IELTS imtahanının danışıq hissəsi qorxulu görünə bilər. Ancaq sərf etdiyiniz zəhmətə güvənirsinizsə, imtahan götürən şəxsə ingilis dili bacarıqlarınızı nə qədər inkişaf etdirdiyinizi göstərə bilərsiniz.
Qlobal IELTS ekspertimiz Hazan Hayaloğlu burada IELTS imtahanının danışıq hissəsində mükəmməl nəticə əldə etmək üçün ən əsas səkkiz tövsiyəni paylaşır.
İmtahana hazırlaşarkən unutmayın ki, imtahan formatı ilə bağlı ən son məlumat üçün həmişə mənbəyə müraciət etməlisiniz – IELTS. IELTS imtahanı verən şəxslər üçün, pulsuz onlayn Academic Writing imtihanları və ya General Training Writing imtahanları ilə məşq edə bilərsiniz. Həmçinin IELTS Writing Cavab Vərəqini yükləməklə, cavab yazmağı məşq edə bilərsiniz.
IELTS danışıq hissəsi nədir?
Tövsiyələrə keçməzdən əvvəl IELTS danışıq bölməsinin üç əsas hissəsini nəzərdən keçirməyə dəyər.
- Birinci hissə - burada özünüz və ailənizlə bağlı suallara cavab verirsiniz.
- İkinci hissə - burada, imtahan götürən şəxsin verdiyi mövzuda bir-iki dəqiqəlik danışırsınız.
- Üçüncü Hissə - siz və imtahan götürən şəxs ikinci hissədə təqdim olunan mövzu haqqında uzun söhbət aparırsınız.
İndi IELTS imtahanının danışıq hissəsində bacarıqlarınızı necə yüksəltmək haqda ən önəmli tövsiyələrə nəzər salaq.
1. Rahat olmağa çalışın!
Dil öyrənənlərin əksəriyyəti danışmağın ən çətin bacarıq olduğu ilə razılaşır. Siz səhvsiz cümlələr qurmalı, düzgün lüğət tərkibləri və tələffüz haqqında düşünməli, ana dilinizdən birbaşa tərcümədən çəkinməli, düzgün mesajı çatdırmalı, düzgün intonasiyadan istifadə etməli, fikirlərinizi nizamlı şəkildə birləşdirməlisiniz. Bu bir az çətindir!
Fikrinizdə bu qədər nüans ilə, rahat olmaq asan olmayacaq, amma unutmayın ki, imtahan götürən şəxslər sizin səhvlərinizə deyil, danışığınızın müsbət tərəflərinə diqqət edəcək. Onlar sizin nə edə bilməyəcəyinizi deyil, nə edə biləcəyinizi görmək istəyirlər və sizin rahat ola bilməniz üçün əllərindən gələni edəcəklər. Bunu, bir dostunuzla qısa söhbət kimi düşünün. Bütün məsələ hər gün məşğul olduğunuz bir iş olan kommunikasiya qurmaqla bağlıdır.
Həm də unutmayın ki, heç bir xüsusi mövzuda biliyinizə görə qiymətləndirilməyəcəksiniz. IELTS danışma mövzuları sizin həyat, təcrübə və fikirlərinizə əsaslanır. Məsələn, ev heyvanınız, məmləkətiniz, ən yaxşı dostunuz və ya işiniz haqqında danışmağınız xahiş oluna bilər. Əksər insanlar özləri haqqında danışmağı sevirlər, buna görə də rahat olun və əlinizdən gələni edin. Doğru və ya yanlış cavab yoxdur!
2. Cavablarınızı genişləndirin
Uzun-uzadı danışmaq, nə qədər səlis olduğunuzu göstərmək üçün bir fürsətdir. Cavablarınızı əsaslandırmağa vərdiş edin. Beləliklə, imtahan götürən şəxs "niyə?" soruşsa, onda cavab vermək o qədər də çətin olmayacaq. Səlislik, IELTS-in dörd qiymətləndirmə meyarından biridir və səlis səslənmək üçün yaxşı nitq axımını qoruya bilmək lazımdır. Ona görə, çox danışmaqdan qorxmayın!
Səlis danışan ilə qeyri-səlis danışan arasında fərqi görmək üçün bu nümunədəki cavablara baxın.
Cavab | Daha yaxşı cavab |
İmtahançı: What is your favourite pet animal? Namizəd: My favourite pet animal is a cat. İmtahançı: Why? Namizəd: Because they are cute. |
İmtahançı: What is your favourite pet animal? Namizəd: My favourite pet animal is a cat. I have always found myself drawn to cats because of their independent nature. İmtahançı: Why? Namizəd: Unlike dogs, cats are low maintenance. They don’t require a lot of space and they are cheap to feed. We can leave them alone at home all day and they don’t panic or get lonely. They also make great company for us because they are beautiful, purring, intelligent pets that love and entertain us every day. |
3. Bir dəqiqənizdən maksimum faydalanın.
Müəyyən bir mövzu haqqında danışacağınız danışıq imtahanın ikinci hissəsində imtahan götürən şəxs nitqinizi hazırlamaq üçün sizə bir dəqiqə vaxt verəcək. Bu vaxtdan ağıllı istifadə edin!
Mövzu ilə tanış deyilsinizsə, qorxmayın; siz hekayə uydura və ya özünüzü başqasının yerinə qoya və hekayəni onun baxışından söyləyə bilərsiniz. Məsələn əgər iştirak etdiyiniz bir idman tədbiri haqqında danışmaq istəyisiniz, ancaq idman həvəskarı deyilsinizsə, özünüzü idman həvəskarı olan bir dostunuzun yerinə qoyub, onun təcrübəsindən sanki sizinki kimi danışa bilərsiniz. Doğru və ya yanlış cavab yoxdur; siz yalnız danışma bacarıqlarınıza görə qiymətləndiriləcəksiniz.
