Ali təhsil müəssisəsində siyasət hazırlanması ilə məşğulsunuz və ya biznes və sahibkarlıq təhsili sahəsində təcrübəniz var? Əgər belədirsə, biz sizi Creative Spark proqramı çərçivəsində təşkil etdiyimiz Yekun Forumda iştirak etməyə dəvət edirik. İştirakçılar tədbir zamanı Azərbaycanda və Böyük Britaniyada həyata keçirilən sahibkarlıq təhsili təşəbbüslərində ən yaxşı təcrübələr haqqında məlumat əldə edəcələr.
Forumun məqsədləri
Forumun dörd başlıca məqsədləri:
- Azərbaycanda Creative Spark tərəfdaşlıqlarının beş il ərzində əldə etdiyi nailiyyətlər haqqında hesabat vermək
- Azərbaycanda Creative Spark proqramı çərçivəsində sahibkarlıq təhsili sahəsində həyata keçirilmiş təşəbbüslər və qabaqcıl təcrübələri paylaşmaq
- Creative Spark proqramının həyata keçirildiyi dövrdə əldə edilmiş təcrübələri paylaşmaq
- Tərəfdaşların Birləşmiş Krallıqla Azərbaycan arasında təhsil modelləri və yaradıcı tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanlarını müzakirə etmək
Forumun iştirakçıları
- Creative Spark Azərbaycan və Birləşmiş Krallıq tərəfdaşlığının təmsilçiləri
- Yaradıcı iqtisadiyyatın inkişaf etdirilməsində maraqlı olan əsas tərəflərin nümayəndələri
- Azərbaycanda ali təhsil müəssisələrinin nümayəndələri
Tarix və məkan
Tarix: Cümə günü, 24 Fevral 2023, 14.00–18.00
Məkan: Fairmont oteli, Bakı
Sinxron tərçümə təmin olunacaqdır.
Qeydiyyat
Forumda iştirak üçün cümə axşamı, 16 fevral 2023 tarixinədək online formanı doldurmanız rica olunur.
Uyğun iştirakçılar Forumda iştiraka dair təsdiq məktubu alacaqlar.
Creative Spark proqramı haqqında
British Council-ın Creative Spark proqramı 2018-ci ildən başlayaraq həyata keçirilən beş illik təşəbbüsdür. Proqramın məqsədi Azərbaycan da daxil olmaqla, yeddi ölkənin Birləşmiş Krallıqla əməkdaşlığı vasitəsilə ali təhsil müəssisələrində sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Proqramın əsas benefisiarları universitet tələbələri, məzunlar və yeni fəaliyyətə başlamış sahibkarlardır.
Creative Spark proqramında Birləşmiş Krallıq və Azərbaycanın yeddi universiteti proqramın məqsədlərinə nail olmaq üçün müvəffəqiyyətlə tərəfdaşlıq edir. Tərəfdaşlıq aşağıdakı sahələrin dəstəklənməsinə istiqamətlənib:
- Yeni bizneslərin aktivləşməsi və formalaşmasının dəstəklənməsi ilə tələbələrin və gənc/yeni fəaliyyətə başlamış yaradıcı sahibkarların bacarıqlarının inkişaf etdirilməsi
- Bilik mübadiləsi
- Biznes təhsili kurikulumunun hazırlanması
Yeddi Azərbaycan – Böyük Britaniya tərəfdaşlığına aşağıdakı Təhsil Müəssisələri daxildir:
Azərbaycan | Böyük Britaniya |
---|---|
|
|
|
|
|
|
|
|
|
|
Sullarınız yaranarsa Layihə Koordinatoru Könül Əhmədova ilə əlaqə saxlayın Konul Ahmadova: Konul.Ahmadova@britishcouncil.az