SON MÜRACİƏT TARİXİ: 16 FeVRAL 2018-Cİ İL, SAAT 16:00 

A.S.Hornbi Təhsil Fondunun təqaüdləri Birləşmiş Krallığın hüdudlarından kənarda fəaliyyət göstərən ingilis dili müəllimlərinə Uorik Universitetində (University of Warwick)ELT proqramı üzrə magistr təhsili alması üçün illik əsasda verilir.

Təqaüdlər Birləşmiş Krallıqda çəkilmiş bütün xərcləri, o cümlədən, yerləşmə və yaşayış xərclərinin qarşılanması üçün nəzərdə tutulan aylıq təqaüdü, təhsil haqlarını, gediş-gəliş aviabiletlərinin alınması üçün çəkilən xərcləri, o cümlədən, viza xərclərini və IELTS imtahanının xərcini əhatə edir

KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?

Təqaüd Proqramının tələblərinə cavab verən namizədlər ingilis dilinin tədrisi sahəsində ştatlı işçi kimi ən azı iki illik təcrübəyə və tam ali təhsil səviyyəsinə malik olmalıdır.  Universitetin tələbinə əsasən, namizədlərdən ingilis dili biliyi tələb olunur (dil biliyinin səviyyəsi, adətən IELTS imtahanının nəticəsinə əsasən qiymətləndirilir – təqaüdçülər üçün bütün kateqoriyalar üzrə 6.0 baldan az olmamaq şərtilə, ümumi bal - 6.5-dir). Hornbi təqaüdləri ingilis dilinin tədrisinə əhəmiyyətli dərəcədə töhfə verə biləcək təcrübəli ingilis dili müəllimlərinə və fəaliyyət göstərdikləri ölkələrdə işləyən müəllimlərə dəstək göstərmək üçün nəzərdə tutulur.

SEÇİM POSESİ

Namizədlər dörd mərhələli proses vasitəsilə seçilir. Birinci mərhələdə ərizə formasının keyfiyyəti qiymətləndirilir. İkinci mərhələdə seçilmiş namizədlər vətəndaşı olduqları ölkədə fəaliyyət göstərən "British Council" ofisinə müsahibəyə dəvət olunur. Üçüncü mərhələdə seçilmiş namizədlər universitetə ərizə ilə müraciət edir. Dördüncü mərhələdə uğur qazanmış namizədlər universiteti ziyarət edir.  Namizədə təqaüdün veriləcəyi yalnız bu mərhələdə dəqiqləşir.

NECƏ MÜRACİƏT ETMƏLİ?

Horbi təqaüdünə müraciət etmək istəyirsinizsə bizim qlobal TeachingEnglish vebsaytımıza daxil olaraq “Hornby Scholarship Applicant Information” sənədindən ətraflı məlumat əldə edə bilərsiniz. Onlayn ərizə formasını doldurmağa başlamazdan əvvəl bütün sənədləri toplayın, çünki ərizə formasın yarımçıq saxlayıb sonra təkrar doldura bilməzsiniz. 

Əlaqəli linklar