Azərbaycanda hazırda mövcud olan 13 İngilis Dili Mərkəzlərindən ibarət şəbəkəmizə beş yeni təlim mərkəzi əlavə olunacaq. Yeni təlim mərkəzləri Azərbaycan məktəblərində yaradılacaq və yerli icmalardan olan tələbə və müəllimlərin cəlb edilməsi üçün lazım olan bütün yüksək keyfiyyətli təlim və tədris resurslarına, texnologiyalara və özünütəlim materiallarına sahib olacaq.
Bundan başqa, mövcud olan İngilis Dili Mərkəzləri də daha geniş icmaları cəlb edə bilməsi üçün yüksək keyfiyyətli təlim, tədris və texnoloji resurslarla təchiz ediləcək və Təlim Mərkəzi səviyyəsinə genişləndiriləcək.
Üstəlik, mövcud və yeni Təlim Mərkəzlərinin rəhbərlərinin icmalarla yaxın əlaqələr qurması, habelə Təlim Mərkəzlərinin dayanıqlılığını artırmaq üçün maliyyə vəsaitlərinin cəlb edilməsinə yönəlmiş strategiyalar hazırlaması üçün lazım olan bacarıqları əldə etməsi dəstəklənəcək.
Azərbaycanda yeni Resurs və Təlim Mərkəzləri:
- Zəngilan rayonu #33 nömrəli məktəb | Masazır
- Ağdam rayonu #152 nömrəli məktəb | Tala, Zaqatala
- Çaylı kənd məktəbi | Şıxlı, Tərtər
- #2 nömrəli məktəb | Beyləqan
- #4 nömrəli məktəb | Bərdə