Film haqqında
Film Birləşmiş Krallığın fərqli yerlərindən gələn və iqlim dəyişikliyi ilə bağlı müzakirələrdə öz fikrini bildirən yeddi assambleya üzvündən bəhs edir. Batdan olan keçmiş balıqçı Syu iqlim dəyişikliyi elminin mövcud olduğunu öyrənəndə şoka düşür və daşqınlar Birləşmiş Krallıqda, xüsusən də cənub-qərb sahillərində baş verəndə bu məsələlərin evinə nə qədər yaxın ola biləcəyini anlamağa başlayır və dəyişikliklər etmək qərarına gəlir.
Nyukasldan olan British Gas əməkdaşı Mark assambleyada iştirak etməyə həvəslidir, lakin yaşıl enerjiyə keçidin işini itirməsinə səbəb olacağından narahatdır. 27 yaşlı poçt işçisi Emi isə evini isitmək üçün istifadə etdiyi kömür yandırılmasının ətraf mühitə təsirini öyrənəndə narahatlıq keçirib. İqlim dəyişikliyinə şübhə ilə yanaşan və assambleyada irəli sürülən bir çox təklifi qəbul etmək istəməyən təqaüdə çıxmış tipoqraf Riçardla da rastlaşırıq. Amma öz səhhəti pisləşəndə o, çirkli havanın bütün həyatımıza təsirini yenidən nəzərdən keçirməyə məcbur olur.
Bu istiqanlı, gülməli britaniyalıların sayəsində biz də hamımızın iqlim dəyişikliyini azaltmağa və daha yaşıl bir dünyada gələcəyin necə görünə biləcəyini görməyə çalışarkən qarşılaşdığımız çətinlikləri başa düşürük.
Necə izləməli
"İnsanlar İqlim Dəyişikliyinə qarşı" filmi Martın 7-də saat 17.00-da Nizami Kino Mərkəzində orijinal versiyada nümayiş olunacaq. Film biletinin qiyməti 2 AZN təşkil edir. Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz.