Bir çox tələbə, yazının onların ingilis dili bacarıqlarının ən pis hissəsi olduğunu söyləyir, ancaq bu, çox vaxt yalnız inam məsələsidir. Məşq etmək və bu məqalədəki məsləhətlərlə, ingilis dilinizi təkmilləşdirmək və bacarığınızı həqiqətən göstərmək üçün lazım olan inamı qazana bilərsiniz. İmtahanlar üçün yazmaq haqqında bu yazı da sizin üçün maraqlı ola bilər. Bu yazı, yazmaq məharətinin üç mərhələsi haqqındadır - planlaşdırma, mətni yazmaq və onu təkrar oxumaq.
İmtahana hazırlaşarkən unutmayın ki, imtahan formatı ilə bağlı ən son məlumat üçün həmişə mənbəyə müraciət etməlisiniz – IELTS və ya Cambridge English vebsaytı. IELTS imtahanı verən şəxslər üçün, pulsuz onlayn Academic Writing imtahanları və ya General Training Writing imtahanları ilə məşq edə bilərsiniz. Həmçinin IELTS Writing Cavab Vərəqini endirməklə, cavab yazmağı məşq edə bilərsiniz.
Planınız
Planlaşdırma, yazınızın bütöv bir hissəsidir. "Mən plan qurmuram" deyə bilərsiniz, amma şüuraltınızda qurursunuz! Planlaşdırma prosesinizdən daha çox xəbərdar olsanız, olduqca irəliləyə bilərsiniz. Bir müəllim kimi, mən bir çox tələbənin planladığını və çoxunun planlamadığını görürəm. Ümumiyyətlə, planlı tələbələr daha yaxşı nəticə göstərirlər. Odur ki, plansızlardansınızsa, heç olmasa ağlınıza gələn bəzi ideyaları sınaqdan keçirməlisiniz.
Planlaşdırma 1: Suala cavab verin
Əgər bir sinif dərsi və ya imtahan üçün yazırsınızsa, verilən suala cavab verməyiniz əsasdır. Düzgün planlaşdırma (beş dəqiqə heç yoxdan yaxşıdır) sizin düzgün irəliləməyinizə kömək edəcəkdir.
Sualı hissələrə bölməklə başlayın. Sual adətən iki və ya üç aspektdən ibarətdir (məsələn, Cambridge First-da üç punkt tədqim olunur). Siz həm sualın bütün aspektlərini əhatə etmək istəyir, həm də müəlliminizə və ya imtahan götürən şəxsə bunu etdiyinizi bildirmək istəyirsinizsə, bunun ən yaxşı yolu hər bir aspekt üçün ayrı paraqraf ayırmaqdır.
Planlaşdırma 2: Müxtəlif lüğət tərkiblərini və ideyaları nəzərə alın
Paraqraflarınızı qurduqdan sonra hansı lüğət tərkiblərinin sizin üçün mövcud olduğunu düşünün. Müəyyən bir bucaqdan bir paraqraf yazmaq istəyə bilərsiniz, ancaq planlaşdırmağa başladıqda, lüğət tərkiblərinizdə boşluqların olduğunu və fərqli bir bucaqdan yazmağınızın daha yaxşı olduğunu görə bilərsiniz. İngilis dilində aydın şəkildə bəyan edə biləcəyiniz fikirlərlə ən çox müvafiq olan fikirləri seçin.
Planlaşdırma 3: Ümumi qısa cümlələrdən istifadə edin
Dünyanın bütün lüğət tərkibləri olsa belə, bəzi fikirləri yazılı şəkildə ifadə etmək çətindir. Səbəb-nəticə əlaqəsi, ehtimal və fərziyyə ssenariləri tam olaraq istədiyinizi söyləməyi çətinləşdirən mücərrəd anlayışlardır, ancaq onlar həm də ingilis dili bacarıqlarınızı ən yüksək səviyyəyə çatdırmaq və qrammatik sahənizi göstərmək üçün bir fürsətdir.
Arqumentlərinizi düşünün və dayanıb irəli getmədikdə, planınızda həmin hissəni yazın. Bu, bütöv bir cümlə və ya sadəcə bir bənd ola bilər. Bu, həqiqətən təsir edici bir ideyanı çatdırmaq üçün kifayət qədər ingilis dili biliyinizin olub-olmadığını, və ya oxucunun sizi başa düşməsi üçün fikirlərinizi sadələşdirməli olub-olmamanız barədə qərar verməyə kömək edəcək.
Mətni yazma 1: Planınızdan istifadə edin!
Mən bir çox tələbə görmüşəm ki suala cavab vermək üçün məntiqli, mötəbər planlar qururlar, ancaq yazmağa başlayanda tamamilə başqa mövzulardan bəhs edirlər!
Təbii ki, yazarkən bəzi şeyləri dəyişə bilərsiniz, məsələn, yeni ideyanız varsa. Ancaq planınıza sadiq qalmaq yayınmanıza mane olacaq və sizi cavab verməli olduğunuz suala geri qaytaracaq.
Bu həmçinin, həmişə kəlmə sayı və vaxt baxımından necə irəlilədiyinizi də sizə göstərəcək.
Mətni yazma 2: Ən son giriş hissəni yazın
Bu ideyanı heç olmasa nəzərə almalısınız. Giriş hissənin məqsədi, oxucuya nə oxuyacağını söyləməkdir. Onun üçün, əgər məzmunu hələ yazmamısınızsa, girişi necə yaza bilərsiniz?
Giriş cümlələri boş bir lövhə üzərinə yazmaq çətindir, ancaq məzmun artıq qarşımızda olduqda, bu çox asandır.
Əgər kağız üzərində yazırsınızsa, hələ də girişi son olaraq yaza bilərsiniz - onun üçün bir neçə sətri boş qoymaq kifayətdir.
Mətni yazma 3: Giriş və nəticə hissələrinin uyğun olduğundan əmin olun
Giriş və nəticə hissələriniz də əsas paraqraflarınızın məzmununa müvafiq olmalıdır. Bu bariz görünə bilər, ancaq mən girişin dəqiqliklə nəyinsə lehinə olduğu və əsas paraqrafların və nəticənin tam tərsinə, əleyhinə olduğu bir çox mətn görmüşəm.
Yuxarıda bəhs edildiyi kimi, son olaraq nəticəni yazmaqla bu problemin qarşısını almaq olar. Həmçinin, əvvəlcədən planlaşdırsanız və başlamadan əvvəl sual haqqında nə hiss etdiyinizi bir az daha dərindən düşünsəniz, bunun qarşısını ala bilərsiniz. Bir az daha dərindən deyəndə, saatlar yox, bir neçə dəqiqədən bəhs edirəm.
Mətni yazma 4: Bağlayıcılardan istifadə edin
Bağlayıcılar çox vaxt "rəsmi ingilis dilini" göstərmək üsulu kimi səhv başa düşülür, ancaq əslində biz dostlarla söhbət edərkən belə bağlayıcılardan hər zaman istifadə edirik. Danışırkən və yazırkən, biz onlardan “İndicə deyilənlərə əlavə edəcəyəm”, “İndicə deyilənlərlə ziddiyyət təşkil edəcəm” ifadələrini çatdırmaq üçün istifadə edirik, və ümumiyyətlə, dinləyiciyə və ya oxucuya sonra nə demək istədiyimizi anlamaqda kömək edirik.
Mətni yazdıqdan sonra
Bu, bir çox tələbənin çox istəksiz olduğu başqa bir sahədir - yazdıqlarınızı oxumalısınız!
Orfoqrafiya səhvləri, üçüncü şəxsi göstərən nişanələri, böyük hərfləri yoxlayın, ümumiyyətlə hansı səhvləri yazılarınızda görünürsə ... və hansı səhvlərin yazılarınızda daha çox olduğunu bilmirsinizsə, bu ona görədir ki yazınızı yoxlamırsınız, elə bu gün başlamalısınız! Siz öz yazılarınızın güclü və zəif tərəfləri üzrə mütəxəssis ola bilərsiniz və bu sizi yalnız daha yaxşı və olduqca yaxşı edəcək.
Həmçinin, mətninizi yenidən oxumalısınız, çünki fikirlərinizi nə qədər yaxşı yazdığınızı və arqumentlərinizin nə dərəcədə inandırıcı olduğunu görmək zövq vericidir. Siz bunu etdiniz! Əla! Bir az pozitivliklə hər bir andan zövq alın!