Professional development for Engish teachers

Əgər siz fərdi inkişaf axtarışında olan, lakin sabit zaman və tarixdə proqramda iştirak etmək məqsədilə səyahət etmək üçün vaxtınız yoxdursa, bizim onlayn kurslar elə sizin üçün müvafiq ola bilər.

Sertifikatlı və təcrübəli müəllimlər tərəfindən idarə edilən və beynəlxalq müəllim qrupunun iştirak etdiyi kurslar praktikidir və sizə birbaşa dərsi həyata keçirə biləcəyiniz fəaliyyətlər və ideyalar verir. Bu kurslar ildə bir neçə dəfə keçirilir.

Qeydiyyat üçün seçilmiş kursun məbləğini bank hesabımıza ödəyərək skan olunmuş ödəniş qəbzini  doldurulmuş ərizə forması ilə birgə göndərin Konul.ahmadova@britishcouncil.az

Xahiş edirik nəzərə alın:

-British Council ödənişi aldıqdan sonra qeydiyyatı təstiqləyə bilər.

-Kursun keçirilməsi üçün bir qrupda 12 iştirakçının yığılması lazımdır. Əgər bir qrupda iştirakçı sayı az olarsa sizin təstiqinizlə  ödədiyiniz məbləğ ya geri qaytarılır, ya da digər bir kursa keçirilirsiniz

Məzmun və Dil İnteqrasiyalı Tədrisin Əsasları (CLİL)

Kimlər üçün nəzərdə tutulmuşdur: 

Bu kurs ibtidai və orta məktəblərdə çalışan, istər fənn müəllimlərini dəstəkləyən ingilis dili müəllimləri, istərsə də CLİL kontekstində işləyən fənn müəllimləri daxil olmaqla təcrübəli müəllimlər üçün yararlıdır.

Əgər Siz ingilis dilində məktəb fənlərini tədris edirsinizsə, o zaman  işinizdə sizə lazım olan CLİL ilə bağlı metodologiya və təcrübəyə dair ətraflı təlimi bu kurs çərçivəsində keçə bilərsiniz.

Keçirilmə müddəti: 

12 həftə ərzində 55 saat 

Hansı çərçivədə keçirilir: Davamlı Peşəkar İnkişaf (CPD) çərçivəsində 3, 4 və 5-ci mərhələlər 

Tələb olunan ingilis dili biliyinin səviyyəsi: B1+ 

Əlavə məlumat: 

20 bölmədən ibarət kursun hər bölməsi təxminən 2.5 saat təşkil edir. Bölmələr iki modula bölünür: 

  • Modul 1 – CLİL bilikləri və prinsipləri (6 bölmə) 
  • Modul 2 – Dərsə hazırlıq, dərsin tədrisi və qiymətləndirmə (14 bölmə) 

Müəllimlər xüsusi tədris dilini öyrənməklə yanaşı sinifdə dil çətinliklərini qiymətləndirir, sorğu əsasında öyrənmə prosesini inkişaf etdirir, habelə qiymətləndirmə metodlarını və nəticələr əsasında tövsiyyələr vermək qabiliyyətini təkmilləşdirirlər. Kurs ərzində təqdim olunan praktiki nümunələr bir sıra fənnləri və yaş qruplarını əks etdirir. Seminarların mövzuları Kembric Universitetinin TKT CLİL imtahanına daxil olan mövzu sahələrini əhatə edir. Kursu bitirmiş iştirakçılar bu imtahanı verə bilərlər, amma bu tələb deyil.

Qiymətləndirmə 

Kurs ilə bağlı yekun qiymətləndirmə 500 söz həcmli bir inşadan və ətraflı əsaslandırılmış bir dərs planından ibarətdir. İştirakçıların aldığı yekun qiymət əla / müvəffəqiyyətli / müvəffəqiyyətsiz olacaq.

Sertifikat 

Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılar sertifikatla təltif olunacaqlar.

Kursun qiyməti: 250 AZN

Başlama tarixi: 

Qeydiyyat üçün son tarix: 

Kommunikativ Qiymətləndirmə

Kimlər üçün nəzərdə tutulmuşdur: 

20 saatlıq onlayn kurs olaraq, Kommunikativ Qiymətləndirmə kursu qiymətləndirmə və biliklərin yoxlanmasına yeni yanaşmaları tədqiq edir və ingilis dili müəllimləri üçün nəzərdə tutulmuşdur. Bu ümumi kurs olub orta məktəbdə və ya ali təhsil müəssisələrində çalışan, yaxud fərdi ingilis dili tədrisi ilə məşğul olan müəllimlər üçün nəzərdə tutulmuşdur. 

