British Council və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığı ilə həyata keçirdiyi “Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması” layihəsi çərçivəsində iştirakçılar üçün karyera sərgisini təşkil edir. Sərginin iyul ayının 15-dən-30-dək onlayn şəkildə, Microsoft Teams platforması vasitəsi ilə keçiriləcəkdir. Bu proqram BP və onun tərəfdaşları tərəfindən maliyyələşdirilir.
Layihə haqqında
Sərgi zamanı iştirakçı müəssisələrin nümayəndələri qeyd olunan layihənin iştirakçıları ilə onlayn şəkildə görüşmək, ünsiyyət qurmaq imkanını əldə edəcəklər. Sərginin keçirilməsində əsas məqsəd layihə iştirakçıları ilə işəgötürənlər arasında tanışlıq və ünsiyyət imkanını yaratmaq və beləliklə həmin şəxslərin müəssisələr tərəfindən hazırkı və ya gələcək təcrübə, iş imkanlarına cəlb edilməsi üçün şərait yaratmaqdır.
Qeyd etmək istərdik ki, cari il ərzində 95 fiziki əlilliyi olan şəxs seçilərək sosial bacarıqlar, ingilis dili, kompyuter bacarıqları, xüsusi iş sahələri - Vergi üzrə mütəxəssis, Mühasibatlıq/Əmək haqqının hesablanması, kassir, SMM, Logistika üzrə mütəxəssis, HR/inzibati işçi, Qrafik dizayner təlimlərinə cəlb edilmişdir. Layihə çərçivəsində həmçinin iştirakçıların psixoloji hazırlığının təmin edilməsi məqsədilə fərdi konsultasiyalar keçirilmişdir.