Qeyd:Bu qaydalar yalnız IELTS UKVI imtahanı, o cümlədən Life Skills imtahanına aid edilir.IELTS UKVI-dən başqa digər imtahanlar üçün müvafiq sənədə müraciət etməyiniz xahiş olunur.

A. Ləğvetmələr

İmtahan mərkəzinə məlumat verməklə, imtahan verməmişdən əvvəl istənilən vaxt IELTS imtahan qeydiyyatınızı ləğv edə bilərsiniz. Ödənişin geri qaytarılması ilə bağlı şərtlər imtahanı nə zaman ləğv etməyinizdən və istisna şərtlərin tətbiq edilib-edilməməsindən asılıdır. 

1. İMTAHAN TARİXİNƏ QƏDƏR VAXT

1.1.  İmtahana 14 gündən çox:

İmtahana 14 gündən çox vaxt qaldıqda IELTS imtahan qeydiyyatınızı ləğv etsəniz, ödədiyiniz ümumi imtahan rüsumunun 75%-ni geri alacaqsınız.

1.2. 14 gün ərzində, lakin imtahana 2 gündən çox vaxt qaldıqda:

İmtahana 2 gündən çox vaxt qalması şərtilə, 14 gün ərzində IELTS imtahan qeydiyyatınızı ləğv etsəniz, ödədiyiniz ümumi imtahan rüsumunun 50%-ni geri alacaqsınız.

1.3. İmtahana qalan 2 gün ərzində:

İmtahana qalan 2 gün ərzində IELTS imtahan qeydiyyatınızı ləğv etsəniz, ödədiyiniz ümumi imtahan rüsumunun 25%-ni geri alacaqsınız.  

1.4. İmtahan günü və ya imtahandan sonra:

IELTS imtahan qeydiyyatınızı imtahan günü və ya imtahan keçirildikdən sonra ləğv etsəniz, ödədiyiniz məbləğ geri qaytarılmayacaq. 

2. İMTAHAN İŞTİRAKÇISI İLƏ BAĞLI İSTİSNALAR

İmtahandan əvvəl və imtahanda iştirak edə bilmədiyiniz halda, imtahanın keçirildiyi tarixdən sonrakı 5 gün müddətində imtahan mərkəzinizə istisna şərtlərlə bağlı müraciət edə bilərsiniz. İmtahan mərkəziniz yazılı ərizənizi qəbul etdikdən sonra 7 gün ərzində sizə cavab verəcəkdir. İmtahan mərkəziniz istisna şərtlərlə bağlı sizin ərizəni qiymətləndirəcək.

İstisna şərtlər və əlavə sübutla bağlı bütün ərizələr planlaşdırılmış imtahan tarixindən sonrakı beş gün ərzində imtahan mərkəziniz tərəfindən qəbul edilmiş olmalıdır.

Test mərkəziniz ərizənizi təsdiqləyərsə, siz 25%-dən çox olmayaraq qeydiyyat xərci çıxılmaqla, tam ödənişi geri alacaqsınız.

İmtahan mərkəziniz ərizənizi təsdiqləməsə, 1-ci bölmədə göstərilən şərtlər tətbiq olunacaqdır.

Aşağıdakılar istisna şərtlər kimi müəyyən edilib:

  • İmtahan günü imtahanda iştirakınızın və ya imtahanı normal şəkildə verməyinizin qarşısını alan ciddi xəstəliklər; bu cür hallar üçün ixtisaslı həkimin verdiyi tibbi arayışın təsdiqləyici dəlil kimi təqdim edilməsi tələb olunur 
  • Ağır itki, travma və ya digər ciddi problemlərlə bağlı sübut
  • Hərbi xidmət

3. İMTAHAN MƏRKƏZİ İLƏ BAĞLI İSTİSNALAR

İmtahan mərkəzinin məlumatı olmadan bəzi hallarda imtahanınızı ləğv edə bilərik. Bu cür hallara kəskin hava şəraiti, təbii fəlakət, mülki iğtişaşlar və sənaye işçilərinin keçirdiyi tətillər və s. aid edilə bilər.

