Qeyd edək ki, bu IELTS (Akademik və Ümumi Təlim) üçün qaydalardır, UKVI üçün ləğvətmə siyasətini burada tapa bilərsiniz.
Lütfən, Take IELTS saytımıza daxil olun və IELTS Online ləğv siyasətinə nəzər yetirin.

Əgər IELTS imtahan tarixindən beş həftəyədək əvvəl ləğv etsəniz, siz ödəniş haqqının 25%-i məbləğində inzibati rüsum çıxılmaqla geri alacaqsınız.
British Council Böyük Britaniya və digər müvafiq orqanlar tərəfindən sanksiya tətbiq olunmuş banklara (və ya digər maliyyə institutlarına) ödənişlər edə bilməz. Əgər siz sanksiya tətbiq edilmiş banka və ya sanksiyaya məruz qalmış maliyyə institutuna hesaba qaytarılma əməliyyatı tələb etsəniz, sizdən sanksiyaları pozmayan alternativ ödəniş üsulu göstərməyiniz xahiş olunacaq. Alternativ ödəniş üsulunun təqdim edilməməsi müvafiq vəsaitin ödənilməməsi ilə nəticələnəcək.
Xahiş edirik, ödənişin geri qaytarılması prosessinin bir-iki həftə çəkə biləcəyini nəzərə alın.
İmtahan tarixinizi ləğv etmək üçün, xahiş edirik, Ödənişin geri qaytarılması və ya imtahan tarixinin dəyişdirilməsi üçün Müraciət Formamızı yükləyin və doldurun və onu e-poçtla ielts@britishcouncil.az ünvanına göndərin. (Xahiş edirik, formanı imzalamalı olacağınızı nəzərə alın.) Sənədləri aşağıda yükləmə bölməsində tapa bilərsiniz.
İmtahan tarixində iştirakçının xəstə olduğunu təsdiq edən tibbi arayış, İmtahan tarixindən sonra iki təqvim günü ərzində Test Taker Portal-da ləğvetmə tələbi ilə birlikdə təqdim olunduğu halda, ödəniş imtahan haqqının 25%-i məbləğində inzibati rüsum çıxılmaqla geri qaytarıla bilər.
Yalnız Azərbaycan və ya ingilis dilində olan rəsmi tibbi arayışlar qəbul edilir. İmtahandan sonra ikinci təqvim gününə qədər Test Taker Portal vasitəsilə göndərəcəyiniz ləğvetmə tələbini və sağlamlıq vəziyyətini təsdiq edən arayışları/sübutları əldə etməmiş ol, imtahanda iştirak etməmiş və bütün haqqlarınızdan imtina etmiş sayılacaqsınız.
Xahiş edirik, ailə üzvləri tərəfindən verilən xəstəlik qeydlərini qəbul etmədiyimizi nəzərə alın.
Əgər IELTS imtahan tarixindən iki həftəyədək əvvəl ləğv etsəniz, siz ödənişi imtahan qiymətinin 25%-i məbləğində inzibati rüsum çıxılmaqla geri alacaqsınız.
British Council Böyük Britaniya və digər müvafiq orqanlar tərəfindən sanksiya tətbiq olunmuş banklara (və ya digər maliyyə institutlarına) ödənişlər edə bilməz. Əgər siz sanksiya tətbiq edilmiş banka və ya sanksiyaya məruz qalmış maliyyə institutuna hesaba qaytarılma əməliyyatı tələb etsəniz, sizdən sanksiyaları pozmayan alternativ ödəniş üsulu göstərməyiniz xahiş olunacaq. Alternativ ödəniş üsulunun təqdim edilməməsi müvafiq vəsaitin ödənilməməsi ilə nəticələnəcək.
Xahiş edirik, ödənişin geri qaytarılması işlənməsinin bir- iki həftə çəkə biləcəyini nəzərə alın.
İmtahan tarixinizi ləğv etmək üçün, xahiş edirik, Ödənişin geri qaytarılması və ya imtahan tarixinin dəyişdirilməsi üçün Müraciət Formamızı yükləyin və doldurun və onu e-poçtla ielts@britishcouncil.az ünvanına göndərin. (Xahiş edirik, formanı imzalamalı olacağınızı nəzərə alın.) Sənədləri aşağıda yükləmə bölməsində tapa bilərsiniz.
