By IELTS Expert

29 June 2023 - 11:00

TOEFL or IELTS - which is the right test for me, blog image

İngilis dili biliyi üçün ən çox istifadə olunan iki imtahan olan TOEFL və IELTS arasında qərar verməzdən əvvəl nəzərə alınmalı vacib məqamların siyahısını tərtib etdik. Bu məqalə, aşağıdakı meyarlara əsasən iki imtahandan hansının ehtiyaclarınıza ən uyğun olduğuna birdəfəlik qərar vermənizə kömək etməlidir:

  • Çətinlik səviyyəsi
  • Məqsədlər
  • İmtahanın aparılması
  • İngilis dili səviyyəsi
  • İmtahan bölmələri
  • Dil bacarıqları
  • Müddəti
  • Nəticələr
  • Xərclər
  • Digər imtahan verənlərin məsləhətləri və təcrübələri.

Beynəlxalq İngilis dili imtahanında iştirak etməyi nəzərə aldıqda ağlınıza gələn ilk sual hansı imtahanın sizin üçün ən yaxşı olduğudur. On nəfərdən doqquzu üçün məsələ TOEFL və IELTS arasında birini seçməkdir. Məlumatlı qərar vermək üçün ilk növbədə iki imtahanın necə işlədiyini hərtərəfli başa düşməyiniz vacibdir ki, son seçiminiz şəxsi məqsədlərinizə uyğun olsun.

Beynəlxalq tanınma baxımından iki imtahan arasında çox az fərq var. Hər ikisi əksər təhsil və biznes qurumları tərəfindən təsdiqlənir. Bununla belə, nəzərə almaq lazımdır ki, IELTS xaricdə ən çox istifadə edilən beynəlxalq ingilis dili imtahanıdır və 140 ölkədə 11500-dən çox təşkilat tərəfindən tanınır. Dünyanı gəzərək müxtəlif mədəniyyətlərlə tanış olmaq məqsədlərinizdən biridirsə, bu IELTS-ı avtomatik olaraq ideal seçim edir.

TOEFL və IELTS arasında seçim etməzdən əvvəl hədəflədiyiniz qitə və ölkəni müəyyənləşdirərək dünyanın harasına getmək istədiyinizi bilmək faydalıdır. Universitetlər və şirkətlər ümumiyyətlə vermənizi tələb etdikləri imtahan növü haqqında, TOEFL və ya IELTS, geniş məlumat verirlər Bəziləri hər iki imtahandan keçməyinizə icazə verir. Əgər belədirsə, seçdiyiniz müəssisə hər bir imtahan üçün minimum keçid balı və imtahanın növü haqqında məlumat verməlidir.

IELTS ‒ Kembric Universitetinin bir hissəsi olan Cambridge English tərəfindən hazırlanmışdır - Böyük Britaniyada və Avropa ölkələrinin əksəriyyətində ən populyar və önəmli ingilis dili imtahanıdır. Bu imtahan, həmçinin TOEFL-i idarə edən təşkilat Təhsil İmtahan Xidmətinin (ETS), yerləşdiyi Birləşmiş Ştatlardakı əksər qurumlar tərəfindən qəbul edilir. Bu o deməkdir ki, IELTS imtahanı sizi istədiyiniz yerə apara bilər.

Həmçinin, akademik, işgüzar və ya şəxsi səbəblərə görə xaricə getmək istəyib-istəmədiyinizi düşünün. İki imtahan arasındakı əsas fərqlər aşağıda verilmişdir. İdeal olaraq, düzgün seçmək üçün bütün meyarları bir-bir nəzərdən keçirməli və müsbət və mənfi cəhətləri müqayisə etməlisiniz. Bu səbəblə, nə etsəniz də, tələsməyin!

Çətinlik səviyyəsi

Hansı ingilis dili imtahnından keçəcəyinizi düşünərkən, təbiidir ki hər bir imtahanın çətinlik səviyyəsini biləsiniz ki, onlardan ən asanını seçə biləsiniz.