Sizdən nəzərdə tutmanız istənilən məqamlar sual kartında təqdim olunacaq, ona görə də pauza verdiyiniz təqdirdə, tövsiyə edərdim ki, istinad edəbilməniz üçün kağızda qısa açar sözlərini bir dəqiqəlik zamanınızda tez yazın (cümlələr çox uzun çəkər). Əlavə bəhs etmək istədiyiniz məqamları, sözləriniz bitərsə belə, danışa bilərsiniz. Yetərli səlislik balı əldə etmək üçün uzun ara vermədən danışmağa davam etməlisiniz, ona görə də bu qeydlər sizin üçün çox faydalı olacaq!
4. Əzbərləməyin!
Danışıq bölməsindəki suallar, ümumi nümunəyə uyğundur. Birinci hissədə sizdən şəxsi mövzular haqqında soruşulacaq, məsələn məmləkətiniz, işiniz və ya məşğuliyyətləriniz. İkinci hissə, təcrübələriniz haqqındadır, ona görə də bir yeri, şəxsi və ya obyekti təsvir edə bilərsiniz. Üçüncü hissə ikinci hissədəki mövzu ilə bağlı fikirlərinizə aiddir.
Müvafiq lüğət tərkibləri və ümumi ifadələr və birləşmələr (ümumi söz qrupları) öyrənmək faydalı olsa da, böyük ümumi cümlələri əzbərləməkdən çəkinmək vacibdir. İmtahan götürən şəxslər əzbərlənmiş cavabları tanımaq üçün təlim keçiblər və bunun üçün sizə aşağı qiymət verəcəklər.
Onun yerinə, sözləri idman və ya kino kimi kateqoriyalara qruplaşdıraraq tematik lüğət tərkibləri öyrənməyi tövsiyə edirəm. Bu yanaşma həm də IELTS imtahanının digər bölmələri üçün lüğət tərkiblərinizi təkmilləşdirməyə kömək edə bilər - və lüğət tərkibiniz nə qədər böyükdürsə, balınız da bir o qədər yaxşı olacaq!
5. Aydın və normal sürətlə danışın
Danışığınızda tələsməməyə çalışın. Çox sürətli danışmaq balınızı artırmır və daha çox səhvlərə səbəb ola bilər. Bunun yerinə aram və aydın danışın və təbii sürətinizi qoruyun. Ləhcənizdən nigaran olmayın; IELTS imtahanında bütün ləhcələr qəbul edilir. Sadəcə sözlərinizi düzgün tələffüz etdiyinizə əmin olun.
6. Təslim olmayın!
“Təslim oluram” kimi hiss edə biləcəyiniz üç ümumi vəziyyət var. Söyləyə biləcəyim tək şey: qəti təslim olmayın!
Birincisi, axtardığınız sözü tapa bilmədiyiniz zamandır. Bu halda, uzun aralardan çəkinin və mətni yenidən ifadə etməyə və ya nə demək istədiyinizi başqa cür izah etməyə çalışın.
İkinci hal, bir mövzu ilə tanış olmadığınız və ya mövzu ilə bağlı heç bir fikriniz olmadığı zamandır. Bu halda yaradıcılığınızdan istifadə edib suala cavab verməyə çalışın. Özünüzü sualda tələb olunan vəziyyətdə olan birinin yerinə qoysanız, fikirləri daha tez ortaya çıxarmaqda sizə kömək edər.
Üçüncü hal, imtahan götürən şəxsin sualını başa düşmədiyiniz zamandır. Bu halda, həmişə sualın aydınlaşdırılmasını istəyə bilərsiniz (ancaq çox sual soruşmayın).
7. Danışığınızı qeydə alın
Əgər İngilis dilini doğma dil kimi danışan biri ilə məşq etmək imkanınız yoxdursa, təkbaşına məşq etməklə yenə də böyük uğur əldə edə bilərsiniz. Necə? Məşq seanslarınızı qeydə almsü və dörd IELTS qiymətləndirmə meyarına uyğun olaraq özünüzü qiymətləndirərək: səlis danışmaq, leksik resurslar (lüğət ehtiyatınız), qrammatik diapazon, dəqiqlik və tələffüz.
Zəif cəhətlərinizi müəyyən etmək üçün qeydə aldığınız səsinizi yoxlayın. Daha yaxşı lüğət tərkiblərindən istifadə edə bilərdinizmi? Nə qədər səlis danışdınız? Daha mürəkkəb strukturlardan istifadə edə bilərdinizmi? Tələffüzünüz necə idi? Daha yaxşı bir səsyazma hazırlayana qədər zəif tərəfləriniz üzərində işləyin.
8. Nə gözlədiyinizi bilin
Əgər ilk dəfə IELTS imtahanında iştirak edəcəksinizsə, format və bal toplama meyarları ilə tanış olmanız faydalıdır. Nə gözlədiyinizi bilmək əsəblərinizi rahatlaşdıra bilər.
İmtahandan əvvəl aşağıdakı sualların cavablarını bilmənizi tövsiyə edirəm:
- İmtahanın müddəti nə qədərdir?
- Neçə hissəsi var?
- Hər hissədə nə etməyim lazımdır?
- Qiymətləndirmə meyarları hansılardır?
Növbəti IELTS imtahan tarixləri və ya imtahan qiymətləri haqqında öyrənmək istəyirsinizsə, IELTS qeydiyyat səhifəsinə daxil olun.