Hansının sizin üçün ən yaxşı olduğuna qərar vermək üçün, ən populyar ingilis dili biliyi imtahanları haqqında hər şeyi öyrənəcəksiniz:
- Ən populyar ingilis dili biliyi imtahanları
- İmtahanların əsas xüsusiyyətləri
- İmtahanları müqayisə etmək
- Sizin üçün uyğun imtahanı necə seçə bilərsiniz
- IELTS imtahanına hazırlıq
İngilis dili imtahanından keçməli olduğunuzu ilk dəfə öyrəndiyiniz və bütün seçimlərinizi araşdırmağa başladığınız zaman təbii olaraq çoxlu suallarınız olur.
İmtahanların biri digərlərindən asandır? Hansı imtahanlar kompüterdə aparıla bilər? Hansılar sürətli nəticə verir?
Aydındır ki, seçim etməzdən əvvəl hər bir imtahanın əsas xüsusiyyətlərini diqqətlə nəzərdən keçirməlisiniz. Tanınma, etibarlılıq, imtahan formatı, qiymətləndirmə meyarları və təqdimetmə üsulu kimi amilləri nəzərə almalısınız.
Xatırlamalıyıq ki hər bir imtahanın xüsusi məqsədlər üçün ən uyğundur . Məsələn, təhsil məqsədlərinizdən biri mötəbər Ivy League məktəbinə daxil olmaqdırsa, onda akademik şəraitdə ingilis dili biliyinizin uyğunluğunu ölçən IELTS və TOEFL kimi imtahanlar bu məqsədə çatmağınıza kömək etməlidir.
TOEFL-in ABŞ-da təhsil almaq üçün ən uyğun ingilis dili imtahanı olduğuna dair inam, artıq doğru deyil. IELTS Akademik imtahanı da eyni dərəcədə yaxşıdır, buna görə də ABŞ-ın 3400-dən çox institutu (Ivy League üzvləri daxil olmaqla) və proqramları, onu ingilis dili biliyinin sübutu kimi qəbul edirlər.
Əgər işləmək, təhsil almaq və ya təlim keçmək üçün xaricə getmək istəyirsinizsə, daha ümumi yönümlü, və daha populyar ingilis dili biliyi imtahanlarından birində iştirak edə bilərsiniz. Bu cür imtahanlar adətən sizin ingilis dili bacarıqlarınızı praktiki, gündəlik kontekstdə ölçür.
Ən populyar ingilis dili imtahanları
Ən çox populyar ingilis dili imtahanları IELTS, TOEFL, TOEIC, CELPIP və Cambridge English Qualifications of KET, PET, FCE, CAE və CPE-dir. Bununla belə, IELTS və TOEFL digərlərindən fərqli kateqoriadadır, çünki onlar həm ingilis dilli, həm də qeyri-ingilis dilli ölkələrdə bir çox təşkilatlar tərəfindən tanınır və qəbul edilir.
İş dünyasında da ingilis dili biliyi imtahanlarından geniş istifadə olunur. İşəgötürənlər, peşəkar təşkilatlar və birliklər uyğun işçiləri seçmək üçün imtahan nəticələrinə etibar edirlər. Ona görə, bu imtahanlarda yaxşı nəticələr karyera perspektivlərinizi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
İmtahanların əsas xüsusiyyətləri
IELTS
IELTS ingilis dilinin kommunikasiya dili olduğu yerlərdə təhsil almaq və ya işləmək istəyən insanların dil bacarıqlarını qiymətləndirmək üçün hazırlanmışdır. Bu imtahan, dünya üzrə 11 000-dən çox təşkilat tərəfindən tanınan, ali təhsildə və qlobal miqrasiya sahəsində dünyanın ən populyar ingilis dili biliyi imtahanıdır.
İmtahan dörd hissədən ibarətdir: Dinləmə, oxuma, yazma və danışma. Bu hissələrin hər biri üçün individual balların sayı müəyyən edilir, və bunlarla balların ümumi sayı hesablanır. Nəticələr 1-dən (ən aşağı bal) 9-a (ən yüksək bal) olan şkala üzrə qrup balları kimi bildirilir. IELTS nəticələri imtahan tarixindən etibarən iki il ərzində etibarlıdır.
