Nərgiz
Eşitmə məhdudiyyətli şəxslərin daxili səslərini eşitmək üçün onların dünyasına qısa səyahət
Date
Cümə 22 Yanvar 2021 - 00:00 - Bazar ertəsi 22 Fevral 2021 - 00:00
Location
Onlayn tədbir

Biz, həm də Cəmilə Abdulova tərəfində yaradılmış, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyilə olan uzun-müddətli əməkdaşlığımızın bir hissəsi kimi, 12 dəqiqəlik qısametrajlı Nərgiz filmini təqdim edirik. Azərbaycanda istehsal edilən digər qısametrajlı filmlərdən tamamilə fərqlənən süjet xəttinə sahib olmaqla yanaşı, Nərgiz həm də kinematoqrafiyaya yeni bir anlayış gətirir. Rejissor Şirin Əhmədovun rəhbərliyində, film Nərgiz adlı gənc bir qızın valideynlərinə, işsizliyə və ailəvi problemlərə qarşı həssas yanaşmasını təcəssüm etdirir. Ekranizasiya, həm də eşitmə məhdudiyyətli kütləyə də xitab etdiyindən işarə dilində lentə alınmışdır. Filmi Azərbaycanca və İngiliscə alt yazılar da müşayiət edəcək. 

Necə izləməli

Bizim onlayn platformamızda izləyin.

Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat 22 Yanvar 2021-ci il tarixindən mümkün olacaqdır. Hər bir film, izlənilməyə başlandığı andan 48 saat ərzində tamamlanması şərtilə, 22 Fevral 2021-ci il tarixinədək istənilən vaxtda nümayişə açıq olacaqdır.

Ətraflı