Sizin imtahan ödənişlərinizi yalnız tibbi səbəblər zəminində geri qaytara bilərik.
Həmin təqdirdə, sizin tərəfinizdən xəstəxanadan arayış, cədvəliniz və doldurulmuş Refund Form təqdim olunmalıdır.
Sizin tələbiniz və tələb olunan sənədlər imtahanınıza 2 həftə ərzində British Council Azərbaycana təqdim olunmalıdır və siz bu təqdirdə ödədiyiniz məbləğin 75% geri alacaqsınız.
Bütün sənədlərə imtahan nəticələrindən sonra baxılır.
Ödənişlər bir imtahandan başqasına və ya başqa səviyyəli imtahana keçirilə bilməz.
Geri ödənişlər ancaq bütün imtahanda iştirak etmədiyiniz təqdirdə verilir.
Ətraflı məlumat üçün bizə müraciət edin.