British Council-ın artıq 2-ci ildir ki həyata keçirilməkdə olan Creative Spark: “Ali Təhsil Müəssisəsi Proqramı” 12 yeni beynəlxalq tərəfdaşlıqları maliyyələşdirəcək ki, bununla da bu istiqamətdə maliyyələşdirilən layihələrin yekun sayı 50-yə çatacaq.
Bu tərəfdaşlıq layihələri Birləşmiş Krallıq ilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Ukraynanın ali təhsil və yaradıcı müəssisələri arasında qurulmuşdur. Minlərlə gənci sahibkarlıq bacarıqları ilə təmin edəcək və Birləşmiş Krallıq ilə Azərbaycan arasında mədəni əlaqələr yaradacaq layihələrin hazırlanması üçün hər bir tərəfdaşlıq proqramına 40,000 funt-sterlinqə qədər maliyyə vəsaiti ayırılacaq.
Creative Spark layihəsinin məqsədi yaradıcı sektorları və gələcək nəsli biznes ideyalarının inkişaf etdirilməsi bacarığı ilə dəstəkləməkdir. BMT daha əvvəl yaradıcı iqtisadiyyatı dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən sektorlarından biri kimi tanımışdır. Bu proqramdan faydalanan şəxslər əsasən universitet tələbələri, məzunları və gənc sahibkarlardır.
The programme focuses on three areas to give young people improved access to international networks, markets and resources:
- Birləşmiş Krallığın universitetləri, yaradıcı müəssisələri və proqram ölkələrində bunlara ekvivalent qurumlar arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi - bu il proqrama cəlb olunmuş 90 tərəfdaş qurumun hamısı layihə üzrə öz təcrübələrini, öyrəndiklərini və öz layihələrinin gələcək inkişafı ilə bağlı fikirlərini bölüşmək üçün Oksford Universitetində toplaşacaqlar.
- Tələbələrə, məzunlara və yaradıcı sahibkarlara ideyaların təqdim edilməsi və biznesin qurulmasından başlayaraq əqli mülkiyyətin qorunması və maliyyə dəstəyinin təmin edilməsinə qədər sahibkarlıq bacarıqları ilə bağlı təlim paketinin təklif olunması - cəlb olunmuş hər bir şəxs Birləşmiş Krallıq əsaslı peşəkar inkişaf kursları ilə proqram ölkələri boyunca onlayn “təşəbbüsün təqdim edilməsi müsabiqəsi”ndə (Big Idea Challenge) iştirak edə biləcəklər.
- Dilin tədrisinə dair bir sıra yeni rəqəmsal vasitələrlə İngilis Dilini Öyrənmə Proqramının təklif olunması. Bura sahibkarlar üçün ingilis dilinin öyrədilməsinə fokuslanmış English Channel platformasında onlayn tədris paketləri, onlayn kurslar və Açıq Ödənişsiz Onlayn Kurslar (MOOC) və İngilis Dili Klublar daxildir.
2019-2020-ci illərdə British Council Azərbaycanda üç yeni beynəlxalq tərəfdaşlıq layihəsini maliyyələşdirəcək:
Azərbaycandan olan tərəfdaş(lar) | Birləşmiş Krallıqdan olan tərəfdaşlar |
|
|
|
|
|
|
2018-2019-cu illərdə British Council 38 tərəfdaşlıq layihəsini maliyyələşdirmişdir ki, bu da 500 yeni biznes ideyasının yaranmasına təkan vermişdir. Azərbaycanda həyata keçirilən tərəfdaşlıq layihələrinə aşağıdakılar daxildir:
Azərbaycandan olan tərəfdaş(lar) | Birləşmiş Krallıqdan olan tərəfdaşlar |
|
|
|
|
|
|
|
|
British Council təşkilatının Böyük Avropa üzrə Tədris və Cəmiyyət sahəsində direktoru Richard Everitt-in çıxışından bir hissə: “Biz demək olar ki 100 yüksək keyfiyyətli müraciət qəbul etmişik və bu Creative Spark proqramına böyük marağın olduğunu göstərir. Ümumilikdə, hal-hazırda bizim davam etməkdə olan 50 tərəfdaşlıq layihəmiz var və bu, minlərlə gənci öz biznesinə başlaması üçün tələb olunan bacarıqlarla təmin edəcək və işsizliyi azaldacaq.”