Koronavirusun dünyada sürətlə yayıldığı bu dönəmdə Ümumdünya Səhiyyə Təşkilatı, MediClub və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən olan əməkdaşlarımızla birlikdə virusla əlaqədar stiqma və yanlış yanaşmaları müzakirə edəcək, onlara qarşı mübarizə üsullarından söhbət açacağıq. Onlayn görüş British Council Müxtəliflik Həftəsinin bir hissəsidir.
Onlayn görüş 2 Dekabr çərşənbə günü saat 17.00 tarixində keçiriləcəkdir (Bakı vaxtilə)
Spikerlərimiz
Hande Harmancı
Hande Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisinin nümayəndəsi və rəhbəridir.
Səbinə İdrisova
Səbinə MediClub MSC təşkilatından tibb üzrə mütəxəssis, eyni zamanda keyfiyyətə nəzarət və daxili audit üzrə menecerdir. O həm də tibb üzrə fəlsəfə doktoru və MBA dərəcələrinə sahibdir.
Oruc Dursunzadə
Oruc tərəfdaş müəssisə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Creative Spark proqramı üzrə layihə rəhbəridir.
Nigar Baimova (moderator)
Nigar Britaniya Council-da direktor müavinidir və Azərbaycanda həyata keçirilən layihələrin fəaliyyətinə nəzarət edir.