Canlı Sənətkarlıq Müzakirələri, sənətkarlığın gələcəyini, təcrübələrini və Azərbaycandakı insanları dəstəkləməyi hədəfləyən Facebook Live-da bir sıra canlı veb seminarlardır. Sessiyalar Plimut İncəsənət Kollecinin müəllimləri və sənətkarları tərəfindən aparılır və Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzi ilə tərəfdaşlıq şəkildə təşkil olunur. Seminarlar təhsil baxımından hazırlanmışdır və sənətkarlıq, rəssamlıq və incəsənət müəllimləri üçün idealdır.
Sənətkarlığın Gələcəyi proqramının məqsədi sektorda, habelə yeni auditoriya və bazarlarda sənətkarlığın daha yaxşı başa düşülməsini təmin etməklə və yaradıcı təcrübələrin keyfiyyətini təkmilləşdirməklə mədəni mənsubiyyət hissinin gücləndirilməsindən ibarətdir.
Sessiya cədvəli:
2 mart, 15.00 - "Yaradıcılığın stimullaşdırılması üçün müstəqil şəkildə inkişaf etdirilən parametrlər" Şarlotta Uorren ilə.
Yaradıcı azadlığa məhdudiyyət qoyulmaması çox vaxt məhsuldarlığa mənfi təsir göstərir. Bu müzakirədə qərar qəbulunun təmin edilməsi və yeni ideyaların formalaşdırılması üçün müstəqil şəkildə inkişaf etdirilən obrazların (xüsusilə oyun mühitində) istifadə edilməsinin paradoksal təsirləri araşdırılır. Biz eyni zamanda müxtəlif rəssam və dizaynerlərin fəaliyyətini araşdıracaq, habelə qərar qəbulun istiqamətləndirilməsinin vacibliyini vurğulamaq üçün tələbələrin təcrübələrindən nümunə gətirəcəyik.
Şarlotta Uorren tekstil sənətində yenilikçi və çoxşaxəli yanaşmanı müdafiə edən, mükafatlara layiq görülmüş çap tekstili dizayneri və rəssamdır. O, Plimut İncəsənət Kollecində Tekstil dizaynı üzrə bakalavr proqramının və Dizayn üzrə magistr proqramının müəllimidir. Şarlotta tekstil boyalarının ətraf-mühitə təsirinin azaldılması üçün tekstil məhsullarının boyanması ilə bağlı laboratoriya tədqiqatları həyata keçirir.
9 mart, 15.00 - "Yaradıcılıqdan keçən düşüncə: studiyada risk almaq və problemləri həll etmək" Madalin Blit ilə.
Studiyada müvəffəqiyyət və uğursuzluqlar oyun formalı tədqiqat və risklərə mane ola bilər. Bu müzakirədə pedaqoqların tələbələrin yaradıcılıq yanaşmaları ilə əlaqədar maneələri necə aradan qaldıra biləcəyindən bəhs ediləcək və tələbələrin işlərində irəliyə getməsinə və həll yol axtararkən qarşılaşdıqları uğursuzluqları bayram etməyi öyrənməsinə kömək edəcək texnikaları nümayiş etdiriləcək.
Madalen Blit hazırkı fəaliyyətində sənətkarlıq təcrübələrini və maddi mədəniyyəti araşdıran pedaqoq, rəssam və tədqiqatçıdır. O, Plimut İncəsənət Kollecinin İncəsənət üzrə kurikulum meneceri və İlkin Diplom Kursunun rəhbəridir. Madalen hazırda Yakov dövrünə aid Şotlandiyada ev tekstili nümunələrini sosial tarixi artefaktlar olaraq araşdırır. O, Avstraliya və Birləşmiş Krallıqda tədris, incəsənət təcrübələri və yaradıcı təfəkkürlə bağlı ortaq qabaqcıl təcrübələri araşdıran layihələrdə çalışıb.
16 mart, 15.00 - "Yaradıcı insanlar üçün məkanın yaradılması: yaradıcı sinif otağının formalaşdırılması" Natalya Ernstman ilə.
Natalya söhbət zamanı təhsildə yaradıcılığın vacibliyini müzakirə edəcək və müəllimlərin sinif otağını tələbələrində yaradıcılığa stimul verən incəsənət studiyası kimi formalaşdırılması yollarını araşdıracaq. O, çoxsaylı nümunələrdən istifadə edəcək və iştirakçıları tədris mühitləri haqqında fikir mübadiləsinə cəlb edəcək.