İstehsalçı ölkə: Birləşmiş Krallıq

Buraxılış ili: 2014

Janr: teatr tamaşası

Dil: İngilis dili

Tərcümə: rus dilində altyazılar

Müddət: 1 saat 40 dəqiqə

Yaş həddi: 16+

Üç nominasiya ("Yenidən səhnələşdirilmiş ən yaxşı tamaşa", "Ən yaxşı aktrisa", "Ən yaxşı ikinci dərəcəli aktyor") üzrə Olivye mükafatına layiq görülmüş "Kabuslar" tamaşası Almeyda teatrında anşlaqla qarşılandıqdan sonra "Trafalgar Studios" teatrında nümayiş olunmağa başlayıb.

Helen Alvinq (Lesli Manvil) zahiri görünüşü ilə diqqət çəkən, daxilən zalım və qəddar olan həyat yoldaşının ölümündən sonra emosional boşluq yaşayır. O, oğlu Osvalda (Cek Louden) atası haqqında həqiqəti danışmaqla keçmişin kabuslarından azad olmaq qərarına gəlir.  Fransada rəssamlıq peşəsinin incəliklərini öyrənmiş Osvald geri qayıtdıqdan sonra məlum olur ki, o, valideyninin keçmiş günahlarının varisinə çevrilib.

Riçard Eyrin "Ən yaxşı rejissor" nominasiyası üzrə "Evening Standard" qəzetinin teatr mükafatına və Lesli Manvilin "Ən yaxşı aktrisa" nominasiyası üzrə Teatr Tənqidçiləri Cəmiyyətinin mükafatına layiq görülməsi İbsenin müəllifi olduğu şah əsərin uğurla səhnələşdirildiyini göstərir.

Lesli Manvil (Kədər (Grief), Daha bir il (Another Year)) "rolunun öhdəsindən məharətlə gəlməklə" ("Guardian" qəzeti) Riçard Eyrin "son dərəcə təsirli" adaptasiyasında baş rolu ifa edir.

MÜKAFATLAR VƏ FESTİVALLAR:

Lourens Olivye mükafatı - Ən yaxşı aktrisa, Ən yaxşı ikinci dərəcəli aktyor, Yenidən səhnələşdirilmiş ən yaxşı tamaşa

"Evening Standard" qəzetinin teatr mükafatı - Ən yaxşı rejissor

Teatr Tənqidçiləri Cəmiyyətinin mükafatı - Ən yaxşı aktrisa

İan Çarlstoun Mükafatı nominasiyası - Ən yaxşı ikinci dərəcəli aktrisa, Ən yaxşı ikinci dərəcəli aktyor