Arzuladığınız IELTS nəticəsini əldə etmək üçün imtahanın bütün bölmələrində (oxu, yazı, dinləmə, danışıq) eyni səyi göstərməlisiniz. Namizədlər tərəfindən imtahanın ən çətin bölməsi kimi qiymətləndirilən yazı bölməsindən yüksək nəticə qazanmağınız məqsədilə beynəlxalq IELTS mütəxəssislərimizdən birinə mövzu ilə bağlı suallarımızı yönəltdik.
Budur, Alina Promska imtahan günündə mükəmməl nəticə göstərməyiniz üçün ən önəmli doqquz məsləhətini sizinlə bölüşür.
IELTS yazı bölməsi nədir?
Məsləhətlərimdən öncə IELTS yazı bölməsinin nədən ibarət olduğunu aydınlaşdırmaq məqsədə uyğun olardı.
Hər şeydən əvvəl, iki fərqli IELTS yazı vardır: IELTS Ümumi Bilik (IELTS General Training) and IELTS Akademik (IELTS Academic) imtahanları. Hansının sizə uyğun olduğunu yoxlamaq üçün müraciət etdiyiniz müəssisənin tələbini nəzərdən keçirin. İstər IELTS Ümumi Bilik, istərsə də IELTS Akademik imtahanında iki yazı tapşırığını tamamlamalısınız.
- Birinci tapşırıq - IELTS Ümumi Bilik imtahanında birinci tapşırıq kimi məktub yazmağınız tələb olunacaq; IELTS Akademik imtahanında isə diaqram, xəritə, cədvəl və ya qrafikdə təsvir edilmiş verilənləri ümumiləşdirməli və ya müqayisə etməlisiniz.
- İkinci tapşırıq - İkinci tapşırıqda isə hər iki imtahanda inşa yazmalısınız. IELTS Ümumi Bilik imtahanında daha çox ümumi-gündəlik mövzulara toxunulur.
Növbəti mərhələdə qiymətləndirmə kriteriyalarından xəbərdar olmağınız olduqca vacibdir. Əsas dörd kriteriya vardır.
- Task achievement – how effectively you’ve addressed and illustrated the main points in the task.
- Tapşırığın mahiyyətinin çatdırılması - Burada tapşırığın başlıca müddəalarını nə dərəcədə dəqiq çatdırdığınız və işıqlandırdığınız qiymətləndirilir.
- Məntiqi ardıcıllıq və fikrin axıcılığı - Burada isə fikirlərinizi nə dərəcədə səlis ümumiləşdirdiyiniz və əlaqələndirdiyiniz, eyni zamanda bağlayıcı və ara sözlərdən necə istifadə etdiyiniz qiymətləndirilir. (məs. ‘bundan əlavə’, ‘məsələn’, ‘üstəlik’, ‘ancaq’, ‘bundan başqa’ və ‘buna baxmayaraq’)
- Leksikanın zənginliyi - Burada isə istifadə etdiyiniz lüğətin zənginliyi və dəqiqliyi, nadir və mürəkkəb ifadələrin - fraezoloji birləşmələr, professional jarqonlar və s. - işlənməsi nəzər alınır.
- Qrammatikanın müxtəlifliyi və dəqiqliyi - Seçdiyiniz qrammatik strukturların doğru işlənməsi və müxtəlifliyi diqqətə alınır. (şərt-budaq cümlələri, who/which/what bağlayıcıları, modal fellər, inversiya və s.)
Yazı bacarıqlarınızı təkmilləşdirmək üçün başlıca məsləhətlər.
Bir halda ki, yazı bölməsi ilə yaxından tanış olduq, yüksək nəticə əldə etmək üçün əsas məsələ olan məsləhətlərə keçə bilərik.
1. Vaxtınızdan səmərəli istifadə edin
Bütövlükdə bölməni tamamlamaq üçün 60 dəqiqəniz var. İkinci tapşırıq ümumi nəticənizə daha çox təsir göstərir, buna görə də birinci tapşırığa maksimum 20 dəqiqə, ikinci tapşırığa isə 40 dəqiqə ayırmağınızı məsləhət görürəm. Bundan əlavə, yazdığınız mətnləri yoxlamaq və planlaşdırmaq üçün də vaxt saxlamalısınız. Ümumilikdə, sınaq testlərində 60 dəqiqəlik zaman limiti qoyaraq, tapşırıqları tamamlamağınızda fayda var.
2. Söz sayını nəzərdən keçirin
Birinci tapşırıq üçün 150 sözdən, ikinci tapşırıq üçün isə 250 sözdən ibarət mətn hazırlamalısınız. Tələbləri qarşılamadığınız halda bal itirəcəksiniz.
3. Tapşırığı başa düşün
Verilənləri diqqətlə oxuyun, açar sözlərin altından xətt çəkin və ya xüsusilə haşiyəyə alın. Hansı suallara cavab verməli və hansı məlumatı qeyd etməli olduğunuzu dəqiqləşdirin.