Hansı çərçivədə keçirilir: Davamlı Peşəkar İnkişaf (CPD) çərçivəsində 2-ci və 3-cü mərhələlər 

Tələb olunan ingilis dili biliyinin səviyyəsiB1+ 

Ətraflı Məlumat: 

Kursun məqsədi aşağıdakı sahələrdə iştirakçılara yardım etməkdir: 

  • qiymətləndirmə və test keçirmə ilə bağlı əsas terminologiyanın müəyyənləşdirilməsi və istifadəsi
  • ingilis dilinin tədrisinə Kommunikativ Yanaşma çərçivəsində qiymətləndirmə və test keçirmə prosesinə müxtəlif yanaşmaların nəzərdən keçirilməsi
  • qiymətləndirmə nəzəriyyəsinin qiymətləndirmə və test materiallarının hazırlanması ilə birbaşa əlaqələndiirlməsi
  • Hər dil bacarığının yoxlanması, habelə ümumi bacarıqların test vasitəsilə yoxlanılması. 

Ən azı 20 saatlıq moderatorsuz onlayn kurs on bölmədən ibarətdir. 

10 bölməyə aşağıdakı mövzular daxildir: 

1. Qiymətləndirmə nəzəriyyəsi 

2. Formativ qiymətləndirmə 

3. Mövzunun nəzərdən keçirilməsi 

4. Mövzunun təhlili 

5. Test spesifikasiyası 

6. Oxu bacarıqlarının test ilə qiymətləndirilməsi 

7. Yazma qabiliyyətinin test ilə qiymətləndirilməsi 

8. Dinləmə qabiliyyətinin test ilə qiymətləndirilməsi 

9. Danışıq qabiliyyətinin test ilə qiymətləndirilməsi

10. Ümumi bacarıqların test ilə qiymətləndirilməsi

Oxu tapşırıqları, çalışmalar, refleksiya və qiymətləndirmə tapşırıqlarından ibarət olan hər bölmə iştirakçıların fərdi kontekstdə öz əksini tapmaq üçün nəzərdə tutulmuşdur. Bəzi bölmələrə həmçinin sorğu anketləri və audio yazılar daxildir.

Qiymətləndirmə 

Bu kursu bitirmək üçün iştirakçılardan aşağıdakılar tələb olunur: 

  • hər bölmədəki bütün sənəd və resursları əldə etmək və oxumaq
  • hər bölmədəki tapşırıqları yerinə yetirmək və sorğu anketlərini doldurmaq. 

Sertifikat 

Kursun bütün bölmələrini bitirmiş iştirakçılar sertifikat alacaqlar.

Kursun qiyməti: 180 AZN

Portfel ilə: 300 AZN

Başlama tarixi: 

Qeydiyyat üçün son tarix: 

Təlim Texnologiyaları (moderatorlu)

Kimlər üçün nəzərdə tutulmuşdur: 

Bu kurs sinifdə texnologiyalardan istifadə baxımından nisbətən təcrübəsiz olan ingilis dili müəllimləri üçün nəzərdə tutulmuşdur. 

Sinifdə yeni texnologiyalardan istifadə aspektlərinə giriş. Burada müəllimlərin düşdüyü müxtəlif situasiyalar nəzərə alınmışdır: məsələn, texnologiyaların yalnız sinifdən kənarda mövcud olduğu və ya sinif otağının informasiya texnologiyaları ilə yaxşı təchiz olunduğu hallar.

Kursun modulları internet texnologiyalarının geniş çeşidini əhatə edir və bunlara internetdən istifadə, öyrənənlər üçün kiber təhlükəsizlik, Ofis proqramlarından istifadə, onlayn video və audio resurslarından istifadə, sosial şəbəkələr və digər şəbəkə texnologiyalarından təhsil məqsədilə istifadə barədə mövzular daxildir.

