Biz, həmçinin, müvafiq hüquqi və fiziki şəxslərə (məsələn, universitetlərə, miqrasiya məmurlarına) İmtahan Hesabatı Formasının original nüsxələrinin (ən çoxu 5 nüsxə) göndərilməsini təşkil edə bilərik. Əgər bunun təşkil edilməsini istəyirsinizsə, qeydiyyat zamanı müvafiq ünvanları göstərməlisiniz.
Əgər qeydiyyatdan keçərkən həmin təşkilatların ünvanlarını düzgün göstərməmisinizsə, bizim ünvan dəyişikliyi formamızı yükləməklə ünvanı dəyişə bilərsiniz.
Təşkilatlar üçün İmtahan Hesabatı Formanızın əsli tələb olunacaq. İmtahan Hesabatı Formasının fotosurətləri qəbul edilməyəcək.
Təşkilatlar namizədlərin topladığı ballarla IELTS İmtahan Hesabatı Formasının (İHF) Təsdiqlənməsi Mərkəzi vasitəsi ilə tanış ola bilərlər. Bunun üçün onlara İmtahan Hesabatı Formasının nömrəsi tələb olunacaq. Bu nömrə Sizin İmtahan Hesabatı Formanızın aşağı sağ küncündə göstərilir.
Sizin İmtahan Hesabatı Formanızın etibarlılıq müddəti
Adətən, təşkilatlar 2 ildən artıq müddət keçmiş İmtahan Hesabatı Formasını qəbul etmirlər. 2 il keçdikdən sonra Siz imtahan verdiyiniz tarixdən etibarən öz ingilis dili biliyinizi təkmilləşdirdiyinizi və ya tətbiq etdiyinizi təsdiqləyən sənəd təqdim etməlisiniz.