Positive Behavior Management Workshop
Date
Cümə axşamı 24 May 2018 - 10:00 - Cümə 25 May 2018 - 16:00

British Council Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncənəsət Məkanı ilə birlikdə 24-25 may tarixlərində Azərbaycanın mədəniyyət liderləri üçün iki günlük təlim təşkil edəcək. Təlim "British Council"ın "Bərabərlik, Müxtəliflik və İnklüzivlik" siyasətinə və Nizami Kino Mərkəzinin "Hər kəs üçün kino" strategiyasına uyğun olaraq mədəniyyət mərkəzlərində əlilliyi olan şəxlər üçün daha müyəssər və inklüziv mühitin yaradılması məqsədilə təşkil olunur. 

Təlim Müstəqil Kino Ofisinin nümayəndəsi, britaniyalı ekspert Cemma Bakli tərəfindən keçiriləcək. Cemma Bakli kinoteatrların eşitmə məhdudiyyətli insanlardan ibarət auditoriya üçün daha müyəssər edilməsinin yolları haqqında danışacaq. Tədbirin açılış mərasimində Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva "Hər kəs üçün kino" strategiyası və eşitmə məhdudiyyətli icmalar arasında həyata keçirdikləri layihələrdən bəhs edəcək. Tədbirdə bu sahənin yerli mütəxəssisləri də qonaq-spikerlər qismində iştirak edəcək.

YARAT Müasir İncəsənət Məkanında (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanı) keçiriləcək tədbir hər kəsə açıqdır. Giriş ödənişsizdir.