Date
Cümə 10 April 2015 - 00:00
Location
Bakı, Azərbaycan

British Council və UNICEF-in uğurlu tərəfdaşlığı nəticəsində OneminutesJr video seminarı bu il Azərbaycanda keçiriləcəkdir. Fevral ayının son həftəsində 16 gənc Azərbaycanlı (14-18 yaş arası) bu layihəyə qoşularaq 16 ədəd bir dəqiqəlik qısa metrajlı filmləri hazırlamışlar.

OneminutesJR beynəlxalq layihəsi gənclərə uşaqların sosial müdafiəsi və bu kimi mövzularla bağlı qısa filmləri hazırlamaq və çəkiliş zamanı peşakar rejisorlardan təlim almaq imkanı verməkdədir. Azərbaycanda keçirilən seminarın mövzusu "İmkanlar Məhdudiyyətsizdir” olmuşdur. Görmə və eşitmə problemləri olan gənclər və müxtəlif çətinlikləri olan ailələrdən olan uşaqlar bu layihə sayəsində səslərini geniş auditoriyaya eşitdirə bilmişlər.

British Council Azərbaycan səhifəsində Facebook üzvləri tərəfindən 16 videodan ən çox bəyənilən (“like” toplayan) 3 video qalib seçiləcək və qaliblər 10 aprel tarixində 28 cinemada keçiriləcək xüsusi tədbirdə elan olunaraq dəyərli hədiyyələrlə təltif olunacaqlar.

Səs vermə bütün Facebook üzvləri üçün açıqdır və 23 martdan 5 aprel 2015 tarixinədək qəbul olunacaq.

Təşkilatçı yarışmanın şərtlərinə riayət etməyən və qayda pozuntusuna yol verən iştirakçıları yarışmadan uzaqlaşdırmaq hüququna malikdir.