (TUOS) İctimai Səhiyyə Magistri (MPH) Proqramı ilə rastlaşdım. TUOS mükəmməllik nüfuza sahib olan dünya səviyyəli bir universitetdir. Təhsilimi maliyyələşdirmək üçün 2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində müraciət etdim və tam təqaüd aldım.

Birləşmiş Krallıqda təhsil həyatımı dəyişən bir təcrübə idi. Peşəkar bacarıqlarımı, biliklərimi, tənqidi düşüncələrimi, habelə ictimai səhiyyə sahəsində karyerama başlamaq üçün sosial əlaqələri inkişaf etdirmək fürsəti qazandım. Mən həqiqətən inanıram ki, Birləşmiş Krallığ təhsili məni daha yaxşı, güclü və daha qətiyyətli bir insan və peşəkar etdi.

Düzgün sağlamlıq siyasəti və xəstəliklərin qarşısının alınması strategiyaları vasitəsilə Azərbaycanda insanların daha uzun və sağlam yaşaya biləcəyinə inanıram.

2015-ci ildə ABŞ-ın Milli Səhiyyə İnstitutundan Harvard Universitetində post-doktorluq tədqiqatımı aparmaq üçün təqaüd aldım. Bu təcrübə müddətində Boston Uşaq Xəstəxanasında və Harvard Tibb Məktəbində, həmçinin Harvard T. H. Chan Xalq Sağlamlığı Məktəbində müəllim və tədqiqatçılarla görüşmək şansı qazandım. Biostatistika, Epidemiologiya və Etika kurslarını bitirmək üçün vaxtımı ayırdım və İnstitusional Baxış Şurasının (IRB) iclaslarında iştirak etdim.

Bostondan qayıtdıqdan sonra, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil oldum. Agentlikdə statistik təhlil toplamaq və aparmaq, səhiyyə siyasətinə dair tövsiyələr və hesabatlar hazırlamaq və səhiyyə maliyyələşdirmə mexanizmlərini tərtib etmək üçün məsuliyyət daşıyıram. Peşəkar həyatım indi Strateji Yol Xəritəsi Layihəsinə həsr olunmuşdur. Bu layihəyə səhiyyə təminatçı şəbəkəsinin qiymətləndirilməsi və optimallaşdırılması, ilkin tibbi yardım mexanizmlərinin gücləndirilməsi, müxtəlif əhali qruplarından töhfələrin toplanmasının təhlil edilməsi və daha yaxşı və daha effektiv tibbi sığorta modelinin hazırlanması daxildir.

Cəmiyyətimizə dəstək

Peşəkar təcrübəmdən əlavə, Birləşmiş Krallığın təhsili rəhbərliyimi və ünsiyyət bacarıqlarımı gücləndirməyə kömək etdi. Məsələn, mən Azərbaycan-Birləşmiş Krallıq məzunları cəmiyyətinin üzvü olmaqdan qürur duyuram. 2016-cı ildə mən Azərbaycan-Birləşmiş Krallıq Məzunlar Birliyinin (AUKAA) idarə heyətinin üzvü idim. AUKAA vasitəsilə, Birləşmiş Krallıq və Azərbaycandakı tərəfdaşlara, o cümlədən British Council və Britaniya səfirliyinə bir çox maraqlı layihələrimizi təklif etdik və onlarnan birlikdə yerinə yetirdik. ABŞ təhsilli Azərbaycanlı məzunlarımızla ilk dəfə ortaq forum tədbiri təşkil etdik və 200-dən çox məzundan daha böyük bir şəbəkə yaratdıq.

Mən həmçinin AUKAA Mübadilə Məktəbini idarə etməyə kömək etdim. Bu məktəb Birləşmiş Krallıq məzunlarının bilik və fikirlərini mövcud universitet tələbələri ilə bölüşə biləcəyi bir platforma idi. Müxtəlif sahələrdən olan məzunlarımızı Birləşmiş Krallıq təhsillərindən öyrəndikləri və gənc mütəxəssislərin bu bilikləri peşə fəaliyyət sahələrində necə istifadə edə biləcəkləri barədə onlayn və canlı seminarlar təqdim etməyə dəvət etdik.

#UKAlumniAwards müsabiqədə qalib olmaq

Study UK Alumni Awards 2019-20 qaliblərindən biri seçilmək mənim üçün böyük bir nailiyyət idi. Qalib gəldiyim mükafatını Birləşmiş Krallıqda peşəkar inkişaf üçün xərcləyəcəyəm və qlobal UK Alumni Mükafatlarında da mübarizə aparacağam. Gələcək hədəfim Azərbaycanda səhiyyə sistemini gücləndirmək üçün ən yaxşı beynəlxalq təcrübəni öyrənmək, uyğunlaşdırmaq və tətbiq etməkdir ki, ölkəmdəki bütün insanlar ehtiyac duyduqları keyfiyyətli tibbi xidmətlərdən istifadə edə bilsinlər. İnsanlara sağlam və həyatda müvəffəq olmalarına kömək etmək xüsusi bir nailiyyətdir - buna görə də əlavə fəaliyyətlərimi gənclərə öz karyeralarında və şəxsi inkişaflarında dəstək olmaq üçün həsr edirəm.

PROQRAM HAQQINDA

Qabaqcıl şəxslər Birləşmiş Krallıqda dünya standartlarına uyğun təhsil aldıqda, bunun nəticəsi uzumüddətli ola bilər. Məzun Mükafatları (Alumni Awards) Birləşmiş Krallığın ali təhsil müəssisələrindən məzun olmuş şəxslərin seçdikləri sahələrdə gördükləri işləri və onların Birləşmiş Krallıqda aldıqları təhsilin bu işlərə göstərdiyi təsiri qiymətləndirir.

Üç mükafat kateqoriyaları mövcuddur: Peşəkar Nailiyyət, Sahibkarlıq, və Sosial Təsir mükafatı.

  • Peşəkar Nailiyyət Mükafatı fəaliyyət göstərdikləri peşə sahəsində nümunəvi liderlik və qazandığı uğurlarla həmin və ya digər sahələr üzrə müsbət təsiri yaratmış məzunlara verilir.
  • Sahibkarlıq Mükafatı innovativ və yaradıcı ideyalara sahib, eləcə də güclü inkişaf potensialı yaradacaq biznes imkanlarını irəli sürmək və ya onları dəstəkləmək baxımından fəal olan məzunlara verilir.
  • Sosial Təsir Mükafatı cəmiyyətə müstəsna və müsbət töhfələr vermiş, eləcə də digər insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün xidmət göstərmiş məzunlara verilir.

Daha ətraflı