Ölkə: Birləşmiş Krallıq
İl: 2016
Janr: dram
Rejissor: Ken Louç 
Yaş məhdudiyyəti:  16
Müddət: 100 dəq
Dil: ingilis
Tərcümə: rus dilində alt yazılı 

Deniel Bleyk iş yerində yenicə ürək tutması keçirmiş 59 yaşlı dülgərdir. İndi ona bəzi imtiyazlar verilməlidir, lakin onları təsdiq etmək üçün o, Britaniya sosial xidmətlərinin uzun dəhlizləri boyunca böyük yol qət etməlidir. Bu sonsuz bürokratiya labirintində Deniel Keytlə təkbaşına iki uşağını tərbiyə edən gənc ana ilə tanış olur. Keyt dövlətdən ona verilməli olan güzəştli mənzili almaq üçün çalışır, lakin onun cəhdləri Denielin öz güzəştlərini almaq istədiyi qədər uğursuzdur. Onlar bürokratik maşınla mübarizə aparmaq üçün öz səylərini birləşdirmək qərarına gəlirlər. 

Biletlərin qiyməti 2 AZN-dir və biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz.

Mükafatlar və festivallar:

  • Kann festivalı - Qızıl Palma Budağı, ekümenik münsiflər heyətinin mükafatı, Palm Dog mükafatı
  • Lokarnoda Beynəlxalq Film Festivalı - tamaşaçı rəğbəti mükafatı