İki IELTS imtahanı var – IELTS Academic və IELTS General Training. Hansı imtahandan keçməli olduğunuz, nə etmək istədiyinizdən asılıdır. IELTS Academic ingilis dili biliyinizin akademik mühitə uyğun olub-olmadığını ölçür və buna görə də akademik dilin aspektlərini əks etdirir. IELTS General Training isə ingilis dili biliyini praktiki və gündəlik kontekstdə ölçür. Təbii ki, tapşırıqlar və hissələr həm peşəkar, həm də sosial vəziyyətləri əks etdirir.
Əgər British Council ilə IELTS imtahanı vermək istəyirsinizsə, bunu dünyanın hər yerində edə bilərsiniz: rahat yerdə yerləşən və modern imkanlara malik 800-dən çox British Council IELTS imtahan mərkəzi var.
TOEFL
Amerikanın ən məşhur imtahanıdır və bütün dünyada universitetlər və institutlar tərəfindən tanınır. İmtahan əslində Vaşinqtondakı Tətbiqi Dilçilik Mərkəzi tərəfindən hazırlanmışdır. İmtahanda istifadə olunan dil, ingilis dilinin gündəlik akademik həyatda necə istifadə olunduğunu dəqiq şəkildə əks etdirir və imtahan məzmunu tamamilə akademikdir və bitişdirilmiş tapşırıqları var. IELTS kimi, bu imtahan da dinləmə, oxuma, yazma və danışma kimi dörd əsas dil bacarığını qiymətləndirir.
Hal-hazırda TOEFL iBT imtahanı üç fərqli şəkildə verilə bilər: imtahan mərkəzində, evdə və kağız üzərində. TOEFL iBT Home Edition (ev versiyası), imtahan mərkəzində verəcəyiniz eyni imtahandır, ancaq öz rahat evinizdə. Paper Edition (kağız versiyası), eyni dörd bacarıqlı TOEFL iBT imtahanıdır, lakin iki sessiyada tamamlanmalıdır. Danışma evdə kompüterdə aparılır, digər üç hissə imtahan mərkəzində kağız üzərində aparılır.
TOEFL imtahanının hər hissəsində 0-dan 30-a xal şkalası var ki, bu da sizə maksimum 120 xal qazandırır. Nəticələriniz 2 il ərzində etibarlıdır.
TOEIC
Test of English for International Communication (Beynəlxalq Kommunikasiya üçün İngilis Dili İmtahanı) iş yeri üçün kommunikasiya bacarıqlarınızı qiymətləndirir. Dinləmə və oxuma xallarını əlavə etməklə, ümumi xal sayınız 990 (CEFR-nin C1 səviyyəsinə ekvivalent) ola bilər. Danışma və yazma testləri üçün, imtahan fərqli qiymətləndirmə sxeminə əsasən aparılır. Digər imtahanlar kimi, TOEIC nəticələri iki il ərzində etibarlıdır.
İmtahan sizə işçilər və müştərilərlə qlobal miqyasda əlaqə qurma bacarığınızı nümayiş etdirməyə kömək etdiyi üçün, bütün dünyada şirkətlər, çoxmillətli korporasiyalar, beynəlxalq və hökumət qurumları tərəfindən yüksək qiymətləndirilir. Məsələn, aviasiya sənayesindəki şirkətlər ümumiyyətlə işçilərinin ingilis dili biliyini ölçmək üçün ondan istifadə edirlər.
CELPIP
Daha çox CELPIP kimi tanınan Canadian English Language Proficiency Index Program (Kanada İngilis Dili Biliyi İndeksi Proqramı) Kanadanın ümumi ingilis dili biliyi üçün əsas imtahandır. Bu imtahan, müxtəlif gündəlik vəziyyətlərdə ingilis dilinizi qiymətləndirir və əksərən miqrasiya və məşğulluq məqsədləri üçün istifadə olunur. İki növ imtahan mövcuddur: CELPIP – General Test (3 saat) və CELPIP – General LS Test (1 saat). Daha uzun imtahan, dörd dil bacarığının hamısını əhatə etdiyi halda, daha qısa versiyası yalnız danışma və dinləmə hissələrini əhatə edir.