Beləliklə, milyon dollarlıq sual budur: hansı imtahan daha çətindir, TOEFL yoxsa IELTS? Düzünü desək, bu, tamamilə sizin dil bacarıqlarınızdan və əvvəlki biliklərinizdən asılıdır, ona görə də qəti cavab yoxdur. Təəssüf ki, hansı imtahanın daha asan olduğuna dair həmrəylik hələ formalaşmayıb.

TOEFL imtahanı Şimali Amerika təşkilatı, IELTS isə Birləşmiş Krallıq və Avstraliyadakı təşkilatlar tərəfindən idarə olunsa da, IELTS  imtahanında uğurunuz Britaniya ləhcəsi, lüğət ehtiyatı və ya kontekstlə tanışlığınızdan asılı deyil. IELTS-i həqiqətən beynəlxalq edən faktorlardan biri də imtahanın təkcə Britaniya deyil, müxtəlif ləhcələri olmasıdır. Əgər maraqlanırsınızsa,  IELTS-in Speaking bölməsində yaxşı nəticə əldə etmək üçün ləhcənizin Böyük Britaniyadan və ya başqa yerdən olan doğma ingilis dilini bilən birisi kimi olması gözlənilmir.

İmtahan formatı və tapşırıq növləri ilə həqiqətən tanış olmaq üçün IELTS ortaqları, imtahan verənlər üçün kurslar, vebinarlar, məşq proqramları və təcrübə imtahanları daxil olmaqla bir sıra resurslar təqdim ediblər. British Council ilə IELTS imtahanına hazırlaşarkən əldə edə biləcəyiniz ən yaxşı məsləhətlərdən biri budur: ingilis dili ilə mümkün olan hər şəkildə məşğul olun. İngilis dilində oxuyun, ingilis dilində musiqi dinləyin, ingilis dilində filmlərə və seriallara baxın və mümkün olduqca müntəzəm olaraq ingilis dilində danışın.

Hər bir ingilis dilli bölgənin tələffüz formalarınının çox fərqli olmasına baxmayaraq, ümumiyyətlə, doğma ingilis dili danışanlar bir-birini başa düşürlər. Bir imtahan verən kimi sizin üçün ən vacib şey başqaları sizi başa düşmək və başqalarını anlaya bilməkdir.

Məqsədlər

TOEFL və IELTS arasında seçim etmək üçün digər önəmli amil konkret məqsədlərinizi nəzərə almaqdır. Məsələn, tələbə olaraq səyahət etmək, dil biliklərinizi ölçmək və ya iş üçün xaricə getmək üçün imtahan verməlisiniz?

IELTS-in əsas üstünlüyü ondan ibarətdir ki, iki növ imtahandan birini seçə bilərsiniz: IELTS Academic və IELTS General Training. Bir ingilis dilli təşkilatda işləmək və ya bakalavr və ya aspirantura təhsili almaq üçün xaricə getmək istəyirsinizsə, IELTS Academic imtahanı sizin üçün ən yaxşısıdır. IELTS General Training imtahanı isə gündəlik mühitdə və həyatda problemlərin öhdəsindən gəlmə qabiliyyətinizi ölçür və buna görə də adətən ingilis dilli ölkəyə miqrasiya etmək istəyən insanlar tərəfindən keçirilir.

Ancaq bəzi hallarda sizdən xüsusi olaraq UKVI üçün IELTS imtahanı verməniz tələb olunacaq. Bu imtahan, Böyük Britaniya vizası üçün müraciətinizi dəstəkləmək üçün uyğun imtahandır və məzmun, imtahan formatı və bal toplama meyarları baxımından IELTS ilə eynidir. Yeganə fərq, nəticələrin necə bildirildiyidir. UKVI üçün IELTS, imtahanın Böyük Britaniya Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş rəsmi yerdə keçirildiyini təsdiq edir. Düzgün IELTS imtahanını seçməyinizə kömək etmək üçün əvvəlcədən müraciət etmək istədiyiniz qurumla məsləhətləşməyiniz tövsiyə olunur.

İmtahanın aparılması

TOEFL və IELTS imtahanlarının necə aparıldığını müqayisə etsəniz, heç bir ciddi fərq görməyəcəksiniz. IELTS kimi, TOEFL-in də iki versiyası var. Hər iki imtahan da öz şəxsi mühitinizdən rahatlıqla keçirə biləcəyiniz onlayn versiyanı təklif edir. TOEFL-in Ev Versiyası imtahanı var və IELTS bu yaxınlarda bəzi yerlərdə IELTS Onlayn imtahanına başlayıb və yaxın gələcəkdə daha geniş əlçatan olacaq.

