Kulinariya trillerlərinin qeyri-adi nümunəsidir. Şərqi Londonda yerləşən restoranda qonaqların gözündən iraqda müasir Babil həyəcanları qaynayır.
Date
Bazar 06 Mart 2022 - 14:30

Film haqqında

Restoran mətbəxinin dözülməz təzyiqini və baş aşpazın ilin ən ağır günündə komandası ilə mübahisəsini izləyin.

Bir axşam Endi telefonla məhv olmaq üzrə olan ailə həyatının çətin situasiyalarından birini həll etməyə çalışarkən işə çox gec gəlir. Endinin restoranın şərəfini qorumaq istəyən son dərəcədə peşəkar komandası onun davranışından və vəziyyətdən necə çıxacaqlarından narahatdır.  Üstəlik, bu vaxt baş ofisiant Bet (Elis Fithem) Instagram-da böyük izləyici kütləsi olan zəhlətökən fud-bloqerlərin menyudan kənar istəklərini də qəbul edir. Bu qaynayan raquda bir çox başqa süjet ədviyyələri da yer alır, lakin ən dəhşətlisi Endinin keçmiş müdiri, televiziyada baş aşpaz kimi çıxış edən Alester Skayın (Ceyson Fleminq) məhz bu axşam özü ilə eleqant restoran tənqidçisi Sara Sautvortu (Lurdes Faberes) götürüb restorana gəlməsidir. Alester qazandığı böyük şöhrətə baxmayaraq, keçmiş tələbəsinin işlərinin yaxşı getməsindən o qədər də məmnun deyil. Bəlkə də onun gəlişi hər kəs üçün daha böyük problemlər yaradacaq?!

Necə izləməli

"Qaynama Nöqtəsi" filmi Martın 6-ı saat 14.30-da Nizami Kino Mərkəzində orijinal versiyada nümayiş olunacaq. Film biletinin qiyməti 2 AZN təşkil edir. Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz.

Ətraflı