Keçirilmə müddəti: 

Moderatorlu – 12 həftə ərzində 44 saat

Hansı çərçivədə keçirilir: Davamlı Peşəkar İnkişaf (CPD) çərçivəsində istənilən mərhələ 

Tələb olunan ingilis dili biliyinin səviyyəsi: B1+ 

Əlavə məlumat: 

Hər onlayn bölmə (cəmi 16 saat) təxminən 2,5 saat davam edir və istifadə olunan texnologiyalar barədə video nümayişləri və keçidləri (internet ünvanları) təklif edir. Buraya daxil olan geniş çeşiddə praktiki ideyaları və internet resurslarını müəllimlər tədris prosesində birbaşa istifadə edə bilər. Kurs 4 hissədən ibarətdir:

  • Modul 1 – Texnologiyaların öyrənilməsi ilə bağlı məsələlər 
  • Modul 2 – Texnoloji vasitələr 
  • Modul 3 – Texnoloji üsullar 
  • Modul 4 – Texnologiya vasitəsilə dilin inkişaf etdirilməsi

Qiymətləndirmə 

İştirakçılar hər bölmənin sonunda qiymətləndirilir və bu qiymətləndirmələr fərdi portfolioda toplanaraq yekun qiymətləndirmə (əla / müvəffəqiyyətli / müvəffəqiyyətsiz) üçün əsas təşkil edir.

Sertifikat 

Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılar sertifikatla təltif olunacaqlar

Kursun qiyməti: 250 AZN

Başlama tarixi: 

Qeydiyyat üçün son tarix: 

Təlim Texnologiyaları (Moderatorsuz)

Kimlər üçün nəzərdə tutulmuşdur: 

Bu kurs, sinfində dil tədrisi texnologiyalardan istifadə edən nisbətən təcrübəsiz olan müəllimlər üçün nəzərdə tutulmuşdur.

Sinifdə yeni texnologiyalardan istifadə aspektlərinə giriş. Burada müəllimlərin düşdüyü müxtəlif situasiyalar nəzərə alınmışdır: məsələn, texnologiyaların yalnız sinifdən kənarda mövcud olduğu və ya sinif otağının informasiya texnologiyaları (İT) ilə yaxşı təchiz olunduğu hallar.

Kursun modulları internet texnologiyalarının geniş çeşidini əhatə edir və bunlara internetdən istifadə, öyrənənlər üçün kiber təhlükəsizlik, Ofis proqramlarından istifadə, onlayn video və audio resurslarından istifadə, sosial şəbəkələr və digər şəbəkə texnologiyalarından təhsil məqsədilə istifadə barədə mövzular daxildir.

Keçirilmə müddəti: 

Moderatorsuz onlayn kurs - 12 həftə ərzində 42 saat 

Hansı çərçivədə keçirilir: Davamlı Peşəkar İnkişaf (CPD) çərçivəsində istənilən mərhələ 

Tələb olunan ingilis dili biliyinin səviyyəsi: B1+ 

Əlavə məlumat: 

Hər onlayn bölmə (cəmi 16 saat) təxminən 2,5 saat davam edir və istifadə olunan texnologiyalar barədə video nümayişləri və keçidləri (internet ünvanları) təklif edir. Buraya daxil olan geniş çeşiddə praktiki ideyaları və internet resurslarını müəllimlər tədris prosesində birbaşa istifadə edə bilər. Kurs 4 hissədən ibarətdir:

  • Modul 1 – Texnologiyaların öyrənilməsi ilə bağlı məsələlər 
  • Modul 2 – Texnoloji vasitələr 
  • Modul 3 – Texnoloji üsullar 
  • Modul 4 – Texnologiya vasitəsilə dilin inkişaf etdirilməsi

Sertifikat 

Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılar sertifikatla təltif olunacaqlar.

Kursun qiyməti: 180 AZN

Başlama tarixi: hər zaman

Qeydiyyat üçün son tarix: 

Primary Essentials

Kimlər üçün nəzərdə tutulmuşdur: 

Bu kurs, dövlət və ya özəl məktəblərdə ibtidai sinif müəllimləri üçün yaxud orta məktəb səviyyəsində çalışan və ibtidai təhsil səviyyəsində işləmək istəyən ingilis dili müəllimləri üçün nəzərdə tutulmuşdur.

