Öz dərslərinizdə ingilis dilini mövzularla inteqrasiya etmək üçün sizə lazım olan bacarıqları inkişaf etdirin və tələbələriniz üçün ən effektiv öyrənmə mühiti yaradın.

Biz bilirik ki, bir çox müəllimlər öz fənlərini yaxşı bilirlər, ancaq ingilis dilində dərs keçə bilmək üçün lazımi inam və təcrübəyə malik deyillər. Bu kurs sayəsində siz CLİL metodlarına və praktik ideyalara dair hərtərəfli təlim alaraq tələbələrinizin ingilis dili və fənn biliklərini inkişaf etdirəcəksiniz. 

Bizim təcrübəli British Council müəllimlərimiz sizə inkişaf etmək üçün lazım olan bacarıqları aşılayacaqlar. Kurs onlayn xarakterli olduğu üçün, siz istədiyiniz zaman və istədiyiniz yerdə dərs ala və digər dillər üzrə müəllimlər və mütəxəssislərlə sizin üçün münasib olan vaxtda peşəkar müzakirələrdə iştirak edə bilərsiniz.

BU KURSDA DÜNYANIN APARICI İNGİLİS DİLİ MÜTƏXƏSSİSLƏRİNDƏN DƏRS ALIN VƏ:

  • Müxtəlif fənlər və yaş qrupları üzrə dərs keçməyə dair praktik ideyalara yiyələnin.
  • MDKÖ dərslərini daha effektiv şəkildə planlaşdırmağı və keçməyi öyrənin.
  • Qiymətləndirmə və rəy bildirmə metodlarınızı yaradın.
  • İngilis dilində inamla tədris edin.

Qabaqcıl təcrübələri müəyyənləşdirmək və öz yanaşmama inteqrasiya etmək üçün təhsilə dair alternativ baxışa sahib olmaq çox faydalıdır. Bu, daha çevikdir və tələbələrin ehtiyaclarına daha çox cavab verir.”