Bu ilin PWD layihə iştirakçılarını bizimlə birlikdə Facebook LIVE-də qeyd edin.
Date
Çərşənbə axşamı 18 Avqust 2020 -
17:00 - 18:00
Location
Online event on Facebook LIVE

British Council və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığı ilə həyata keçirdiyi “Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması” layihəsi çərçivəsində iştirakçılar üçün karyera sərgisini təşkil etmişdir. Bu ilin layihənin bağlanış mərasimi 18 Avqust 2020-ci il saat 17.00-da Facebook-da CANLI olaraq keçiriləcək. Sessiyanın moderatoru British Council-ın proqram meneceri Sevinc Ağazada olacaq.

İştirakçılar haqqında

Tamam Bayatlı

Tamam BP-nin ünsiyyət və sosial investisiya üzrə meneceridir. Dilçilik üzrə fəlfəsə doktorudur, docent elmi dərəcəsi var, jurnalistika üzrə ixtisaslaşıb. BP-də 25 ildən artıq ünsiyyət və mətbuatla əlaqələr üzrə təcrübəsi var,və şirkətin mətbuatla bağlı bütün işlərinə, şirkətdaxili və xarici ünsiyyət məsələlərinə, tədbirlər və sosial investisiya fəaliyyətinə rəhbərlik edir.

Ülvi Hüseynov

Ülvi ƏƏSMN-in əlillik siyasəti şöbəsinin müdir müavinidir. İqtisadiyyat və maliyyə sahəsində müxtəlif özəl müəssisələrdə çalışıb və rəhbər vəzifələrə qədər yüksəlib. ƏƏSMN-də aparıcı məsləhətçi, böyük məsləhətçi vəzifələrində çalışıb.2019-cu ilin sentyabr ayından Əlillik siyasəti şöbəsinin müdir müavinidir

Nərmin Məmmədova

Nərmin Nobel Oil şirkətinin Azərbaycan Respublikasındakı filialında insan resursları üzrə böyük mütəxəssis vəzifəsində çalışır. Axırıncı yeddi il ərzində istərsə daxili təlimçi kimi istərsə də müxtəlif layihələrdə - Mərkəzi Bankın Maliyyə Savadlılığı layihəsində, British Council və BP-nin hazırki layihəsinin təlimçi kimi çıxış etmişdir.

Tamara Babayeva

Tamara, 2009-cu ildən A-Level Təhsil Mərkəzində xaricdə təhsil meneceri və baş meneceri kimi fəaliyyət göstərir. Milli Aviasiya Akademiyasını 2009-cu ildə iqtisadiyyat və hüquq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib.

Şəhla Xəlilova

Şəhla 2018-ci ildə “Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması” layihəsində iştirak etmiş və təşkil edilən karyera sərgisində Deloitte&Touche MMAC-də müsahibələrdən uğurla keçərək işlə təmin edilmişdir. Hazırda Deloitte şirkətində insan resursları üzrə kiçik mütəxəssis vəzifəsində çalışır.

Nigar Baimova

Nigar British Council-ın Azərbaycan filialının direktor müavinidir. Böyük Britaniyanın Reading Universitetində Təhsil Tədqiqatları üzrə magistr dərəcəsi almışdır. Nigar hazırkı vəzifəsində təhsil , incəsənət və ictimai proqramlara rəhbərlik edir; milli və beynəlxalq təşkilatlar və şəxslər ilə strateji əlaqələr ve tərəfdaşlıq ələqələrini idarə edir.

Layihə haqqında

Cari il ərzində 95 fiziki əlilliyi olan şəxs seçilərək sosial bacarıqlar, ingilis dili, kompyuter bacarıqları, xüsusi iş sahələri - Vergi üzrə mütəxəssis, Mühasibatlıq/Əmək haqqının hesablanması, kassir, SMM, Logistika üzrə mütəxəssis, HR/inzibati işçi, Qrafik dizayner təlimlərinə cəlb edilmişdir. Layihə çərçivəsində həmçinin iştirakçıların psixoloji hazırlığının təmin edilməsi məqsədilə fərdi konsultasiyalar keçirilmişdir.

See also