Keçirilmə müddəti: 

12 həftə ərzində 34 saat 

Hansı çərçivədə keçirilir: Davamlı Peşəkar İnkişaf (CPD) çərçivəsində 2 və 3-cü mərhələlər 

Tələb olunan ingilis dili biliyinin səviyyəsiB2+ 

7-11 yaş arasında olan şagirdlərə ingilis dilinin tədrisinə dair giriş kursu axtarırsınızsa, bu kurs sizə tamamilə uyğundur. Video, audio və icma işi elementlərindən istifadə edərək siz tədris prosesində müvəffəqiyyət qazandıracaq əsas bilik və bacarıqları əldə edəcəksiniz.

Əlavə məlumat: 

7-11 yaş arasında olan şagirdlərə ingilis dilinin tədrisi ilə məşğul olan müəllimlər üçün nəzərdə tutulmuş bu kurs ingilis dilinin tədrisinə dair əsas prinsipləri və praktika məqamlarına giriş məlumatı verir. Kurs 12 həftə ərzində həftədə təxminən 3 saat olmaqla müəllimlərə aşağıdakıları öyrədir:

  • uşaqlara ingilis dilinin tədrisi ilə bağlı bir neçə əsas sahəni və məqamları müəyyənləşdirmək
  • uşaqların tədrisini zənginləşdirmək üçün mahnı və oyunlardan istifadə texnikalarını müəyyənləşdirmək
  • müxtəlif öyrənmə üslublarının bizim öyrənmə prosesimizə təsirini  dərk etmək və müxtəliföyrənmə üslublarından istifadənin yollarını müəyyənləşdirmək
  • dərsin planlaşdırılmasının tədris planına və kurrikuluma bağlılığını müəyyənləşdirmək və nəyin  tədris edildiyini izah etmək
  • sinfin idarə olunması faktorlarının müxtəlifliyini və onların ibtidai sinifdə tədris mühitinə təsirini müəyyənləşdirmək

Qiymətləndirmə 

İştirakçılar hər bölmənin sonunda qiymətləndirilir, və bu qiymətləndirmələr fərdi portfolioda toplanaraq yekun qiymətləndirmə (əla / müvəffəqiyyətli / müvəffəqiyyətsiz) üçün əsas təşkil edir. 

Sertifikat 

Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılar sertifikatla təltif olunacaqlar

Kursun qiyməti: 250 AZN

Başlama tarixi:  

Qeydiyyat üçün son tarix:  

Xüsusi Tədris Ehtiyacları/SEN (Moderatorsuz)

Kimlər üçün nəzərdə tutulmuşdur: 

Bu kurs, ingilis dilini bir fənn kimi tədris edən müəllimlər, yaxud dərslərin ingilis dilində keçirildiyi mühitdə çalışan müəllimlər üçün nəzərdə tutulmuşdur. Bu kurs təkcə SEN mütəxəssisləri üçün deyil, həm ibtidai, həm də orta məktəb səviyyəsində çalışan müəllimlər üçün yararlıdır.

Xüsusi tədris ehtiyacları olan şagirdlərə yardımçı olan SEN, həmçinin xüsusi təhsil strategiyaları və həlləri barədə anlayışınızın olmasını, təhsildə çətinlik çəkən uşaqları tədrisə cəlb edilməsini və bütün şagirdlər üçün yaxşı təcrübə təmin edir.

Keçirilmə müddəti: 

12 həftə ərzində 35 saat. 

Hansı çərçivədə keçirilir: Davamlı Peşəkar İnkişaf (CPD) çərçivəsində 2 və 3-cü mərhələlər  

Tələb olunan ingilis dili biliyinin səviyyəsi: B1+

Əlavə məlumat: 

Xüsusi Tədris Ehtiyacları (SEN) sahəsində Müəllimlərin İnkişafı Kursu, xüsusi və ya əlavə tədris ehtiyacları olan şagirdlər üçün müxtəliflik və uyğunlaşma mühitinin yaradılması tələb olunan hər hansı ümumi təhsil müəssisəsində çalışan müəllimlərə dəstək təmin edir. Bu kurs SEN sahəsində ixtisaslaşmamış müəllimlər üçün tədris olunduqda aşağıdakı məqsədləri güdür: a) SEN sahəsində yarana biləcək öyrənmə çətinliklərinin dərk olunmasını dəstəkləmək; b) SEN olan şagirdlərə dəstək verəcək və bütün öyrəncilər üçün yaxşı öyrənmə praktikası təmin edəcək sinifdə tədris strategiyalarını təmin etmək.