İmtahan məzmunu baxımından, CELPIP açıq şəkildə Şimali Amerika İngilis dili üzərində fokuslanmışdır. Müxtəlif ingilis dilli ölkələrdən olan danışanları əks etdirdiyi IELTS Listening-dən fərqli olaraq, CELPIP-in dinləmə hissəsində yalnız Şimali Amerika aksentindən istifadə edilir. Bundan əlavə, CELPIP imtahanı tam kompüterə əsaslanır, yəni danışma imtahanı kompüterdə aparılır və suallara verdiyiniz cavablarınız qeyd olunur.
Cambridge English KET, PET, FCE, CAE və CPE
Bu imtahanlar Cambridge Universitetinin bir bölməsi olan Cambridge English tərəfindən hazırlanıb. Onlar bütün dünyada minlərlə işəgötürən, universitet və dövlət idarələri tərəfindən ingilis dilini istifadə etmək qabiliyyətinin sübutu kimi tanınır. Bu imtahanların unikal tərəfi ondan ibarətdir ki, imtahan nəticələrinin son istifadə tarixi yoxdur, yəni bu ixtisaslar ömür boyu etibarlı sayılır.
Gəlin hər bir Cambridge English ixtisasına daha yaxından nəzər salaq.
KET (Key English Test): Sadə vəziyyətlərdə ingilis dilində əlaqə qurma qabiliyyətinizi yoxlayan əsas səviyyə imtahanıdır.
PET (Preliminary English Test): Bu imtahan orta səviyyəli imtahandır. Gündəlik istifadə üçün praktik dil bacarıqlarınız varsa, PET sizin üçün uyğundur.
FCE (First Certificate of English): Bu imtahan, sizin ingilis dilli ölkədə müstəqil yaşamaq və işləmək və ya ingilis dilli kurslarda təhsil almaq üçün lazım olan dil bacarıqlarına malik olduğunuzu sübut edə bilər.
CAE (Certificate in Advanced English): İşəgötürənlər və universitetlərin tələb etdiyi dil biliklərinə malik olduğunuzu nümayiş etdirən yüksək səviyyəli, dərin ixtisasdır.
CPE (Certificate of Proficiency in English): Cambridge English tərəfindən təklif olunan ən yüksək ixtisasdır. Sizin, yüksək səviyyəli ingilis dilində danışanların səlisliyi və səviyyəsi ilə əlaqə qura bildiyinizi sübut edir.
İmtahanları müqayisə etmək
Bu imtahanların nəticələrini birbaşa müqayisə etmək mümkün olmasa da, bəlli səviyyədə anlamaq üçün, dil biliyini müəyyən edən beynəlxalq meyar olan Common European Framework of Reference (CEFR) (Ümumi Avropa İstinad Çərçivəsi) vasitəsindən istifadə edə bilərsiniz.
İmtahan/Səviyyəl | A1 | A2 | B1 | B2 | C1 | C2 |
IELTS | - | - | 4.0-5.0 | 5.5-6.5 | 7.0-8.0 | 8.5, 9.0 |
TOEFL | - | - | 42-71 | 71-94 | 95-120 | 115-120 |
TOEIC | 120-234 | 235-549 | 550-784 | 785-944 | 945-990 | - |
KET (Key) | 100-119 | 120-139 | 140-150 | - | - | - |
PET (Preliminary) | - | 120-139 | 140-159 | 160-170 | - | - |
FCE (First) | - | - | 140-159 | 160-179 | 180-190 | - |
CAE (Advanced) | - | - | - | 160-179 | 180-199 | 200-210 |
CPE (Proficiency) | - | - | - | - | 180-199 | 200-230 |
CELPIP | - | 4 | 5 | 6,7 | 8,9 | 10-12 |
Sizin üçün uyğun imtahanı necə seçə bilərsiniz
Təsəvvür etdiyiniz kimi, hansı imtahanın sizin üçün uyğun olması, əsasən ingilis dili imtahanını niyə vermək istədiyinizdən asılıdır. Bunu nəzərə alaraq, aşağıda mümkün olan ssenariləri təsvir etmişik.
