"Qabaqcıl cəmiyyət naminə mükəmməl bacarıqlar" gənclərin özlərindən əminliyini artırması və gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır. 

Gənc tələbələr üçün:

  • İngilis dilinin yüksək səviyyəli tədrisi – ünsiyyət bacarıqları, fərdi inkişaf və yenilikçi, interaktiv yanaşmaya xüsusi diqqət göstərilməsi.
  • Əsas bacarıqlar və Debat, Danışıq və Dialoq aparmaq (DND), tələbələrin tənqidi düşüncə, problemləri həll etmək və müzakirə aparmaq bacarıqlarının tolerantlıq, qarşılıqlılıq və dialoq anlayışlarının daha yaxşı başa düşülməsinə istiqamətlənmiş tematik müzakirələrin köməyi ilə inkişaf etdirilməsi.

Müəllimlər üçün:

  • Tədris metodologiyası, inklüziv təcrübələr və DND tədris kursları müəllimlərin bacarıqlarını inkişaf etdirməsi və səriştələrini artırması üçün Birləşmiş Krallığın təcrübə və resurslarından istifadə edilməsi. Bu imkanlardan daha böyük icmalardan olan ingilis dili müəllimləri də faydalana biləcək.
  • Əsas Bacarıqların metodologiyası üzrə təlim kursları – ingilis dili müəllimlərinin tələbələri arasında tənqidi düşüncə, problemləri həll etmək və ünsiyyət qurmaq bacarıqlarını gücləndirməsinə kömək göstərilməsi.
  • Müəllimlərin Fəalliyət Qrupları (TAG), müəllimlərin yeni ideyalar, tədris təcrübələri və yerli ehtiyacları müzakirə etmək məqsədilə bir araya gəlməsi üçün müəllim platformasının təmin edilməsi.

 

Resurs və təlim mərkəzlərinin tədbirlərində ildə orta hesabla 3 400 uşaq iştirak edəcək (ingilis dili və debat sessiyaları). Üç il ərzində təqribən 17 200 uşaq təlim keçmiş müəllimlərin formal tədris prosesində öyrətdiyi təkmilləşmiş ingilis dili və əsas bacarıqlardan faydalanacaq.

Bu təlim mərkəzlərindən olan 36 müəllim ingilis dilinin yüksək səviyyəli tədrisi, habelə Təlim Mərkəzləri vasitəsilə dialoq və debat sessiyalarının keçirilməsi ilə bağlı müntəzəm təlimlərdə iştirak edəcək və mentor dəstəyi ilə təmin ediləcək. Ümumilikdə 140-dan çox ingilis dili müəllimi əsas bacarıqların təlimindən faydalanacaq. Proqramın həyata keçirildiyi üç il ərzində təqribən 600 ingilis dili müəllimi Müəllimlərin Fəallıq Qruplarında (TAG) və müəllimlər üçün təşkil edilmiş müxtəlif tədbirlərdə iştiraka cəlb ediləcək. Bu müddətdə TAG tədbirlərində iştirak edən 60 ingilis dili müəllimi Kembric Universiteti tərəfindən verilən Tədris Bilik Testi (TKT) Sertifikatı almaq imkanına sahib olacaq.