Bu kurs, ana dili İngilis dili olmayan auditoriya üçün tərtib olunmuşdur, amma kursun tərkibi istənilən kontekstdə çalışan müəllimlər üçün (o cümlədən ana dili ingilis dili olan müəllimlər üçün) məlumatlandırıcı və təcrübə baxımından zənginləşdirici xarakter daşıyır. SEN məsələlərinə geniş yanaşma tətbiq edən bu kurs əlilliyin ictimai modeli əsasında 10 müxtəlif sahəni əhatə edir. Əhatə olunmuş mövzular aşağıdakılardır:

  • giriş
  • disleksiya 
  • Hiper-fəallılıqla yanaşı diqqət defisiti sindromu 
  • görmə məhdudluğu / eşitmə çətinlikləri / fiziki qüsurlar 
  • sosial, emosional və davranış çətinlikləri
  • autizm / Asperger xəstəliyi
  • zəkalı və istedadlı 
  • multi-mədəniyyət yanaşmasının öyrənmə çətinliklərinə təsiri
  • dispraksiya (hərəkət funksiyalarında pozuntular)
  • dil və nitq 
  • inklyuziv qiymətləndirmə 

 Rəylər 

"İlk növbədə, bu SEN təlimi bütün ingilis dili müəllimləri üçün mütləqdir, çünki Hiper-fəallılıqla yanaşı diqqət defisiti sindromu kimi sahələri və müəllimin rast gələ biləcəyi digər problematik məsələləri geniş əhatə edir. Bundan başqa, bu kurs faydalı izahatlar, videolar və əlavə oxu materialları ilə çox zəngindir. Mən artıq 7 bölməni keçmişəm və deyə bilərəm ki, bu kurs çox yaxşı və maarifləndirici olmaqla yanaşı istənilən sinif mühitində asan tətbiq oluna bilər. Konkret halların təhlili və qeydlərin aparılması kimi mövzular mənim üçün xüsusi maraq kəsb edir. Kursun formatı da mənə xoşdur: burada inşa yazmaq əvəzinə problem və onun həlli kimi fikirlərimi konkret təsvir edə bilirəm." Natali, İngilis dili müəlliməsi, Gürcüstan 

Sertifikat 

İştirakçılar hər bölmənin sonunda sertifikat alacaqlar.

Kursun qiyməti: 250 AZN

Başlama tarixi: 

Qeydiyyat üçün son tarix: 

Xüsusi Tədris Ehtiyacları (SEN), Portfolio ilə

Kimlər üçün nəzərdə tutulmuşdur: 

Bu kurs, ingilis dilini bir fənn kimi tədris edən müəllimlər yaxud dərslərin ingilis dilində keçirildiyi mühitdə çalışan müəllimlər üçün nəzərdə tutulmuşdur. Kurs təkcə SEN mütəxəssisləri üçün deyil, həm də ibtidai, eləcə də orta məktəb səviyyəsində çalışan müəllimlər üçün yararlıdır. 

Xüsusi tədris ehtiyacları olan şagirdlərə yardımçı olan SEN, həmçinin xüsusi təhsil strategiyaları və həlləri barədə anlayışınızın olmasını, təhsildə çətinlik çəkən uşaqları tədrisə cəlb edilməsini və bütün şagirdlər üçün yaxşı təcrübə təmin edir. 

Keçirilmə müddəti: 

12 həftə ərzində 35 saat + qiymətləndirmə portfoliosu üçün 8 saat 

Hansı çərçivədə keçirilir: Davamlı Peşəkar İnkişaf (CPD) çərçivəsində 2, 3 və 4-cü mərhələlər 

Tələb olunan ingilis dili biliyinin səviyyəsi: B1+ 

Əlavə məlumat: 

Xüsusi Tədris Ehtiyacları (SEN) sahəsində Müəllimlərin İnkişafı Kursu, xüsusi və ya əlavə tədris ehtiyacları olan şagirdlər üçün müxtəliflik və uyğunlaşma mühitinin yaradılması tələb olunan hər hansı ümumi təhsil müəssisəsində çalışan müəllimlərə dəstək təmin edir. Bu kurs SEN sahəsinə ixtisaslaşmamış müəllimlər üçün tədris olunduqda aşağıdakı məqsədləri güdür: a) SEN sahəsində yarana biləcək öyrənmə çətinliklərinin dərk olunmasını dəstəkləmək; b) SEN olan öyrəncilərə dəstək verəcək və bütün öyrəncilər üçün yaxşı öyrənmə təcrübəsi təmin edəcək sinifdə tədris strategiyalarını təmin etmək.