1-ci Ssenari: Amerika Birləşmiş Ştatlarında və ya Kanadada bir universitetdə təhsil almaq istərdim.
IELTS, ali təhsildə və qlobal miqrasiya sahəsində ingilis dili biliyi üçün dünyanın ən populyar imtahanıdır. ABŞ-da institutlar, IELTS-in ingilis dilində anlamaq və əlaqə qurmaq bacarığınızı dəqiq əks etdirdiyini qəbul edirlər. Amerika Birləşmiş Ştatları üçün IELTS ölkənin ən yaxşı 25 universiteti tərəfindən təsdiq olunur, bütün Ivy League kollecləri tərəfindən qəbul edilir, və ABŞ-ın ən çox beynəlxalq tələbəyə malik olan ən yaxşı 50 universitetinin proqramlarında istifadə olunur. Amerikalı bir imtahan olduğuna görə, TOEFL həmçinin ABŞ-ın təhsil müəssisələri tərəfindən geniş şəkildə qəbul edilir.
Kanadada da IELTS eyni səviyyədə populyar bir seçimdir. Əslində, bütün Kanadadakı universitetlər və kolleclər üçün seçilən İngilis dili imtahanıdır.
2-ci Ssenari: Böyük Britaniya, Avstraliya və ya Yeni Zelandiyada işləmək və təhsil almaq istərdim.
Böyük Britaniya və Avstraliya və Yeni Zelandiyada, IELTS sizin üçün qapıları aça biləcək etibarlı addır. Bu ölkələrin öncül təhsil müəssisələri, bu imtahanın yüksək keyfiyyət standartlarını və etibarlılığını qəbul edirlər. İstər təhsil müəssisəsinə daxil olmaqda, istərsə də iş tapmaqda, IELTS sizə kömək edə bilər.
Bu ingilis dilli ölkələrdə təhsil və məşğulluq sahələrində çox yüksək standartlar var. Xarici dilləri öyrənmək sizə multikultural mühitdə özünüzü səmərəli şəkildə inkişaf etdirməyə və gələcək üçün bacarıqlar əldə etməyə imkan verir. Əgər ingilis dilini mükəmməl bilirsəniz və bunu ən etibarlı ingilis dili imtahanlarından birinin vasitəsi ilə sübut edə bilsəniz, başqalarına nəzərən üstünlük əldə etmiş olacaqsınız.
3-cü Ssenari: Mən çoxmillətli şirkətdə işləmək istərdim.
TOEIC, IELTS və TOEFL məşğulluqla bağlı məqsədlər üçün ən populyar ingilis dili biliyi imtahanlarıdır. Şirkətlər bilirlər ki, IELTS kimi imtahanlarda olan müəyyən komponentlər, onlara düzgün işçiləri seçməkdə kömək edə bilər. Buna görə, qlobal görkəmi olan bir şirkətdə işləmək istəyirsinizsə, bu imtahanlardan birində yaxşı nəticə almaq iş perspektivinizi xeyli yaxşılaşdıra bilər. Maliyyə, hökumət, inşaat, enerji, aviasiya və turizm kimi sektorlardakı işəgötürənlərin çoxu kifayət qədər dil bilikləri olan insanları işə götürmək üçün IELTS imtahanından istifadə edir.
4-cü Ssenari: Beynəlxalq iqtisadiyyatda karyera qurmaq istərdim.
Bu günlər şirkətlər artan şəkildə iş proseslərini xaricə köçürməyə və autsorsing etməyə məcbur olurlar. Bu, avtomatik olaraq şirkətin düzgün işləməsini təmin edən iki dilli və ya çox dilli işçilərə ehtiyacı artırır. Bu, həm də şirkətlərə yeni bazarlarda dayaq nöqtəsi tapmaq üçün kömək edir. Belə bir vəziyyətdə şirkətlərin ingilis dili bilən işçini işdən çıxarma ehtimalı daha azdır.