İngilis dili səviyyəsi

TOEFL and IELTS xalları arasında dəqiq müqayisə sadə olmasa da, akademik və biznes institutları tərəfindən adətən tələb olunan səviyyələrlə təqribi müqayisə aparıla bilər. Bu səviyyələr həmçinin Ümumi Avropa İstinad Çərçivəsinin (CEFR) istinad standartları ilə müqayisə oluna bilər. Bu, bütün dünyada səviyyə nişanı kimi istifadə olunan dil bacarıqlarını müəyyən etmək üçün beynəlxalq standartdır.

Geniş şəkildə desək, IELTS nəticələri 1-dən (ən aşağı xal) 9-a (ən yüksək xal), TOEFL nəticələri isə 0-dan 120-yə qədər (ən yüksək xal) şkala üzrə qrup xalları kimi təqdim olunur. 

Cədvəldə aydın şəkildə göstərildiyi kimi, IELTS xalları CEFR-nin C2 səviyyəsinə (əsasən ingilis dilini ana dili kimi danışan səviyyəsinə) yüksəlir, TOEFL isə yalnız C1 səviyyəsinə qədər təsdiqlənə bilər. Başqa sözlə desək, əgər ingilis dili bilikləriniz ingilis dilini doğma dil kimi danışan səviyyəsindədirsə, TOEFL imtahanı bunu sübut etmək üçün kifayət deyil. Bu halda IELTS ən yaxşı seçimdir.

Həm TOEFL, həm də IELTS nəticələri iki il etibarlıdır. Bu müddətin sonunda yenidən iki imtahandan birini verməlisiniz.

İmtahan bölmələri

Ümumiyyətlə, TOEFL və IELTS eyni bacarıqları, yəni dinləmə, oxuma, yazma və danışmanı qiymətləndirir. Ancaq, iki imtahanın bölmələri və ya hissələri fərqli tapşırıq növlərinə görə fərqlənə bilər. 

Məsələn, TOEFL-də dinləmə hissəsi çoxsaylı seçim suallarla məhdudlaşır. IELTS imtahanında bu hissə müxtəlif tapşırıq növlərinə görə daha müxtəlifdir: çoxsaylı seçim, uyğunluq, plan/xəritə/diaqram etiketləmə, forma/qeyd/cədvəl/blok-sxem/xülasə doldurma, cümlə tamamlama.

Oxuma hissəsinə gəlincə, TOEFL bu bölməyə 60 dəqiqə vaxt ayırır, ki bu vaxt mətndən parçalara bölünür (üçdən beşə qədər), və anlama çoxsaylı seçim suallarla qiymətləndirilir. Müqayisədə, 60 dəqiqə davam edən IELTS oxuma hissəsi çox daha əhatəli şəkildə qiymətləndirilmiş bir sıra mətnləri ehtiva edir. Məsələn, sizdən başlıqlar, tam cümlələr, tam xülasələr yazmaq, cədvəlləri doldurmaq, diaqramları tamamlamaq və s. istənilə bilər.

Dil bacarıqları

Danışıma hissəsində ən bariz fərqlərdən biri odur ki TOEFL imtahanı verənlər, suallara cavab verərkən mikrofonla danışmalıdırlar. 

 IELTS iştirakçıları təlim keçmiş IELTS imtahanı götürən şəxs ilə təkbətək şifahi müsahibədən keçirlər. İmtahanın bu hissəsini yazılı imtahanla eyni gündə və ya daha erkən/daha gec bir vaxtda verməli ola bilərsiniz. IELTS Speaking imtahanını, görüntülü əlaqə vasitəsilə və ya şəxsən vermək mümkündür.

Canlı olaraq başqa bir şəxslə üz-üzə danışmaq prosesi, şübhəsiz ki, canlıdır və IELTS Speaking-i interaktiv və imtahanın mümükün ola biləcəyi qədər, real vəziyyətə yaxın edir.

