Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı
"Creative Spark" Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Özbəkistan, Qırğızıstan), Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Gürcüstan, Ermənistan) və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beş illik təşəbbüsdür.
Biz yuxarıda sadalanan yeddi ölkədə ali təhsil sahəsində aparılan islahatları dəstəkləmək və işsizlik səviyyəsinin aşağı salınmasına töhfə vermək məqsədilə biznes təhsilinin inkişafına yardımçı olmaq üçün Birləşmiş Krallığın təcrübəsindən istifadə edəcəyik. Bununla da, proqramın birinci ilində 10 000-dən çox tələbəyə və gənc sahibkara dəstək göstərəcəyik.
Proqram üç əsas elementdən ibarətdir:
- Biznes təhsilini dəstəkləmək və biznes mərkəzləri yaratmaq məqsədilə Birləşmiş Krallıqda və proqrama qoşulan yeddi ölkədə fəaliyyət göstərən universitetlər və yaradıcılıq müəssisələri arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi.
- Tələbələrə və yaradıcı sahibkarlara biznes bacarıqlarının öyrədilməsi, ideyaların təqdim edilməsi, biznesin qurulması, əqli mülkiyyətin qorunması və kredit xətlərinin təmin edilməsi mövzusunda təlim paketlərinin təklif olunması.
- İngilis dilini öyrənmə proqramının, rəqəmsal tədris materiallarının, o cümlədən, təlim platformalarının, onlayn kursların və geniş kütlə üçün açıq olan onlayn kursların (MOOC) sahibkarlar üçün ingilis dili səviyyəsində təklif edilməsi.