Əgər beynəlxalq biznesdə karyera qurmaq niyyətindəsiniz, əlverişli səviyyədə ingilis dili biliyini sübut etdirə bilmək, çox böyük bir üstünlükdür. Həm akademik, həm də praktiki, gündəlik kontekstdə ingilis dili biliyini ölçən IELTS kimi imtahan, potensial işəgötürənlərə dil bacarıqlarınızı nümayiş etdirməyə kömək edəcək.
5-ci Ssenari: İngilis dili səviyyəmi bilmək istərdim.
İngilis dili səviyyənizi öyrənmək istəyirsinizsə, Cambridge English imtahanları yaxşı seçimdir. Daha əvvəl qeyd edildiyi kimi, bu ixtisaslar bir sıra səviyyələri əhatə edir (CEFR-in A2 - C2səviyyələri) və ömür boyu etibarlıdır.
Bununla belə, IELTS kimi yüksək səviyyəli ingilis dili imtahanlarının formatı ilə tanış olmaq istəyirsinizsə, Take IELTS veb-saytının bu səhifəsinə nəzər salmalısınız. Orada imtahanı daha yaxşı başa düşməyə kömək edəcək bir sıra pulsuz hazırlıq materialları tapa bilərsiniz. Həmçinin veb-saytda mövcud olan pulsuz onlayn IELTS sınaq imtahanlarından birini keçərək imtahanı təcrübə edə bilərsiniz. İmtahanla bağlı təcrübələrindən danışan və imtahan üçün faydalı məsləhətlər verən keçmiş IELTS imtahanı verən şəxslərin videolarına da baxa bilərsiniz.
IELTS imtahanına hazırlıq
British Council-də IELTS imtahanı üçün qeydiyyatdan keçdikdən sonra, onlayn məşq imtahanları, IELTS vebinarları, mobil tətbiqlər, IELTS Study Pack və video dərslər də daxil olmaqla, bir sıra pulsuz hazırlıq materiallar əldə edirsiniz. Ondan ən yaxşı şəkildə istifadə etmək sizə bağlıdır. Həmçinin, nə ilə qarşılacağınızı dəqiq bilmək üçün imtahan formatı haqqında məlumat əldə edin. Nəhayət, qızıl qaydanı unutmayın: IELTS bacarıqlarınızı məşq etməyə nə qədər çox vaxt sərf etsəniz, imtahan gününə bir o qədər yaxşı hazır olacaqsınız.
Son qeydlər
Ümid edirik ki, burada özünüzə düzgün suallar soruşmaq üçün kifayət qədər məlumat əldə etmisiniz ki ən uyğun olan ingilis dili biliyi imtahanını seçə biləsiniz. Burada təqdim olunan imtihanların hamısı onları cazibəli edən unikal xüsusiyyətlərə malik olsa da, IELTS bəzi əlavə üstünlüklərə malikdir. Dünyanın ən tanınmış ingilis dili biliyi imtahanı olmaqla yanaşı, bu imtahan Common European Framework of Reference for Languages (CEFR) standartının C2 səviyyəsini də ölçür. Bundan əlavə, IELTS-in məzmunu beynəlxalq yönümlüdür - mətnlər və tapşırıqlar bütün ingilis dilli dünyanın nəşrlərindən gəlir - və bu, onu ədalətli və tərəfsiz imtahana çevirir.
Hansı imtahandan keçməyə qərar verdiyinizdən asılı olmayaraq, ingilis dili biliklərinizin orta səviyyədən yüksək olduğunu düşünsəniz belə, kifayət qədər məşq edin. Çünki əgər siz imtahanın hər bir hissəsinin necə işlədiyini və imtahançıların keyfiyyətinizi qiymətləndirərkən nələrə diqqət yetirdiyini tam başa düşməsəniz, ən yaxşı nəticə əldə edə bilməyəcəksiniz. Uğurlarınız bol olsun!