İmtahan tarixində iştirakçının xəstə olduğunu təsdiq edən tibbi arayış, İmtahan tarixindən sonra iki təqvim günü ərzində Test Taker Portal-da ləğvetmə tələbi ilə birlikdə təqdim olunduğu halda, ödəniş imtahan haqqının 25%-i məbləğində inzibati rüsum çıxılmaqla geri qaytarıla bilər.
Yalnız Azərbaycan və ya ingilis dilində olan rəsmi tibbi arayışlar qəbul edilir. İmtahandan sonra ikinci təqvim gününə qədər Test Taker Portal vasitəsilə göndərəcəyiniz ləğvetmə tələbini və sağlamlıq vəziyyətini təsdiq edən arayışları/sübutları əldə etməmiş ol, imtahanda iştirak etməmiş və bütün haqqlarınızdan imtina etmiş sayılacaqsınız.
Xahiş edirik, ailə üzvləri tərəfindən verilən xəstəlik qeydlərini qəbul etmədiyimizi nəzərə alın.
Əgər imtahanızın tarixini dəyişdirmək istəyirisinizsə, kağız üzərindən IELTS imtahanı tarixindən öncəki beş həftəyə qədər, komputer üzərindən IELTS imtahan tarixindən öncəki iki həftəyə qədər imtahan gününün dəyişdirilməsi barədə ödənişsiz müraciət edə bilərsiniz.
Yeni test tarixi əvvəlki imtahan tarixindən kağız üzərindən IELTS üçün sonrakı üç test günü, komputer üzərindən IELTS üçün isə sonrakı bir ay ərzində olmalı olduğunu nəzərə alın. Xəstəlik hallarında, imtahan tarixinin dəyişdirilməsi orijinal tibbi arayışın imtahan tarixindən etibarən beş iş günü ərzində Ödənişin geri qaytarılması və ya İmtahan tarixinin dəyişdirilməsi üçün Müraciət Forması ilə birlikdə imtahan tarixindən etibarən beş gün ərzində təqdim edildiyi halda mümkündür.
Əgər sizə yeni imtahan tarixi (imtahandan əvvəl və ya xəstəliyə görə) müəyyən edilərsə və ikinci imtahan tarixində xəstə olsanız, imtahan haqqının geri qaytarılmasına və ya yeni imtahan tarixinə dəyişdirməyə haqqınız olmayacaq.
Nadir hallarda, imtahanda iştirak edə bilməmək, xəstəlik, xəsarət alma və ya digər xüsusi hallar kimi imtahan imtahanda iştirak etmənizə mane olan hallar ola bilər və imtahan tarixinə yaxın adi ləğvetmə, geri qaytarma, köçürmə əməliyyatları üçün uyğun olmaya bilərsiniz. Belə hallarda, o cümlədən ölüm, vətəndaş itaətsizliyi, daxili böhran kimi müstəsna hallar nəzərə alınmaqla, sizin vəziyyətinizə xüsusi baxılmaq üçün test mərkəzinə müraciət edə bilərsiniz. Bu proses haqqında daha ətraflı məlumatı buradan tapa bilərsiniz.
İmtahan mərkəzinin nəzarətindən kənar bəzi hallarda imtahanınız ləğv oluna və ya bir başqa tarixə keçirilməli ola bilər. Bu hallara kəskin hava şəraiti, təbii fəlakətlər, vətəndaş itaətsizliyi, etirazlar, qlobal pandemiya və buna bənzər gözlənilməz hallar daxil ola bilər, lakin sadəcə bunlarla da məhdudlaşmaya bilər.
Belə hallarda, test mərkəziniz sizləri mümkün olduğu qədər ətraflı bir şəkildə məlumatlandıracaq və seçiminizdən asılı olaraq tam geri ödəmə və ya bir başqa tarixdə imtahana girmə haqqına sahib olduğunuzu bildirəcəklər.
İmtahanınızın texniki xəta, yer və ətraf mühit amilləri kimi digər səbəblər üzündən ləğv edilməsi ya da bir başqa tarixə alınması kimi hallarda, imtahan mərkəziniz sizləri mümkün olduğu qədər ətraflı bir şəkildə məlumatlandıracaq və seçiminizə uyğun olaraq tam geri ödəmə və ya bir başqa tarixdə imtahana girmə haqqına sahib olduğunuzu bildirəcəkdir.