IELTS imtahanınızı kağız və ya kompüter üzərində verə bilərsiniz. Hansı birini seçsəniz, imtahanınızı vermək üçün test mərkəzimizə gəlməlisiniz.

Siz həmçinin evinizdə rahat şəkildə və ya sabit internet bağlantısı olan hər hansı şəxsi məkandan IELTS Online (yalnız IELTS Academic) imtahanını verə bilərsiniz.

Bakı şəhərində kağız və kompüter üzərindən IELTS imtahanlarını təşkil etdiyimiz məkanlar:

Hyatt Regency Bakı, 1 Bakıxanov küç., Bakı AZ1065, Azərbaycan

Əziz imtahan iştirakçıları, nəzərinizə çatdırırıq ki,  kompyuter üzərində olan IELTS və bütün danışıq testləri yeni imtahan məkanında keçirilir.

AGA Biznes Mərkəzi, 401-ci otaq, 4-cü mərtəbə, xocalı 55, Bakı
Google Maps

Naxçıvan şəhərində şəhərində kompüter üzərindən IELTS imtahanlarını təşkil etdiyimiz məkan:

Naxçıvan Dövlət Universiteti, Naxçıvan, Azərbaycan

Növbəti test tarixləri:

İstədiyiniz mərkəzi seçmək və qarşıdan gələn test tarixlərinə baxmaq üçün açılan menyudan istifadə edin.

British Council Böyük Britaniya və ya digər müvafiq orqanlar tərəfindən sanksiya tətbiq olunmuş banklardan (və ya digər maliyyə institutlarından) edilən ödənişləri qəbul edə bilməz. British Council sanksiya tətbiq edilmiş bankdan və ya sanksiyaya məruz qalmış maliyyə institutundan ödəniş sübutunu aşkar etdikdə, həmin ödənişlə bağlı bütün vəsaitlər dondurulacaq və ödənişin nəzərdə tutulduğu xidmət təqdim edilə bilməyəcək. Ona görə xahiş edirik ki, sanksiyaya məruz qalmış bank və yaxud maliyyə institutunda olan hesabdan ödəniş etmədiyinizdən əmin olasınız.

Ödənişinizə pulsuz eksklüziv hazırlıq materialları, təcrübə testləri və sair daxildir.

İmtahan cədvəli / vaxtları

IELTS imtahanın Dinləmə, Oxuma və Yazı bölmələri, arada fasiləsiz olaraq həmin gün tamamlanacaq. Pandemiya zamanı səhər və günortadan sonra testlər edirik. Bütün sessiyalar sosial uzaqlaşmağa imkan verir.

 Qeydiyyatdan keçdikdən sonra, IELTS imtahanını kompüterdə və ya kağızda verməyinizdən asılı olmayaraq Speaking imtahanın gününü seçə bilərsiniz. Əgər IELTS Online imtahanını versəniz, Speaking imtahanı adətən Listening, Reading və Writing imtahanlarından əvvəl olacaq. Eyni və ya fərqli bir gündə ola bilər.

Birləşmiş Krallıqda işləmək, təhsil almaq və ya yaşamaq istəyirsiniz?

Birləşmiş Krallıqda işləmək və ya təhsil almaq üçün vizaya ehtiyacınız varsa, bəzi hallarda IELTS UKVI üçün imtahanını almalı ola bilərsiniz.

IELTS-ə qeydiyyatdan keçmək üçün nə etməliyəm?

  1. Etibarlı şəxsiyyət vəsiqə (və ya pasportunuz) olmalıdır. Siz IELTS-ə qeydiyyat keçərkən şəxsiyyət vəsiqənizin məlumatlarını sistemimizə yükləməlisiniz. Şəxsiyyət sənədiniz qeydiyyat zamanı və imtahan günündə etibarlı olmalıdır. 18 yaşından kiçik olsanız, valideynləriniz xüsusi valideyn razılığı formanı doldurmalıdırlar. IELTS 16 yaşından kiçik olar şəxslər üçün tövsiyə olunmur.
  2. Ödəniş etmək üçün bank kartı. Ödəniş bizim onlayn qeydiyyat sistemimiz vasitəsilə və ya birbaşa bank köçürməsi ilə yerinə yetirilə bilər. Bank köçürməsi üçün izahat hissəsində aşağıdakı detalları yerləşdirdiyinizə əmin olun:
  • Testində iştirak edən şəxsin adı və soyadı,
  • Test tarixi,
  • Qeydiyyat zamanı sizə verilən ödəniş arayışın nömrəsi,
  • Bank rekvizitlərimizlə burada tanış ola bilərsiniz - British Council bank details (Adobe PDF 55KB)
  • Bank köçürməsi ilə ödənişin yerinə yetirilməsindən sonra skan olunmuş ödəniş qəbzini qeydiyyat sənədləri ilə birlikdə ielts@britishcouncil.az ünvanına göndərin.

Kağız üzərində IELTS qeydiyyatı üçün vacib məlumatlar

Əgər Azərbaycanda rəsmi olaraq vətəndaş deyilsinizsə, kağız üzərində IELTS imtahanında iştirak edə bilməyəcəksiniz. Bununla belə, siz hələ də kompüter üzərindən olan imtahanda iştirak edə bilərsiniz, ona görə də lütfən bu seçimi edin.

Artıq Kağız üzrə IELTS imtahanı sifariş etmisiniz və siz Azərbaycan vətəndaşı deyilsiniz?

Əgər testinizi 10 dekabr 2024-cü il tarixindən əvvəl sifariş etmisinizsə, yaşayış yerini təsdiq edən sənədi göstərməyə ehtiyacınız olmayacaq

Əgər imtahanınızı 10 dekabr 2024-cü ildən sonra sifariş etmisinizsə, imtahan tarixindən ən azı üç gün əvvəl e-poçt vasitəsilə yaşayış yerinizi təsdiq edən sənədi göstərməlisiniz.

Yaşayış ünvanına dair qəbul edilmiş sənədlərə aşağıdakılar daxildir.

Pasportda möhürlənmiş etibarlı Tələbə vizası (qalma məqsədi, vizanın müddəti və son istifadə tarixi göstərilməklə).

Etibarlı İş İcazəsi (iki sənəd), o cümlədən passport və iş icazəsi kartında (son istifadə tarixi göstərilir) möhürlənmiş Visa (statusunu və son istifadə müddəti qeyd edilir)

İmtahanınıza qeydiyyat keçdikdən sonra

Siz aşağdakıları təsdiqləyən e-poçtlar alacaqsınız:

  • imtahanızın başlama vaxtı və imtahan mərkəzinin ünvanı
  • Speaking (danışıq) imtahan bölməsinin tarixi
  • pulsuz onlayn (internet üzərindən) hazırlıq kurslarına giriş: IELTS Ready Premium.

Daha ətraflı məlumat:

İştirakçılar üçün test formatı, sual növləri və test nəticələri barədə vacib məlumatları izah edən "Information for Candidates" kitabçasını yükləyin və oxuyun.

See also

Əlaqəli linklar