Ali təhsil müəssisələrinin müəllimləri üçün tələbələrin biznes və sahibkarlıq təhsilinin köməyi ilə gələcəyə hazırlanması mövzusunda seminar proqramı
Nyukasl Universitetinin nümayəndələri üç gün ərzində günün yarısını əhatə edəcək seminar proqramı həyata keçirəcək. Proqramda biznes və sahibkarlıq təhsilinin müxtəlif ixtisaslarda effektiv şəkildə tətbiq edilməsi, habelə tədris planından kənar fəaliyyətlərin təşkil edilməsi nəzərdən keçiriləcək.
Təşəbbüs British Council-ın Creative Spark proqramı çərçivəsində təşkil etdiyi ölkədaxili tədbirlərin bir hissəsi kimi həyata keçirilir.
- Tarixlər: 14, 15, 16 Dekabr 2022
- Vaxt: 14.00–18.00
- Məkan: Bakı Ali Neft Məktəbi
Proqram ali təhsil müəssisələrinin biznes və sahibkarlıq təhsili ilə bağlı təcrübəyə malik olan müəllimləri və bu sahədə yeni olan və ya məhdud təcrübəyə malik pedaqoqlar üçün nəzərdə tutulub.
Seminarlarda aşağıdakıları təmin etmək məqsədilə müxtəlif yanaşma və strategiyalar nəzərdən keçiriləcək:
- tələbələri biznes və sahibkarlıq təhsilinə cəlb etmək
- biznes və sahibkarlıq təhsili sahəsində qabaqcıl təcrübələrdən faydalanmaq üçün mövcud proqramları inkişaf etdirmək
- sahibkarlıq təhsili və təlimi metodlarını tətbiq etmək (o cümlədən belə metodları konkret sektorlardan, məs., mədəniyyət və yaradıcılıq sektorundan olan müxtəlif maraqlı tərəf qrupları ilə birlikdə yaratmaq).
Seminarlar interaktiv xarakter daşıyacaq və iştirakçıların müxtəlif tapşırıqları yerinə yetirməsini və nəticələri nümayiş etdirməsini tələb edəcək. Proqram şəxsi və peşəkar inkişafı dəstəkləyəcək və müəllimlərin məzun tələbələrin nəticələrini yaxşılaşdırmaq üçün təhsil praktikalarını inkişaf etdirməsinə şərait yaradacaq.
Proqramda iştirak etmək üçün onlayn formanı doldurmaqla 4 dekabr 2022 tarixinə kimi qeydiyyatdan keçməniz xahiş olunur.
Hər hansı sualınız olarsa, Könül Əhmədova ilə əlaqə saxlaya bilərsiniz: Konul.Ahmadova@britishcouncil.az
Yerlər məhdud olduğundan seçilmiş namizədlərə iştirak üçün təsdiq məktubu göndəriləcək.