Belə hallarda, imtahan mərkəziniz sizə mümkün qədər tez bildiriş göndərəcək və sizə yeni seçim imkanı verəcəkdir:

  • Ödənişin tam şəkildə geri qaytarılması və ya
  • İmtahanın sizin üçün əlverişli başqa tarixə keçirilməsi.

İmtahan mərkəziniz nəzarəti daxilində olan şəraitdə imtahanı ləğv edərsə, siz ödənişinizin tam qaytarılması və ya imtahanın başqa tarixə keçirilməsinə əlavə olaraq, yaranan xərclərə görə kompensasiya üçün müraciət etmək hüququna maliksiniz. Sizin bu hüququnuzun əsaslı olub-olmaması imtahan mərkəzi tərəfindən qiymətləndiriləcək və hər hansı kompensasiya aşağıdakı şərtlərdən asılı olaraq veriləcəkdir:

  • İmtahan mərkəzi ləğvetmə qərarının onun nəzarəti altında olub-olmadığını qiymətləndirəcəkdir.
  • Verilən hər hansı kompensasiya yalnız aşağıdakı hallarda və səfər və qalmaq üçün yer xərcləri ilə məhdudlaşacaqdır:

- imtahan günü iştirakınızın planlaşdırılması nəticəsi kimi bir başa yaranan xərclər,

- ödəniş qəbz(lər)i ilə sübut olunmuş xərclər,

- ləğv olunmuş səfər və/yaxud qalmaq üçün yerə görə ödənilən xərclərin təchizatçı tərəfindən qaytarılmasının mümkün olmadığı sübuta yetirildikdə,

- sözügedən xərclərin məqbul ən aşağı bazar tarifləri ilə müqayisəli təhlilinin aparılması ilə (bu, imtahan mərkəzi tərəfindən həyata keçiriləcəkdir).

  • Əgər siz öz yaşayış yerinizə ən yaxın imtahan məkanından daha uzağa səfər etmisinizsə, o halda imtahan mərkəzi iddianızı əsaslı hesab etməyəcəkdir.

B. İmtahan tarixinin dəyişdirilməsi

4.1. İmtahana 14 gündən çox:

İmtahana 14 gündən çox vaxt qalıbsa, istənilən vaxt imtahan tarixinizi dəyişdirə bilərsiniz.

Siz ilkin imtahan tarixindən sonrakı üç ay ərzində olan imtahan tarixlərindən seçməlisiniz. Əgər yenidən qeydiyyatdan keçmək istədiyiniz imtahan tarixi ilkin imtahan tarixinizdən sonra üç ay müddətindən sonrakı tarixə təsadüf edirsə, o halda yerdəyişməniz ləğvetmə hesab olunacaqdır.

Eyni qeydiyyatı yalnız bir dəfə dəyişdirə bilərsiniz.

İmtahan mərkəziniz ümumi imtahan rüsumunun 25%-ə qədərini qeydiyyat xərci kimi tuta bilər.

4.2. İmtahana qalan 14 gün ərzində:

İmtahana 14 gün qaldığı müddət ərzində imtahan tarixinin dəyişdirilməsi sorğusu ləğvetmə kimi qəbul ediləcəkdir. Xahiş olunur, bu qaydayların Ləğvetmələrlə bağlı A bölməsinə istinad edin.

Qeydlər

i. İmtahan mərkəziniz ödənişlərin geri qaytarılmasını və imtahan tarixinin dəyişdirilməsinin təşkilini təmin etmək üçün məsuliyyət daşıyır.

ii. A. 2 bölməsinə əsasən, imtahan mərkəzi imtahan iştirakçısının istisna hallarla bağlı iddiaları haqqında qərarlar verməkdə məsuliyyət daşıyır.

iii. A. 3 bölməsinə əsasən imtahan mərkəzi kompensasiya, o cümlədən imtahan iştirakçısının iddia hüququ və veriləcək hər hansı məbləğlərlə bağlı qərarlar verməkdə məsuliyyət daşıyır. 

iv. IELTS imtahanı vermək üçün qeydiyyatdan keçdiyiniz ölkənin yerli istehlakçını mühafizəsi qanunu imtahan iştirakçısı üçün yuxarıda müəyyən edilənlərdən fərqli daha münasib ləğvetmə və yerdəyişmə hüquqları verərsə, yerli istehlakçını mühafizə qanunu tətbiq olunacaqdır.