Prepare for your test day

Əgər Siz imtahanda layiq olduğunuz nəticəni əldə etmək istəyirsinizsə, imtahana qabaqcadan hazırlaşmalısınız. Siz ingilis dilini mümkün qədər çox öyrənməlisiniz, amma eyni zamanda, imtahan günü nəyin gözlənildiyini bilməlisiniz. Sizin uğur qazanmağınız üçün biz bəzi məlumatları bir araya gətirmişik.

Uğur qazanmaq üçün köməkçi vasitələr

  • İmtahan günü heç bir gözlənilməz hadisələrlə üzləşməmək üçün imtahan formatı ilə tanış olduğunuza əmin olun. 
  • Nümunəvi suallardan istifadə edin və IELTS üçün istifadə olunan qiymətləndirmə meyarlarını yoxlayın
  • İngiliscə danışaraq, yaxud IELTS danışıq çalışmalarını həll edərək səsinizi yazın. Daha sonra, bu yazıya qulaq asıb harada tərəddüd etdiyinizi, harada sözləri təkrarladığınızı, harada qrammatik səhvlərə yol verdiyinizi və harada daha tez danışa biləcəyinizi müəyyən edin - bütün bunlar danışıq imtahanının əsas aspektləridir.  
  • Dinləmə, Oxu və Yazı imtahanları zamanı suallardakı əsas sözləri vurğulayın: cavabınızı nəyin əlavə edilməli olduğunu bildiyinizə əmin olun. Həmçinin, imtahana başlamazdan əvvəl öz Yazılı cavablarınız üçün plan tutun. 
  • Sinonimləri (eyni məna kəsb edən müxtəlif sözləri) öyrənib eyniləşdirin. Dinləmə və Oxu imtahanlarında Siz tez-tez sualda əsas sözlərə rast gələcəksiniz. Daha sonra, mətndə eyni mənaya malik müxtəlif sözlər eşidəcəksiniz – Siz bu əlaqələri qeydə almalısınız. Söz ehtiyatınızın geniş olduğunu nümayiş etdirmək üçün Dinləmə və Oxu imtahanlarında sinonimlərdən istifadə etmək də faydalıdır.  
  • Dinləmə və Oxu bölmələrində öz cavablarınızı diqqətlə yoxlayın. Təlimatlara riayət etdiyinizə əmin olun, əks halda xal itirmiş olarsınız.
  • İmtahandan əvvəl gecə yuxusu alıb yaxşıca dincəlin və imtahanın keçirildiyi yerə vaxtıənda gəlin. Gec gəlmək Sizin xeyrinizə olmayacaq.