Buraxılış ili: 2017
İstehsalçı ölkə: Birləşmiş Krallıq
Rejissor: Mark Qill
Aktyorlar: Cessika Braun Findli, Cek Louden, Codi Komer
Janr: dram, musiqi, tərcümeyi-hal
Davametmə müddəti: 94 dəqiqə
Yaş həddi: 16+
Müğənni-mahnıların söz müəllifi Stiven Patrik Morrissinin Mançester şəhərində keçirdiyi gənclik illərinə həsr olunan məzəli və yaddaqalan film. 1970-ci illərdə musiqiçi olmaq arzusu ilə alışıb-yanan, daha sonra isə 1980-ci illərin nüfuzlu qruplarından biri hesab olunan "The Smiths" musiqi qrupunun solistinə çevrilən Morrissi (yüksələn ulduz Cek Loudenin məharətlə canlandırdığı obraz) gəncliyin gətirdiyi təkəbbürlə dolu olan, lakin musiqi dünyasında öz yerini tapmağa çalışan bir personajdır.
Gələcəkdə yazıçı olmaq arzusunda olan Morrissi "New Musical Express" jurnalına bir-birinin ardınca məktublar göndərsə də, ailəsinə kömək etmək üçün yerli vergi orqanına işə düzəlməyə məcbur olur. O, Londona gedən yerli incəsənət tələbəsi Linder (valehedici Cessika Braun Findli) ilə vaxt keçirmək üçün işdə hər zaman fasilə götürür və ya mahnı sözləri yazmaq üçün ofisin damında gizlənir. İstehzalı yumor hissi ilə çəkilmiş filmin baş qəhrəmanı Morrissi özünü sudan çıxmış balıq kimi hiss edir, ətrafındakı insanlarla dalaşır, kütlədən seçilməyəcək qədər utancaq və özünə inamsızdır.
Mükafatlar və festivallar:
Edinburq Beynəlxalq Film Festivalında iştirak