Southampton Universiteti və British Council tərəfindən tərtib edilmiş bu kursda keçən il bütün dünya üzrə 120 000 insan iştirak etmişdir.

Keçən il iştirakçıların 96% bu kursu tövsiyyə edir.

Bu kursa qoşularaq dilllərin effektiv tədrisini və öyrənməsinin əsas konseptlərini anlayacaqsınız. Bu kurs sizə dilin öyrənilməsi və tədrisində ən son tədqiqat, təcrübə və ideyaları təqdim edəcək.

Kurs onlayn olduğundan harda olacağınızdan asılı olmayaraq sizə əlverişli zaman çərçivəsində bitirə bilərsiniz. Kursun proqramını 4 həftə ərzində həftədə təqribən 3 saat keçirməklə tamamlaya bilərsiniz.

Kurs 19 oktyabr tarixində başlayır (kursa hətta başlandıqdan sonra da qoşula bilərsiniz) və 15 noyabr tarixində bitir.

Kurs kimlər üçün nəzərdə tutulub?

Bu kurs dilin təkmilləşdirilməsinə və tədrisinə marağı olan məzunlar üçün nəzərdə tutulub. Bu kurs  ingilis dilinin tədrisi sahəsində maqistr təhsilinin hissini yaşadacaq. Kursda iştirak etmək üçün heç bir hazırlıq tələb olunmur və dilin öyrənilməsi və tədrisi haqqında daha çox bilik əldə etmək istəyən hər kəs bu kursdan yararlana bilər.

Bu kursda iştirak etməklə ingilis dilinin tədrisində Maqistr dərəcəsi üçün təqaüd qazanma şansı əldə edirsiniz.

Bizim pulsuz onlayn kursumuzda iştirak etməklə onlayn Maqistr dərəcəsinin necə alınması haqqında anlayışınız olacaq. İngilis Dilinin Tədrisi üzrə (onlayn) Maqistr proqramının qiymətinin bir hissəsinin ödənməsi üçün təqaüdə də müraciət edə bilərsiniz. Southampton Universiteti və British Council tərəfindən tərtib olunmuş Maqistr proqramları haqqında daha ətraflı məlumat əldə et.

Kurs sertifikatı əldə et

Siz kursda iştirakınızı təstiq edən elektron və çap olunmuş sertifikat ala bilərsiniz. İştirak Şəhadətnaməsinin necə alınması haqqında məlumat əldə et.