Bu təlim kursunda uğurla iştirak edən təhsil agentlərinə və ya məsləhətçilərinə iki il ərzində qüvvədə olan sertifikat verilir.
Təhsil agentlərinin peşəkarlar olaraq bilik və bacarıqları və fəaliyyət göstərdikləri təhsil sahəsi mütəmadi olaraq dəyişir. British Council olaraq biz əminik ki, öz sahəsində iddialı olan peşəkarlar davamlı peşəkar inkişaf imkanları vasitəsilə mütəmadi olaraq biliklərini inkişaf etdirməli və dəyişikliklərə adaptasiya olmalıdır.
Kursda təqdim olunan 3 ayrı Bölmə aşağıdakıları əhatə edir:
- Bölmə 1 davamlı peşəkar inkişaf barədə bilik və anlayışları təqdim edərək inkişaf etdirir və təlimi keçən şəxsi öz rolunun təyin edilməsi və inkişafının planlaşdırması üzrə istiqamətləndirir və dəstəkləyir. Bu bölmə qeyd olunanları əhatə edir: beynəlxalq təhsil məkanı olaraq Birləşmiş Krallığın üstünlükləri; təhsil xərcləri/haqqları; iş imkanları; giriş və immiqrasiya üzrə prosedurlar; yaşayış yerinin təminatı; Birləşmiş Krallığın təhsil sisteminin üstünlkləri.
- Bölmə 2 təlimi keçən şəxsin peşəkar inkişaf üzrə fəaliyyətlərini, tələblərini, qaydaları qeyd edir vı kursun tamamlanması və təhvil verilməsi kimi mühüm məlumatları qeyd edir. Bu bölmə qeyd olunanları əhatə edir: Birləşmiş Krallığın təhsil sistemi; azad məktəblər və şəxsi kolleclər; peçə və iş üzrə təcrübəyə əsaslana təhsil; foundation və keçid kursları; ali təhsil: bakalavr təhsili; ali təhsil: magistratura təhsili; Birləşmiş Krallıqdan kənarda bu ölkənin təhsil dərəcəsinin əldə edilməsi.
- Yeni Bölmə! - Bölmə 3 qeyd olunanları əhatə edir: peşəkarlıq və etik davranış; Birləşmiş Krallığın təhsil müəssisələri ilə iş; viza və Birləşmiş Krallığın təhsil müəssisələri və tələbələri üçün immiqrasiya ilə bağlı öhdəliklər; məlumatın qorunması və intelektual mülkiyyət; uşaqların qorunması.
Kursa ən azı 35 saatlıq Damalı Peşəkar İnkişaf (CPD) saatları daxildir və ümumlikdə aşağıdakıları əhatə edir:
- Təhsil sektoru üzrə məlumatlılıq
- Birləşmiş Krallıqda həyat tərzi
- Viza və immiqrasiya
- Marketing və təbliğat
- Peşəkarlıq və etika