Bu kurs, ana dili ingilis dili olmayan auditoriya üçün tərtib olunmuşdur, amma kursun tərkibi istənilən kontekstdə çalışan müəllimlər üçün (o cümlədən ana dili ingilis dili olan müəllimlər üçün) məlumatlandırıcı və təcrübə baxımından zənginləşdirici xarakter daşıyır. SEN məsələlərinə geniş yanaşma tətbiq edən bu kurs əlilliyin ictimai modeli əsasında 10 müxtəlif sahəni əhatə edir. Əhatə olunmuş mövzular aşağıdakılardır:

  • giriş
  • disleksiya 
  • Hiper-fəallılıqla yanaşı diqqət defisiti sindromu 
  • görmə məhdudluğu / eşitmə çətinlikləri / fiziki qüsurlar 
  • sosial, emosional və davranışı çətinliklər 
  • autizm / Asperger xəstəliyi
  • zəkalı və istedadlı 
  • multi-mədəniyyət yanaşmasının öyrənmə çətinliklərinə təsiri
  • dispraksiya (hərəkət funksiyalarında pozuntular)
  • dil və nitq 
  • inklyuziv qiymətləndirmə 

 

Qiymətləndirmə 

Qiymətləndirmə tapşırıqlarından ibatər portfolionu toplamış iştirakçılar yekun qiymət (Əla / Kafi / İnkişaf tələb olunur) alacaqlar. 

Sertifikat 

Hər bölməni başa çatdırarkən, həmçinin portfolionu müvəffəqiyyətlə doldurduqda iştirakçılar sertifikat alacaqlar.

Kursun qiyməti: 350 AZN

Başlama tarixi: 

Qeydiyyat üçün son tarix: 

Müvəffəqiyyətə aparan yol (özünütəkmilləşdirmə üsulu ilə)

Kimlər üçün nəzərdə tutulmuşdur: 

İş fəaliyyətindən əvvəlki təhsilin son ilində olan İngilis dili müəllimləri yaxud İngilis dilinin (bütöv ştat işçisi olaraq) tədrisi fəaliyyətində ilk 2 ilini bitirməmiş müəllimlər üçün nəzərdə tutulmuş bu kurs, özünüqiymətləndirmə üsulu ilə, ibtidai, orta məktəb, ali təhsil müəssisəsi və ya özəl İngilis dili tədrisi sektorunda çalışan müəllimlər üçün faydalıdır.

Kursun məqsədləri: 

  • metodologiya, dərsin planlaşdırılması və qiymətləndirilməsinə dair müəllimin biliyini genişləndirmək 
  • kommunikativ (ünsiyyətli) və öyrənciyə yönəldilmiş tədrisi əsas götürmək 
  • müəllimlərə müşahidə etmək, müxtəlif üsulları və resursları təcrübədən keçirmək imkanı vermək
  • kursun ifadə etdiyi ideyaları müəllimlərin fərdi konteksti ilə əlaqələndirmək 
  • düşünmə və peşəkar inkişaf bacarıqlarını təkmilləşdirmək 

 

Keçirilmə müddəti: 

12 həftə ərzində 35 saat 

Hansı çərçivədə keçirilir: Davamlı Peşəkar İnkişaf (CPD) çərçivəsində 1 və 2-ci mərhələlər 

Tələb olunan ingilis dili biliyinin səviyyəsi: B1+

Əlavə məlumat: 

İstənilən Modulları və istənilən ardıcıllıqla seçə bilərsiniz. Beləliklə, müəllimlik peşənizdə sizi maraqlandıran hər hansı sahə barədə ideyaları kəşf edə və təlim ala bilərsiniz. 

