Altmış il ərzində II Elizabet Bukingem sarayında həftəlik iclas keçirməklə, tabeliyində olan 12 Baş Nazirin hər biri ilə görüşmüşdür - bu iclas Britaniya ictimai həyatında rast gəlinən digər toplantılardan məxfi şəkildə keçirilməsi ilə fərqlənir.Tərəflər iclasda söylənilənləri heç vaxt açıqlamamaq, hətta xanımlarına belə söyləməmək barədə səssiz razılaşmanı əldə edirlər.
Audiensiya bu razılığı pozmaqla, Dauning Street-in vəzifəli şəxsləri və Kraliça arasında təşkil olunan bir sıra mühüm görüşlər haqqında bəhs edir. Çörçildən Kemerona qədər bu vəzifədə çalışan hər bir Baş Nazir bu məxfi danışıqlardan etiraflar (bəzən səmimi, bəzən hirsli) qismində istifadə etmişdir. Sözügedən məxfi görüşlər II Elizabet Dövründə gənc anadan nənəyə qədər bir nəslin şəcərə sxemini göstərir. Kraliça dəyişilməz qalaraq tabeliyindəki növbəti Baş Naziri qəbul etməyi gözləyərkən, siyasətçilər seçki siyasətinin fırlanan qapıları arasından keçib gəlir və gedir.
İl: 2013
Quruluşçu rejissor: Stefan Daldri
Rollarda: Helen Mirren, Maykl Elvin, Haydn Gvin, Richard McCabe, Nathaniel Parker, Rufus Rayt
Dil: Ingilis
Tamaşa 15 iyul tarixində saat 19.00-da Nizami kino mərkəzində (Bül-bül prospekti 20) baş tutacaq. Biletləri Nizami kino mərkəzinin kassalarından əldə edə bilərsiniz, qiyməti 15 AZN-dir. Biletlərin sayı məhduddur.