Qabaqcıl şəxslər Birləşmiş Krallıqda dünya standartlarına uyğun təhsil aldıqda, bunun nəticəsi uzumüddətli ola bilər. Məzun Mükafatları (Alumni Awards) Birləşmiş Krallığın ali təhsil müəssisələrindən məzun olmuş şəxslərin seçdikləri sahələrdə gördükləri işləri və onların Birləşmiş Krallıqda aldıqları təhsilin bu işlərə göstərdiyi təsiri qiymətləndirir. Bu namizədlər müxtəlif güclü ərizəçilər arasında keçirilən gərgin müsabiqə nəticəsində seçilib. Onların hekayəsinin nə üçün unikal olduğunu öyrənin.
2019-cu il Məzun Mükafatları müsabiqəsinin qalibləri
Tural Qulu
Şeffild Universiteti - Peşəkar nailiyyət
Tural İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifəsində çalışır. O, uğurlu pilot layihədən sonra 2020-ci ildən başlayaraq ölkə üzrə tətbiq olunacaq səhiyyə islahatlarının dizayn edilməsi və tətbiqi sahəsində işləyir. O, həmçinin Azərbaycan-Birləşmiş Krallıq Məzunları Assosiasiyası (AUKAA) vasitəsilə təhsil və peşəkar inkişafla bağlı layihələrdə də iştirak edir. Tural Qulu Azərbaycan Respublikası Prezidenti tərəfindən Prezident təqaüdü, Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər Mükafatı, Təhsil Nazirliyi tərəfindən Birləşmiş Krallıqda təhsil almaq üçün təqaüdə layiq görülmüşdür.
Zümrüd Cəlilova
Bristol Universiteti - Sosial təsir
Zümrüd “Counterpart International” tərəfindən icra olunan “Qadınların İştirak Proqramı”nda proqram mütəxəssisidir. O, qadınların hüquq və imkanlarının genişləndirilməsinə yönəlmiş fəaliyyəti çərçivəsində gənc qadınların sahibkarlığını dəstəkləyir, qadınların işə düzəlməsi üçün rəqəmsal marketinq, biznes, liderlik və gender bərabərliyi kimi sahələrdə təlim seminarları keçirir.
Cəfər Nəcəfov
Koventri Universiteti - Sahibkarlıq
Cəfər çoxmillətli elektron kommersiya şirkəti JOOPZY-nin təsisçisi və baş icraçı direktorudur. O, bu uğurlu işin əsasını qoymazdan öncə 50-dən çox mobil tətbiq və oyun hazırlayıb, MilliNet və Netty mükafatları kimi bir neçə startap mükafatı qazanıb. O, insanların onlayn satışlar vasitəsilə həyatlarını dəyişdirəcək gəlir qazanması üçün "eCommerce Academy" icmasının da işində iştirak edir.