  • Modul 1 – Sinfin idarə olunması 
  • Modul 2 - Planlaşdırma 
  • Modul 3 – Təqdimat və praktika 
  • Modul 4 – Effktiv ünsiyyət 
  • Modul 5 – Yazılı ünsiyyət 
  • Modul 6 - Qiymətləndirmə 
  • Modul 7 – Mədəniyyətin tədris olunması 
  • Modul 8 – Əyani vasitələr 
  • Modul 9 – Yaddaqalan tədris 
  • Modul 10 – Peşəkar inkişaf 

 

Sertifikat 

İştirakçılar hər bölməni bitirəndə sertifikat alacaqlar.

Kursun qiyməti: 180 AZN

Başlama tarixi: hər zaman

Qeydiyyat üçün  son tarix: 

Müvəffəqiyyətə aparan yol (Portfolio ilə)

Kimlər üçün nəzərdə tutulmuşdur: 

İş fəaliyyətindən əvvəlki təhsilin son ilində olan ingilis dili müəllimləri, yaxud ingilis dilinin (tam ştat işçisi olaraq) tədrisi fəaliyyətində ilk 2 ilini bitirməmiş müəllimlər üçün nəzərdə tutulmuş moderatorsuz bu kurs ibtidai, orta məktəb, ali təhsil müəssisəsi və ya özəl ingilis dili tədrisi sektorunda çalışan müəllimlər üçün faydalıdır.

Kursun məqsədləri: 

  • metodologiya, dərsin planlaşdırılması və qiymətləndirilməsinə dair müəllimin biliyini genişləndirmək 
  • kommunikativ və şagird yönümlü tədris
  • müəllimlərə müxtəlif üsulları müşahidə etmək və resursları təcrübədən keçirmək imkanı vermək
  • kursun ifadə etdiyi ideyaları müəllimlərin fərdi konteksti ilə əlaqələndirmək 
  • özünüqiymətləndirmə və peşəkar inkişaf bacarıqlarını təkmilləşdirmək 

 

Keçirilmə müddəti: 

12 həftə ərzində 35 saat 

Hansı çərçivədə keçirilir: Davamlı Peşəkar İnkişaf (CPD) çərçivəsində 1 və 2-ci mərhələlər 

Tələb olunan ingilis dili biliyinin səviyyəsi: B1+ 

Əlavə məlumat: 

İstənilən Modulu və istədiyiniz vaxt və ardıcıllıqla seçə bilərsiniz. Beləliklə, müəllimlik peşənizdə sizi maraqlandıran hər hansı sahə barədə ideyaları kəşf edə və həçim sahədə təlim ala bilərsiniz. 

  • Modul 1 – Sinfin idarə olunması 
  • Modul 2 - Planlaşdırma 
  • Modul 3 – Təqdimat və təcrübə
  • Modul 4 – Effektiv ünsiyyət 
  • Modul 5 – Yazılı ünsiyyət 
  • Modul 6 - Qiymətləndirmə 
  • Modul 7 – Tədris mədəniyyəti 
  • Modul 8 – Əyani vasitələr 
  • Modul 9 – Yaddaqalan tədris 
  • Modul 10 – Peşəkar inkişaf 

 

Qiymətləndirmə 

Hər bölməyə daxil olan qiymətləndirmə tapşırıqları portfolioya toplanaraq yekun qiymətləndirmə (əla / müvəffəqiyyətli / müvəffəqiyyətsiz) üçün əsas təşkil edir. 

Sertifikat 

İştirakçılar hər bölmənin sonunda sertifikat alacaqlar.

Kursun qiyməti: 350 AZN

Başlama tarixi: 

Qeydiyyat üçün son tarix: 

TKT (Tədris Bilikləri Testi) Əsasları: Modul 1 – (Dil tədrisi haqqında məlumat)

Kimlər üçün nəzərdə tutulmuşdur: 

Kommunikativ Dil Tədrisi (CLT) sahəsində bilik və təcrübəsini artırmaq istəyən, yaxud TKT imtahanına hazırlaşan müəllimlər üçün. Həm ELT (İngilis dilinin tədrisinə) dair əsas konsepsiyaları öyrənmək istəyən yeni müəllimlər, həm də metodologiyasını yeniləşdirmək istəyən təcrübəli müəllimlər üçün yararlı olan kursdur.

