Dinləmək ingilis dilini öyrənmənin çox vacib hissəsidir, ancaq onu necə təkmilləşdirə bilərik?
Bu məqalə dinləmədə üç çətinlik səviyyəsinə diqqət yetirəcək - əlçatan sürətlə dinləmək, təbii sürətlə dinləmək və bir bəzi ləhcə və dialektləri dinləmək. Əgər C1 səviyyəsindəsinizsə və ya dəqiq C2 səviyyəsindəsinizsə, birinci hissəni keçə bilərsiniz. Bundan daha aşağı səviyyələr üçün, hesab edirəm ki, bir tələbə kimi öyrənmək və dinləmənizi həqiqətən təkmilləşdirmək istəyirsinizsə, bütün çətinlik səviyyələrin kombinasiyası lazımdır.
Aşağı səviyyələrdə olan bir çox öyrənənlər ingilis dilini təbii sürətlə və fərqli ləhcələrlə dinləməkdən çəkinirlər, çünki "hazır" olmadıqlarını hiss edirlər. Əslində, heç vaxt çox tez deyil, buna görə də yeni başlayan olsanız belə, bu yazının əlçatan sürət bölməsindən sonrakı bölmələri də oxumalısınız!
İmtahana hazırlaşarkən unutmayın ki, imtahan formatı ilə bağlı ən son məlumat üçün həmişə mənbəyə müraciət etməlisiniz – IELTS və ya Cambridge English vebsaytı. IELTS imtahanı verənlər üçün, pulsuz onlayn Listening imtahanları ilə məşq edə bilərsiniz.
Əlçatan sürətlə dinləyin
Bütün kurslar və dərsliklər öyrənənlərin səviyyəsinə uyğunlaşdırılmış dinləmə tapşırıqlarını ehtiva edir. Yalnız qeyri-təbii şəkildə yavaşlandırılmış, sadələşdirilmiş danışığa qulaq asmaq faydalı olmasa da, heç bir şübhə yoxdur ki, dərəcələnmiş dinləmə özümüzə olan inamımızı böyük dərəcədə artırır.
Bununla belə, əgər ingilis dili kursu üçün vaxtınız və ya pulunuz yoxdursa və ya kursunuzu dərəcələnmiş əlavə dinləmə məşqi ilə tamamlamaq istəyirsinizsə, sizə uyğun səviyyədə səsli mətnləri haradan tapmaq sizi düşündürə bilər. Burada bəzi seçimlər var.
Amerikanın Səsinin Learning English veb-saytında sadə ingilis dilində xəbərlər var. Reportajlar həm səsli, həm də yazılı versiyalarda mövcuddur, və səsli versiya təbii danışıqdan daha yavaşdır. İstərsəniz, dinləməklə birlikdə oxuya bilərsiniz. Eyni səhifədə iki səviyyədə ingilis dili kurslarının linklərini görə bilərsiniz. Amerika məhsulu olduğu üçün, bu səviyyələr Avropa İstinad Çərçivəsi ilə əlaqəli deyil, ancaq mən deyərdim ki, 1-ci səviyyə mütləq yeni başlayanlar üçün və 2-ci səviyyə A2/B1 və ya ilkin orta səviyyə (pre-intermediate) öyrənənlər üçün uyğundur. Səviyyənin sizin üçün uyğun olub olmadığını öyrənmək üçün ən yaxşı yol onu sınamaqdır.
Əgər daha geniş səviyyəli dərəcələnmiş dinləməyə ehtiyacınız varsa, British Council-in LearnEnglish veb-saytında tamamilə dinləməyə həsr olunmuş bir bölmə var. Burada Beginner A1-dən Advanced C1-ə qədər səviyyəyə görə təşkil edilmiş onlarla dinləmə tapşırıqları tapa bilərsiniz. Dinləmələ məşqləri, iş və sosial vəziyyətlərə, eləcə də mənzil kirayələmək kimi faydalı ssenarilərə əsaslanır və sizi öyrəşdirmək üçün hazırlıq fəaliyyətləri də ehtiva edir.
Dinləməyi daha əlçatan etmənin başqa bir yolu dinləmək istədiyimizi seçmək və onu daha yavaş sürətlə səsləndirməkdir. Məsələn, YouTube-da videonun altındakı "parametrlər" düyməsini klikləyin və oxutma sürətini seçin. Sonra hələ də real səslənən daha yavaş danışıq üçün 0,75-i seçin. 0.5 bir az qəribə səslənəcək, ancaq yenə də təbii danışığın bütün xüsusiyyətlərini əldə edirsiniz - ona görə, sizin üçün münasibdirsə, mütləq sınaqdan keçirin! Səsli kitablar və podkastların çoxu da bu xüsusiyyətlərə malikdir.
