Buraxılış ili: 2014

İstehsalçı ölkə: Birləşmiş Krallıq

Rejissor: Hemiş Hemilton, Keti Mullan

Davametmə müddəti: 95 dəqiqə

“The Times” qəzetində "dəbli və misli görünməmiş", "The Guardian" qəzetində "təntənə" kimi qələmə verilən "Devid Boui" sərgisi Viktoriya və Albert muzeyinin tarixində ən çox satış olan sərgidir, burada Devid Boui Arxivindən seçilmiş qeyri-adi kolleksiya, o cümlədən, əlyazma şəklində olan şeirlər, orijinal kostyumlar, musiqili kliplər, Bouinin şəxsi avadanlıqları və albomun üz qabığı nümayiş olunur.  İlk dəfə 2013-cü ildə işıq üzü görmüş film tamaşaçılara xüsusi qonaqların və ekspertlərin iştirak etdiyi, Bouinin ideyalarının yaradıcılıq potensialını və təkamülünü üzə çıxaran fikirlərin səsləndirildiyi sərgiyə virtual səyahət etmək imkanı verir.