Kommunikativ dil tədrisinin nəzəriyyəsindəki əsas konsepsiyaları əhatə edən bu kurs, dil öyrənənləri və real sinif təcrübəsi barədə hərtərəfli biliklər təqdim edir. Kursun strukturu və məzmunu Kembric Universitetinin (Cambridge ESOL) Tədris Bilikləri Testinin tədris proqramına əsaslanır. Bu kurs, Kembric Universitetinin (Cambridge ESOL) Tədris Bilikləri Testinə (TKT) hazırlıq, və ya fərdi surətdə müəllimin inkişafı üçün tətbiq oluna bilər.

Keçirilmə müddəti: 

Modul 1 – 12 həftə ərzində 39,5 saat 

Hansı çərçivədə keçirilir: Davamlı Peşəkar İnkişaf (CPD) çərçivəsində 1, 2 və 3-cü mərhələlər 

Tələb olunan ingilis dili biliyinin səviyyəsi: B1+ 

Əlavə məlumat: 

Modul 18 bölmədən ibarətdir və  hər biri təxminən 2 saat davam edir: 

• qrammatika • leksikologiya • fonologiya • funksiyalar • oxu • yazı • dinləmə • danışıq • motivasiya • nümayiş və formaya diqqətin verilməsi • səhvlərin rolu • L1 ilə L2 arasındakı fərqlər • şagirdlərin xüsusiyyətləri • şagirdlərin ehtiyacları • təqdimat bacarıqları və giriş üçün çalışmalar • dil və bacarıq inkişafı üçün praktik çalışmalar və tapşırıqlar • qiymətləndirmə növləri və tapşırıqlar

Qiymətləndirmə 

İştirakçılar hər bölmənin sonunda qiymətləndirilir, və bu tapşırıqlar portfolioya toplanaraq yekun qiymətləndirmə (əla / müvəffəqiyyətli / müvəffəqiyyətsiz) üçün əsas təşkil edir. 

Sertifikat 

Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılar sertifikatla təltif olunacaqlar

Kursun qiyməti: 250 AZN

Başlama tarixi: 

Qeydiyyat üçün son tarix: 

TKT (Tədris Bilikləri Testi - TBB) Əsasları: Modul 2 və 3

Kimlər üçün nəzərdə tutulmuşdur: 

Kommunikativ Dil Tədrisi (CLT) sahəsində bilik və təcrübəsini inkişaf etdirmək istəyən, yaxud TKT imtahanına hazırlaşan müəllimlər üçün. Bu həm ELT (İngilis dilinin tədrisinə) dair əsas konsepsiyaları öyrənmək istəyən yeni müəllimlər, həm də metodologiyasını yeniləndirmək istəyən təcrübəli müəllimlər üçün yararlı olan kursdur.

Kommunikativ dil tədrisinin nəzəriyyəsindəki əsas konsepsiyaları əhatə edən bu kurs, dil öyrənənləri və real sinif təcrübəsi barədə hərtərəfli biliklər təqdim edir. Kursun strukturu və tərkibi Kembric Universitetinin (Cambridge ESOL) Tədris Bilikləri Testinin tədris proqramına əsaslanır. Bu kurs, Kembric Universitetinin (Cambridge ESOL) Tədris Bilikləri Testinə (TKT) hazırlıq, və ya fərdi surətdə müəllimin inkişafı üçün tətbiq oluna bilər. 

Keçirilmə müddəti: 12 həftə ərzində 34 saat 

Hansı çərçivədə keçirilir: Davamlı Peşəkar İnkişaf (CPD) çərçivəsində 1, 2 və 3-cü mərhələlər  

Tələb olunan ingilis dili biliyinin səviyyəsi: B1+ 

Əlavə məlumat: 

Kursa iki moduldan ibarətdir və hər bir modul təxminən 2 saat davam edən  15 bölməyə ayrılmışdır: 

  • Modul 2 – Dərsin planlaşdırılması və dil tədrisində resurslardan istifadə (8 bölmə/19 saat) 
  • Modul 3 – Tədris və öyrənmə prosesinin idarə edilməsi (7 bölmə/15 saat) 

Qiymətləndirmə 

İştirakçılar hər bölmənin sonunda qiymətləndirilir, və bu qiymətləndirmələr fərdi portfolioya toplanaraq yekun qiymətləndirmə (əla / müvəffəqiyyətli / müvəffəqiyyətsiz) üçün əsas təşkil edir. 

Sertifikat 

Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılar sertifikatla təltif olunacaqlar

Kursun qiyməti: 250 AZN

Başlama tarixi: 

Qeydiyyat üçün son tarix: