Məzunların Məşğulluğuna dair layihə British Council-ın təşəbbüsü ilə Ali Təhsilin Beynəlmiləlləşdirilməsi (IHE) proqramı çərçivəsində 2014-cü ildən etibarən həyata keçirilir.
Məzunların Məşğulluğuna dair Birləşmiş Krallığa Təhsil Səfərinin layihənin yeni bir mərhələsi olaraq 2016-ci ilin iyun ayında həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Məzunların Məşğulluğuna dair Birləşmiş Krallığa Təhsil Səfəri
Səfərin əsas məqsədi Azərbaycanın ali təhsil və biznes müəssisələri nümayəndələrinin Birləşmiş Krallığın ali təhsil müəssisələrinin universitet-biznes əməkdaşlıqları üzrə uğurlu təcrübəsindən yararlanaraq Azərbaycanda birgə əməkdaşlıqda tətbiq etməsidir.
Birləşmiş Krallıq universitetlərinin universitet-biznes əməkdaşlıqları üzrə uğurlu təcrübələrini əyani şəkildə görmək və bu sahə üzrə mövcud yeniliklər və əməkdaşlıq yolları barədə öyrənmək üçün Azərbaycanın ali təhsil müəssisələrinin (karyera inkişaf mərkəzinin və ya aidiyyatlı sahədə çalışan nümayəndələri və s.) və binzes müəssisələri, həmçinin, Təhsil Nazirliyinin də nümayəndələrindən ibarət nümayəndə heyətinin 2016-ci ilin iyun ayında Birləşmiş Krallığa səfəri gözlənilir.
Birləşmiş Krallıq Universitetləri
British Council Azərbaycan Birləşmiş Krallığın ali təhsil müəssisələri arasında Azərbaycandan olan nümayəndə heyəti üçün Məzunların Məşğulluğuna dair Təhsil Səfəri proqramı üzrə təkliflərin qəbulunu elan edir.
Müraciət edən universitetlərin Azərbaycan nümayəndə heyəti üçün səfər proqramı hazırlaması gözlənilir. Proqrama məlumat və təlimatlandırıcı xarakterli təqdimatlar (sahə üzrə Birləşmiş Krallığın ümumi təcrübəsi, tələbələrin məşğulluq qabiliyyətlərinin artırılması üçün praktiki biliklər, universitet-biznes arasında mövcud olan və uğurlu əməkdaşlıq yolları barədə), aidiyyatlı müəssisələrə səfər (partnyor biznes/sənaye müəssisələri) və aidiyyatlı şöbələrin nümayəndələri ilə bilik mübadiləsi məqsədilə görüşlər daxil edilməlidir.
Səfər proqramının tələbləri barədə ətraflı məlumat aşağıdakı sənəddə təmin edilmişdir.
Təhsil Səfəri təqdim olunan təkliflər arasından seçilən Birləşmiş Krallığın təhsil müəssisələri ilə əməkdaşlıqda həyata keçiriləcəkdir.
Təkliflər 25 aprel 2016-cı il tarixinədək Nigar Nəsrullayeva, Təhsil İşləri üzrə İcraçı, British Council Azərbaycan e-mailiniə göndərilməlidir.
Azərbaycan Universitetləri
Təhsil Səfərinə müraciət etmək istəyən Azərbaycan Universitetləri və biznes müəssisələrinin nümayəndələri məzunların məşğulluğuna dair birgə əməkdaşlıq layihələri barədə təklif yazaraq 25 aprel 2016-cı il tarixinədək nigar.nasrullayeva@britishcouncil.az e-mail ünvanına göndərə bilərlər.
Təkliflər aşağıda verilmiş ərizə formasına əsasən tamamlanmalıdır.
Təkliflər hər müəssisədən (universitet və biznez) bir nümayəndə olmaq şərtilə birlikdə hazırlanmalıdır. Təklifdə birgə əməkdaşlıq maraqlarının təsviri, nəzərdə tutulan fəaliyyətlər, fəaliyyət planı və gözlənilən nəticələr barədə məlumat öz əksini tapmalıdır.
Seçilmiş nümayəndələr Təhsil Səfərində iştirak etmək imkanını əldə edəcəklər.
Təhsil səfərinin təşkili və xərcləri
British Council Azərbaycan Təhsil Səfərini təşkil edir və layihə çərçivəsində seçilmiş ali təhsil müəssisələri nümayəndələrinin səfər xərclərini qarşılayacaq.
Layihə çərçivəsində hər universitetdən yalnız bri seçilmiş nümayəndənin xərclərinin qarşılanması nəzərdə tutulmuşdur.
Səfər edəcək biznes müəssisələri nümayəndələrinin otel və yol xərcləri özləri tərəfindən qarşılanması nərədə tutulmuşdur.
Layihə barədə ətraflı məlumat üçün British Council-da Təhsil İşləri üzrə İcraçı, Nigar Nəsrullayeva ilə e-mail vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Qeyd: Nəzərinizə çatdırmaq istəyirik ki, Xəzər Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (hər universitetdən bir nümayəndə) nümayəndələri proqramın 2015-ci ildə həyata keçirilən ərizə qəbulu zamanı seçilmişdir. Bu səbəbdən qeyd olunan ali təhsil müəssisələrinin nümayəndələrinin ərizələri bu elan çərçivəsində nəzərə alınmayacaqdır.