Kurs ingilis dili tədrisinin keyfiyyətinin yüksəldilməsi, təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı təlimçilər yetişdirilməsi, ixtisasartırma təlimi məqsədilə keçirilir. Kurs hər birində 15 nəfər iştirakçı ilə 2 qrup olmaqla aşağıda göstərilmiş vaxtda keçiriləcəkdir:
- 1-5 iyun 2015 – 09.00-16.00
- 6-10 iyun 2015 – 09.00 - 16.00
Kursun təsviri:
- Kurs aşağıdakı mövzuları əhatə edəcəkdir:
- Dərsin planlaşdırılması və dərs planının yazılması
- Sinfin idarə edilməsi
- Qruplarla və cütlərlə iş
- Dinləmənin tədrisinin müasir yollarının öyrədilməsi
- Danışmanın tədrisinin müasir yollarının öyrədilməsi
- Oxunun tədrisinin müasir yollarının öyrədilməsi
- Yazının tədrisinin müasir yollarının öyrədilməsi
- Şagirdlərin səhvlərinin düzəldilməsi yolları
- Təlimdə müasir yanaşmalar
- Dərsliklə iş
Kim iştirak edə bilər:
Ali və orta təhsil müəssisələrində, dil kurslarında çalışan ingilis dili müəllimləri və ya müəllimlik təcrübəsi olan ingilis dili müəllimləri
Layihəyə necə qoşulmaq olar
Layihədə iştirak etməkdə maraqlı olan namizədlər www.britishcouncil.az internet səhifəsinə müraciət etməli və müraciət formasını doldurmalıdır. Müraciət forması MS Word formatında 20 May, 2015-ci il tarixindən gec olmayaraq: enquiries@britishcouncil.az e-mail ünvanına göndərilməlidir. Bütün müraciətlər nəzərdən keçiriləcək və uğurlu namizədlər növbəti mərhələ üçün müsahibəyə dəvət olunacaqlar. Müvəffəqiyyətlə bu mərhələdən də keçən müəllimlər kurs iştirakçıları kimi seçiləcəklər.
İştirakçıların seçimi üçün kriteriyalar:
- Minimum 1 il iş stajı
- Minimum Aptis testi və ya yüksək CEFR (Common European Framework of Reference for Languages) səviyyəsi, əla ingilis dili biliyi
- İngilis dilinin oxuma, yazma, dinləmə və danışıq bacarıqlarının müstəqil tədris edə bilmə qabiliyyəti
- Pedaqoji təcrübə və müxtəlif müasir pedaqogika metodologiyalarından istifadə etmə bacarığı
- Orta səviyyədə İKT bacarıqları
- Təqdimat bacarıqları və dərsdə təqdimatlardan istifadə qabiliyyəti
- İngilis dilinin tədrisində müasir dərsliklərdən istifadə təcrübəsi
- Müxtəlif ixtisasartırma və müəllim təlimlərində iştirak arzu olunandır
- Kurs bitdikən sonra British Council təlimçısi kimi layihələrdə fəaliyyət göstərmək imkanı
British Council təlimçiləri:
- Nərminə Əliyeva, Dilçilik üzrə fəlsəfə Doktoru, Dosent
- Tahirə Axundova, Biznes üzrə Doktorant, Təlimçi
Əlavə məlumat üçün British Council Azərbaycan təşkilatında Natavan Nağıyeva ilə əlaqə saxlaya bilərsiniz.