İl: 2017
Ölkə: Birləşmiş Krallıq
Rejissor: David Bickerstaff
Janr: sərgi filmi
Müddət: 91 dəq.
Yaş məhdudiyyəti: 12+
Londonun Milli Qalereyasında keçirilən möhtəşəm yeni sərgidən bəhs edən bu film Leonardo da Vinçi kimi İntibah dövrünün və bəlkə də bütün zamanların ən görkəmli rəssamlarından biri hesab edilən Mikelancelonun tam və yeni bioqrafiyasını tamaşaçılarına təklif edir. Filmdə rəssamın müasirləri ilə münasibətləri və onun rəssamlıq, heykəltəraşlıq və memarlıq sahələrini əhatə edən zəngin incəsənət təcrübəsi araşdırılır. Filmdə əksini tapmış əsərlər arasında Florensiyada saxlanılan, hər kəsin tanıyıb sevdiyi David, Romanın Sikstin kapellası və Mançester Madonnası (bu gün Milli Qalereyada) var.
Bu yeni film incəsənət tarixinin ehtiraslı və coşqun nəhənginin qəlbinə aparan yoldur