Təbii sürətlə dinləmək
Körpə olaraq biz dillə əvvəlcə dinləmə yolu ilə tanış oluruq, ancaq yetkin dil öyrənənlər kimi, qabaqkı təsəvvürlər və iztirablar bəzən anlamaq yoluna mane ola bilər. Bəzi öyrənənlər təbii danışığa məruz qaldıqda qorxu hiss edirlər və bu, hər sözü başa düşməmiz lazım olduğuna dair yanlış fikirdən qaynaqlanır, amma əslində anladıqlarımıza diqqət yetirməliyik. Əgər dinləmə bacarıqlarımızı təkmilləşdirmək istəyiriksə, tanış olmayan sözlər və səslərdən qaynaqlanan qorxunu dəf etmək vacibdir.
Beləliklə, ingilis dilini təbii sürətlə, hətta daha aşağı səviyyələrdə dinləyəndə, özümüz üçün necə əlçatan məqsədlər qoya bilərik?
Əgər tam yeni başlayansınızsa, öz dilinizdə altyazılı ingilis seriallarına baxmaqla başlaya bilərsiniz və ya nahar hazırlayarkən radio dinləyə bilərsiniz. Səsdən çox, altyazıları izləməniz və ya sadəcə radiodakı melodiyalarla rəqs etməniz fərq etməz - təbii sürətlə ingilis dilinin səslərinə məruz qalmaq, və əlaqəli danışıq kimi xüsusiyyətlər, başlamaq üçün yaxşı nöqtədir. Bu vəziyyətdə əldə edilə bilən məqsədiniz sadəcə dinlədiyiniz səslərə öyrəşmək, onlarla otaqda olmaq və keçmiş ingilis dili dərsi travmasının soyuq tərinə qapılmamaqdır!
Səviyyəniz başlanğıc səviyyəsindən daha yüksəkdirsə, bir az daha yüksək hədəf təyin edə bilərsiniz. Məsələn, sevdiyiniz seriala yenidən baxın, amma bu dəfə altyazısız. Artıq nə baş verdiyini bilirsiniz, ona görə də hadisləri əldən vermə səbəbi ilə narahat olmanıza gərək yoxdur və kontekst nə qədər başa düşdüyünüzü görmənizə kömək edəcək. Və ya daha sadə süjetli yeni serial seçin və onu əvvəldən ingilis dilində, əvvəl ingiliscə altyazı ilə, sonra isə onsuz izləyin.
Film izləmək də ingilis dilini təbii sürətlə dinləmək üçün gözəl bir fikirdir.
Fərqli ləhcə və dialektləri dinləmək.
Hələ də yadımdadır Malaqada bir il yaşadıqdan sonra ilk dəfə Madridə getdim və o zaman artıq rahatlıqla ispan dilində əlaqə qura bilirdim, amma qəhvə sifariş edərkən başa düşdüm ki anlamaqda və anlatmaqda çətinlik çəkirəm! Bəziləri deyə bilər ki, "standart" ispan dili, şübhəsiz ki, Əndəlus dili ilə müqayisədə çox sadədir, ancaq dillərə, ləhcələrə və dialektlərə gəldikdə, daha çətin və ya daha asan deyə bir şey yoxdur - bu, bizim nəyə öyrəşdiyimizdən asılıdır.
Məncə, siz kifayət qədər ləhcələr diapazonunu başa düşməyincə özünüzə bir dildə məharətli deyə bilməzsiniz. Düşündüyünüzün əksinə, BBC radiosu bunu məşq etmək üçün yaxşı yerdir. BBC Sounds proqramı sizə Cerys Matthews-in ritmli Uels ləhcəsindən Iggy Pop-un dərin yavaş ləhcəsinə qədər müxtəlif DJ ləhcəli 6 Music, daha gənc ləhcə və lüğət tərkibləri ilə 1Xtra və bir sıra Britaniya Asiya ləhcələri ilə BBC Asian Network kimi radio stansiyalarına pulsuz giriş imkanı verir. Bəzi heyranedici hind melodiyalarını da qeyd etmək lazımdır.
Həmçinin BBC Sounds-da ifaçılar və aktyorlar üçün bir sıra ləhcə və dialektlərlər aid podkastlar və səsli kitablar var. Ən əsası, artıq əla bir yol olduğunu bildiyiniz kimi, qulağınızı kəskinləşdirmək üçün musiqi dinləyə bilərsiniz.
Son söz
Bir sözlə, dinləmə məşqi üçün nə seçdiyinizdən asılı olmayaraq, hər zaman hər şeyi başa düşmək məcburiyyətində deyilsiniz. Bəzən altyazılar kimi köməkçi vasitələrə etibar etmək və ya sadəcə səsləri dinləmək yaxşıdır, ancaq dinləmə qabiliyyətinizi ümumiyyətlə yaxşılaşdırmaq istəyirsinizsə, başa düşmək üçün rahatlıqdan kənara çıxmalısınız. Deyilən hər bir sözü təkrarlaya bilirsənizsə, deməli bu çox asandır və daha cəsarətli olmalısınız!