4. Fikirlərinizin məntiqi ardıcıllığına diqqət edin
Hansı məlumatı qeyd edəcəyinizi seçmək və ideyalar irəli sürmək üçün 5 dəqiqəyədək düşünün. Fikirlərinizin məntiqi ardıcıllığına diqqət edin, abzaslar, cümlələr və ifadələr arasında bağlayıcı və ara sözlərdən istifadə edin.
5. Tapşırıqları necə həll edəcəyinizi müəyyənləşdirin
Hər bir tapşırığın öz xüsusi tələbləri vardır.
Birinci tapşırıq (Akademik) - əsas meyilləri və xüsusiyyətləri müəyyənləşdirin; giriş olaraq tapşırıqda qeyd edilən məlumatı, sinonim və qrammatik strukturların yardımı ilə parafraz edin, yəni öz sözlərinizlə yenidən yazın; seçdiyiniz əsas abzasların məntiqi ardıcıllığını təmin edin; verilmiş hər bir xırda məlumatı deyil, yalnız suala aidiyyatı olanları təsvir edin; əsas abzaslarınızdan olan başlıca məqamları yekunda ümumiləşdirin.
Birinci tapşırıq (Ümumi Bilik) - sualı analiz edin; əsas məqamlar əsasında ideyalar irəli sürün; əsas məqamlara istinad edərək abzaslarınızın sırasını planlayın; məktubu yazın.
İkinci tapşırıq - əvvəlcə girişi yazın, daha sonra azı iki əsas abzas və yekunla tamamlayın; girişdə sualı parafraz edin və sonra, fikriniz əsasında, girişin əsas müddəalarından ibarət kiçik yekun yerləşdirin; başlıca fikirlərinizi çatdırmaq məqsədilə abzasın xülasəsini özündə birləşdirən bir cümlə hazırlayın - hər bir fikir üçün bir cümlə - və hər bir yeni abzasda bu tipli cümlələrdən istifadə edin; daha sonra abzas boyunca əvvəldə qeyd edilmiş həmin cümlədəki fikri dəstəkləmək üçün nümunə və izahlara geniş yer verin; yekunda ideyalarınızı ümumiləşdirin.
6. Üslubunuzu müəyyənləşdirin
Hər bir tapşırığın xüsusi üslub tələbləri vardır (rəsmi, qismən rəsmi və ya qeyri-rəsmi). Bunun əsasında, hansı qrammatik strukturlar və leksik vasitələrdən istifadə edəcəyinizi müəyyənləşdirəcəksiniz.
7. Yazdıqlarınızı nəzərdən keçirin!
Hər bir tapşırığı tamamladıqdan sonra onları yaxşıca yoxlayın. Bu aşağıdakı suallara cavab tapmaqda yardımçı olacaqdır.
- Qrammatika və orfoqrafiyanın doğruluğunu yoxladınıznmı?
- Tapşırıqda tələb olunan bütün müddəaları əhatə etdinizmi?
- Məlumatları abzaslar formasında ümumiləşdirdinizmi?
- Hər bir abzasın xülasəsini bir cümlə ilə abzasın əvvəlində qeyd etdinizmi?
- Yekunda başlıca ideyalarınızı ümumiləşdirdinizmi?
- Girişdə tapşırığı parafraz etdinizmi?
- Bağlayıcı və ara sözlərdən istifadə etdinizmi?
- Təkrar ifadələrdən istifadə etmədiyinizə əminsinizmi?
- Mürəkkəb cümlələrə yer verdinizmi?
8. Qrammatik müxtəliflik və leksik vasitələrin zənginliyinə xüsusi önəm göstərin
İmtahan gününə hazırlaşarkən, müxtəlif kontekstlərdə yeni sözlər öyrənmək üçün reklam, artikl, buklet, jurnal, hesabat və sınaq testlərindən mətn nümunələri oxuyaraq zamanınızı səmərəli keçirin. Mürəkkəb cümlə quruluşları və yeni sözlərdən istifadə edərək cümlələr qurmağa çalışın. CEFRL (Common European Framework of Reference for Languages) tərəfindən C1 və C2 dil səviyyələrinə uyğun qrammatik strukturları bir daha nəzərdən keçirin.
9. Səhvlərinizin əsasında öyrənin
Ərsəyə gətirdiyiniz yazıda ortaya çıxan səhvləri qeydə almaq üçün gündəlik yazmağa başlayın. Səhvləri düzəltməklə onların əsasında öyrənin. IELTS'ə hazırlaşan digər dostlarınız və ya həmkarlarınızla da bunu reallaşdıra bilərsiniz. Sonda bu üsulla zəif hesab etdiyiniz bacarıqlarınızda daha müvəffəqiyyətli ola bilərsiniz.
Növbəti IELTS imtahan tarixləri haqqında məlumat almaq və ya ödəniş haqqlarını nəzərdən keçirmək üçün IELTS qeydiyyat səhifəsinə keçid edə bilərsiniz.