Müddəti

TOEFL və IELTS imtahanlarının müddəti diqqətdən kənarda qalmayan bir amildir. Bu, imtahandan keçməyə qərar verərkən, ən vacib məsələ olmasa da, ona nə qədər vaxt ayırmağınız lazım olduğunu nəzərə almaq vacibdir. İmtahanın müddətini əvvəlcədən bilsəniz daha yaxşı olar, çünki o zaman imtahan yerinə gəlişinizi və gedişinizi bir az daha əminliklə planlaşdıra bilərsiniz. Həmçinin unutmayın ki, imtahan nə qədər uzun sürərsə, bir o qədər yorğun ola bilərsiniz ki, bu da fikrinizi toparlamanlza təsir edər. Nəzərə alın ki, imtahan şərtləri adətən bir yerdə oturmaq, çətin suallara cavab vermək və hər zaman diqqətinizi cəmləmək qabiliyyətinizi yoxlayır.

TOEFL iki imtahanın ən uzunudur və başa çatdırmaq üçün orta hesabla üç saat 30 dəqiqə vaxt lazımdır. IELTS imtahanı isə seçdiyiniz imtahandan asılı olmayaraq təxminən iki saat 45 dəqiqə çəkir.

Nəticələr

TOEFL və IELTS xallarını əldə etmək üçün tələb olunan vaxt seçdiyiniz metoddan asılı olaraq dəyişir. IELTS-in nəticələri kağız əsaslı və ya kompüter əsaslı imtahanı seçməyinizdən asılıdır. Kompüter əsaslı IELTS-in nəticələri üçün 3-5 gün vaxt lazımdır, kağız əsaslı IELTS üçün isə nəticələr ümumiyyətlə imtahandan on üç gün sonra əldə edilir. TOEFL balları göndərilmə tarixindən 7-10 gün sonra əldə edilə bilər.

Xərclər

İmtahanların qiymətləri və mövcud ödəniş üsulları adətən adi imtahan iştirakçısı qərar verməzdən əvvəl diqqətlə nəzərdən keçirilir. IELTS imtahanına yazılmaq asandır və ödəniş yerli valyutada onlayn və ya oflayn ola bilər. Ölkənizdə imtahan haqqının nə qədər olduğunu bu səhifədən öyrənə bilərsiniz.

Digər imtahan verənlərin məsləhətləri və təcrübələri.

IELTS-in dünyada ən populyar ingilis dili imtahanı olması sizin xeyrinizə işləyə bilər. Bu o deməkdir ki, digər şeylərlə yanaşı, imtahan prosesi ilə bağlı digər imtahan verənlərin məsləhətləri və təcrübələrini tapmaq sizin üçün daha asan olacaq.

IELTS imtahanı verənlərin əksəriyyəti, hamısı olmasa da, imtahan gününün necə keçəcəyindən narahatdırlar. Hər hansı stressi aradan qaldırmaq üçün imtahan günü nə gözlədiyini öyrənmək üçün digər iştirakçıların təcrübələrini oxumaq yaxşı olar. Bu, həm sizə daha çox güvən verir, həm də imtahanla bağlı vacib məlumatları sonraya saxlamağa kömək edir. Ətraflı məlumat üçün British Council-in IELTS imtahan günü məsləhətlərinə baxın.

IELTS-in dünya miqyasında şöhrəti o qədərdir ki, iş dünyasında karyeranızı yüksəltmək üçün, şübhəsiz ki, yaxşı seçimdir. Yaxşı IELTS xalları toplasanız, karyeranızda irəliləmək daha asan olacaq. Magistratura və ya PhD üçün müraciət edərkən də faydalı ola bilər.

Bu müqayisəli rəhbəri oxuduqdan sonra indi iki imtahanın hansının gələcək planlarınıza ən uyğun olduğuna özünüz qərar verə bilməlisiniz. TOEFL və ay IELTS imtahanı vermək qərarına gəldikdən sonra, unutmayın ki həmçinin IELTS haqqları və tarixlərini British Council vebsaytında yoxlamalısınız.

Bu gün qeydiyyatdan keçin və dil biliklərinizin qiymətləndirilməsinə və rəsmi olaraq təsdiqlənməsinə hazır olun. Uğurlarınız bol olsun!